...
  • “Eyin”, “eynimə gəldi”, “eynimə düşdü” - Zaur Ustac yazır
  • Yazarlar.AZ

  • SÖZ YARADICILIĞI – “EYİN”, “EYNİMƏ”

    “Eyin”, “eynimə gəldi”, “eynimə düşdü”, “eynim açılmır” və s. əlbəttə bu siyahını kifayət qədər uzatmaq da olar. Sadəcə olaraq buna elə də ciddi bir lüzum görmədik. Bu qəbildən olan söz və ya söz birləşmələri haqqında zaman-zaman yeri gəldikcə söhbət açırıq. Onu qeyd edim ki, şeir yazılan zaman şəxsən mən bu tip ifadələri qeyri-iradi işlədirəm. Sonradan oxucu müzakirəsinə səbəb olanda, qələm dostları irad tutanda və ya sadəcə filan sözü işlətmisən onun anlamı nədir? O sözü başqa sözlə əvəz etmək olmazmı? və s. Haqlı suallar yarandıqdan sonra bax belə yazıları yazmağa ehtiyac yaranır. İlk öncə onu qeyd edim ki, yuxarıda göstərilən ifadəni əgər səhv etmirəmsə bu günə qədər mən iki yerdə (iki şeirdə) işlətmişəm. Birinci dəfə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə yazılmış “Şəhid Haqqı” şeirində:

    Hər bir gedən şəhidin haqqı var boynumuzda,

    Onlara borclu olan bir can var qoynumuzda,

    Gərəkdir, sırğa ola; qulaqda, eynimizdə,

    Əgər biz unutsaq da, dövran bunu unutmaz…

    Bu yara hey su verər, zaman onu qurutmaz…

    İkinci dəfə isə şəxsən mənim komandirim olmuş Şəhid Polkovnik İlqar Mirzəyevə ithaf olunmuş “Torpaq bizi gözləyir” şeirində:

    Yenə də görüşə gəlmişəm, qardaş!
    Olmadı sonadək ayağım yoldaş…
    Qurudu qoynumda əllərim bardaş…
    “Hazırdı məzarlar”, – eyindən keçir…
    Yanına gələn yol çiyindən keçir…

    “eynimizdə”, “eyindən” yazılışda gördüyünüz bu fərq sadəcə saitin düşmə hadisəsinə görə belə alınır.

    Bütün bunlardan əlavə məndən əvvəl də bu ifadələri çox işlədiblər. Və yəqin ki, dilimiz yaşadıqca da işlədəcəklər.

    Məsələn nümunələrə müraciət edək:

    Nabina eynimə nəzər eyləyib,
    Duyuram, ahəstə ağlama, Bəsdi.
    Çarəsiz dərdimə çarə olmadı,
    Yas tutub qaralar bağlama, Bəsdi.

    Aşıq Alı

    ikinci nümunə:

    Qar gəlməmiş dava gəldi,
    Bu qış yaman yava gəldi.
    Eynimə bir hava gəldi,
    Çalmağa sazım olmadı.

    Əli-Ağa Aslan



    üçüncü nümunə:

    … Eynimə gəldi ki, pis nəsə var bu işin əmmaməsində.

    Azər Xanlarov (http://pia.az/sehv-181555-xeber.html)

    dördüncü nümunə:

    Ürəyimə damır, eynimə gəlir,
    Taleyin üzünə güləcək, Vətən!
    Hər kəsə məlumdur şanlı tarixin,
    Daha xoş olacaq gələcək, Vətən!

    Xatirə Rəhimbəyli (https://525.az/site/?name=xeber&news_id=136175#gsc.tab=0)

    Məncə bu qədər misal kifayətdir. Gələk əsas məsələnin üstünə.

    Oxuculara və dostlara cavab:

    Həmişəki kimi ilk öncə onu qeyd edim ki, fikir tam subyektivdir. Və təbii ki, razılaşmayanlar və ya başqa cür düşünənlər ola bilər. Hamının düşüncəsinə və fikrinə (FİKİR) hörmətlə yanaşırıq. Bütün bu aşağıda yazacaqlarım da bir düşüncə məhsuludur. Və məncə belədir. Əsasən suallar belədir ki, “eyin nə sözdür?”, “hardan gəlir?”,”köhnə sözdür?”, “ara sözüdür?”,”şivədir?”, “ləhcədir?” və s. Əlbəttə elə də yayğın işlənən söz deyil. Birinci baxaq görək, ümumiyytlə indi heç söhbət edib, söz dinləyən varmı? – əlbəttə varsa da çox az müəyyən məhdud dairələrdə belə mühit ola bilsin ki, var. Ancaq, bələ məhdud çərçivələrə əsasən fikir yürütmək nə dərəcədə doğrudur, onun özü sual altındadır.

    Məncə, burada çətin və mürəkkəb heç nə yoxdur. “EYİN” sözü sadəcə olaraq “BEYİN” sözündə “B” hərfinin düşməsi “…EYİN” nəticəsində yaranmışdır.

    İZAHI:

    Günümüzdə də belə ifadələr ya işlədir, ya da eşidirik: “BEYNİMƏ GƏLDİ”, “BEYNİMƏ YAMAN DÜŞÜB”, “BEYNİM HEÇ AÇILMIR”, “BU HEÇ MƏNİM BEYNİMƏ DƏ GƏLMƏZDİ” və s. Bu ifadələrin hamısında “B” hərfini atıb, “EYNİMƏ GƏLDİ”, “EYNİMƏ YAMAN DÜŞÜB”, “EYNİM HEÇ AÇILMIR”, “BU HEÇ MƏNİM EYNİMƏ DƏ GƏLMƏZDİ” və s. kimi işlətdikdə nə məzmun, nə də mənaca heç nə dəyişmir. Eşitdikdə və ya oxuduqda bu ifadələr hər iki formada bizə bir-birindən heç fərqlənməyən tamamilə eyni məlumatı ötürür. Düşünürəm ki, sadəcə olaraq danışıqda və yazıda “EYİN” – dən istifadə etmək “BEYİN”-ə nisbətən daha uyumlu və diləyatımlıdır.

    Söhbət, müzakirə açıq olaraq qalır fikirləriniz həmişə bizim üçün maraqlı və dəyərlidir.

    Müəllif: Zaur Ustac
    YZARLAR.AZ

    ===================================================

    ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

    GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR

    “USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

    <<<<XİDMƏTLƏR>>>>

    Təqdim edir: Zaur Ustac

    USTAC.AZ

    WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

    Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

    30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ

  • avqust 2020, Yazarlar.az

  • 153
Bir televiziya əməkdaşının başına gələn komik hadisə (pyes)

Tural İsmayılov

Efirdə hər şey mümkündür Personajlar: * Elçin – televiziyada 20 ildir çalışan redaktor. * Kamran – gənc aparıcı. * Aygün – prodüser. * Operator –......

Poetik Tərcümələr

Firuz Mustafa

Kitabda Firuz Mustafanın dünya ədəbiyyatından etdiyi poetik tərcümə nümunələri toplanmışdır. Həmin tərcümələrin əksəriyyəti müxtəlif illərdə ədəbi qəzet, jurnal, sayt və məcmuələrdə dərc edilmişdir......

Bu gələn payız da mənə bənzəyir

Təranə Dəmir

Dumanı tanışdı,çəni tanışdı. Bulud gözlərindən ayrılıq yağır, Həsrəti tanışdı,qəmi tanışdı. Başdan ayağacan bahar xəstəsi, Təpədən dirnağa vüsal acıdı. O......

Oxuya bilmədiyim hekayə.

Feyruz Muradov

Mən redaksiyaya ilk dəfə ayaq basanda Vaqif Abbasovu tanımırdım. Onun haqqında heç nə bilmirdim. Redaksiyada yalnız bir nəfəri şair Tofiq Hüseynovu tanıyırdım. Tofiq Hüseynovu tanımağım......

Avropalı görkəmli məsul katib.

Feyruz Muradov

Avropalı görkəmli məsul katib Xeybər İgidəliyev redaksiya ilə əməkdaşlığa başladığım vaxt məsul katib işləyirdi. Onunla redaksiyada az-az rastlaşırdım. O vaxtlar aramızda demək olar ki, heç......

Bir məqalənin izi ilə.

Feyruz Muradov

Ön söz : Uzun illər Şirvannın yerli mətbuatıda müxtəlif mövzuda yazılarla çıxış etmişəm. Mənim haqqımda bir yazı yazıla biləcəyi haqda heç vaxt düşünməmişəm. Amma uzun......

Mən bir payız yolçusuyam

Təranə Dəmir

Küləyim var,yağışım var, Enişim var,yoxuşum var, Hər açılan səhərlərin, Hər qaranlıq gecələrin Yanağında göz yaşım var. Baxışımda xatirələr, Kirpiyimdə qəm gül......

Pəncərədən uçan balıq (absurd hekayə)

Tural İsmayılov

Bir gün balıq akvariumdan çıxıb pəncərəyə qondu. Evdəki pişik təəccüblə soruşdu: — Sən nə edirsən? Balıq cavab verdi: — Uçmağı öyrənirəm. — Axı sən balıqsan!......

Doğma rayon

Şəhriyar Mürsəl

Mən məcburi köçkün ailəsində doğulsam belə, məcburi köçkün sayılmıram. Laçın ata-baba vətənimdir. Laçının təbiətinin vurğunu olsam belə, öz vətənim sayılmır. Uşaqlığım Ağcabədi rayonunda keçib. Bütün......

Məmmədəli kişi ilə dioloq

Şəhriyar Mürsəl

Məhəllədə qonşumuz Məmmədəli kişi mənə yaxınlaşdı, başladı yenə söhbətə: — Ayə, filankəsin oğlu, filankəsin qızı 50 bal yığdı, 500 bal yığdı. Bəhmənkəsin qızı ərə getdi,......