...
  • Ədalət Bərirxanlı
  • Yazarlar.AZ
  • HƏCC ZİYARƏTİ
    (poema)

    Proloq
    Bir daş düşdü göydən yerə,
    Ayə gəldi Peyğəmbərə.
    Zəvvar kimi həccə getmək
    Buyruq oldu bəndələrə.
    Bu düşən daş Kə’bə daşı,
    Bilinməyir dəqiq yaşı.
    Yer kürəsi üzükdürsə,
    Kə’bə daşı onun qaşı.

    l hissə
    HAQQIN YOLU

    Rəbbim özü izin verə,
    Qibləgahım olan yerə
    Gedə bilim ziyarətə,
    Zəvvar kimi bircə kərə.
    ***
    Arzumdur ki, hazırlaşım,
    Özüm gedim ziyarətə.
    Kimsə məni göndərməsin,
    Heç düşməsin əziyyətə.
    Bir qurban da orda kəsim,
    Haqqa yetsin orda səsim.
    Günahlarım bağışlansa,
    Yetər, artıq mənim bəsim.
    Tövbə edim xətalara,
    Daş da atım, şeytanlara.
    Hər nə varsa oruc olum,
    Cavab tapım suallara.
    Təvaf edim yeddi dəfə,
    Anım Qur’an kəlamların.
    Bəşər üçün nə lazımsa,
    Edim bütün duaların.
    Qalxım orda Nur dağına,
    Enim Zəmzəm bulağına.
    Məkkədəki əzan səsi
    Həkk olunsun qulağıma.
    Şükür sənə Ulu Tanrı,
    Reallaşdır arzuları.
    Döndər bizi Haqq yoluna,
    Bizdə Həccə gedək barı.

    ll hissə
    NİYYƏT

    Dərk edərək bu dünyanı,
    Edək Allah buyuranı.
    Gözümüz üstə qoruyaq
    İmanı, haqqı, Qur’anı.
    Allah bizə buyurduğu
    Əməllərin dördün seçək.
    Namaz, oruc, fitrə, zəkat,
    Tam öyrənib, əməl edək.
    Ən vacibi, səmimiyyət,
    İlk olaraq niyyət edək.
    Beşincisi, ən nəhayət,
    Şərəfli yol, Həccə gedək.
    İçimdəki bu niyyəti,
    Bu alovlu məhəbbəti.
    İnsanlarla bölə bilim,
    Bu möhtəşəm səadəti.
    Halal zəhmət olan yerdə,
    Alın təri süzsün gərək.
    Tam əməlin saleh olsun,
    Düz kəsilsin duzla çörək.
    Xəstələrə baş da çəkək,
    Təmiz qəlblə çayın içək.
    Son görüşə tələsmədən
    Könül verib, xoşhal edək.
    Barışmayan könüllərə
    Qapı acaq, körpü salaq.
    Qəlbən təcrid olanlara,
    Heç olmasa dayaq olaq.
    Xeyril-əməl işlər görən,
    İnsanlığa dəstək verək.
    Sübhan Allah razı olsa,
    Bəli, onda Həccə gedək.

    lll hissə
    BORCLAR

    Xətalarım o qədər ki,
    Dualarım çatışarmı?
    Səfər də çox ağır səfər,
    Görən Allah bağışlarmı?
    Borcum çoxdu insanlara,
    Qulluğumda duranlara.
    Kaş ki, qaytara biləydim,
    Mən borcumu olanlara.
    Mümkün ola Ata borcun,
    Ana borcun, qaytarasan.
    Ata olsan, ata borcun,
    Övladına qaytararsan.
    Ana haqqı müqəddəsdir,
    Əbədidir, əvəzsizdir.
    Qızıl heykəl qoydursan da,
    Onun üçün gərəksizdir.
    ***
    Ən böyük borc Allahadı,
    Allah bizi yaradandır.
    Tək Allahdı xəlq eləyən,
    Onun borcu dualardır.
    Borcum çoxdur təbiətə,
    Borc verdiyi hər nemətə.
    Ağac əkib, bağ becərib,
    Qaytarsaydım cəmiyyətə.
    Bilərdim ki, həyat üçün,
    Borc sayılan ondan birin,
    Cəmiyyətə qaytarmaqda,
    Xeyri olub zəhmətimin.
    Zəhmət ilə yaşamağın,
    Çox böyükdür fəlsəfəsi.
    Torpağı çox sevəsən ki,
    Bitə tumun hər dənəsi.
    ***
    Şumlayasan, işləyəsən,
    Tərlədikcə, hey siləsən.
    İdman zalı kimə gərək,
    Canın cövhərin biləsən.
    Yaxşı nədir saxlayasan,
    Yararsızı atmayasan.
    Qış sərt olar, samanıda,
    Ot əvəzi axtararsan.
    Soyuq başla işə başla,
    Əvvəl bir az düşün barı.
    Nəsihətdən uzaq olma,
    Dinlə hər an qocaları.
    Əbəs yerə deyilməyib:
    “Dəlidən də doğru xəbər.”
    -Müdriklərin dedikləri
    Hər bir vədə kara gələr.

    lV hissə
    ELMİN TACI

    Elmə söykən, elmin tacı,
    Müdriklərin başındadır.
    Ən qiymətli zərif daşlar,
    El taxtının qaşındadır.
    Alimlərdən nə soruşsan,
    Qoy söyləsin sonunacan,
    Dinmə, sakit, təmkinli ol,
    Sözün kəsmə axıracan.
    Eşitdiyin kəlmələrdən,
    Özün üçün bir qala qur.
    Qiybət etmə, məntiqli ol,
    Şərə uyma, kənarda dur.
    ***
    Müdriklərin kəlamları,
    Alimlərin söz açarı,
    Nə qədər də paslı olsa,
    Açar bağlı qapıları.
    ***
    Hər an olan hadisəyə,
    Nəzərincə yetməlisən.
    Bircə anlıq düşüncəni,
    Ona da sərf etməlisən.
    Bir ev oddan alışarsa,
    Yardımına tez ara yer.
    Ağla qara dalaşarsa,
    Üstünlüyü ağlara ver.
    Qara xəbər, qara yaylıq,
    Qara gündə, qara çadır,
    Düşmən belə arzulayar,
    Bil ki, bu bir imtahandır.

    V hissə
    ƏXLAQ və İNSANLIQ

    Əxlaq:Salam verib, almaq,
    Tam insanlıq məqamıdır.
    Sülhə səs ver, salamı al,
    Verməyənlər günahkardır.
    Bunlar səni heç üzməsin,
    “Salam” Allah kəlamıdır.
    Düzgündürsə əməllərin,
    Doğru bilən tək Allahdır.
    Onun taxtı çox ucadır,
    İnsanlara yol göstərir.
    Yaratdığı bu dünyada,
    Haqqı bərqərar istəyir.
    Tanrı gözü bəsirətdir,
    Hər gizlini özü görür.
    Zəkanı da özü verib,
    Vadar edir, düşündürür.
    ***
    Bəlkə, deyir:”Haqqa gəlin,
    Mən yaratdım sizi, bilin?
    Hər nə varsa mənimkidir,
    Var-dövlətdən siz əl çəkin.
    Şükür elə verdiyimə,
    Şərik yoxdur, bilin mənə.
    Ər Rəhmanam, rəhimliyəm,
    Allah kimdir, deyin mənə?
    Üsyan etmə mənə qarşı,
    Nə dövlətə, şaha qarşı.
    Təbiətdən qidalanıb,
    Düşmən olma ona qarşı.
    Buyurduğum sualların,
    Özün axtar cavabların.
    Səbirli ol, nəfsini bas,
    Yolun getmə şeytanların.”

    Vl hissə
    EŞQİN MƏNBƏYİ

    Allah birdir, qüdrətlidir,
    Şəriksizdir, rəhimlidir,
    Külli-aləm, yerin, göyün,
    Kainatın rəhbəridir.
    Rüşvət almır, pay istəmir,
    Qidalanmır, heç nə yemir.
    Yatır, yatmır, oyaq qalır,
    Nə edirsə heç kim bilmir.
    Yaratdığın özü seçir,
    Hərəyə bir ağac əkir.
    Hər seçimdə insanları,
    Bir-bir imtahana çəkir.
    Məktəblər həyat yoludur,
    Təhsil onun bir qoludur.
    Ondan öyrən nə öyrənsən,
    Öyrənməsən küt alətsən.
    Bir sevdam var, bilən bilir,
    Allah eşqi tükənməzdir.
    Bir Günəşdir başım üstdə,
    Bu məhəbbət silinməzdir.
    Ona könül bağlamışam,
    Təəssüf… gec anlamışam,
    Dərk edərək sevdim onu,
    Bu sevdadan doymamışam.
    Bəli, mən də anladım ki,
    Biz Allahın bəndəsiyik.
    Bizləri Allah yaradıb,
    Yaradanı sevməliyik.
    Həccə gedib ad qazanmaq,
    Lovğalanmaq istəyim yox.
    Bu ad altda daldalanan,
    Tanıdığım, küsdüyüm çox.
    Ən vacibi əsas budur,
    Mən namaza qayıtmışam.
    Ən uğurlu doğru yoldur,
    Cavan ikən qanmamışam.

    Vll hissə
    EŞQİN QAPILARI

    Öncədən bil: -Ulu Tanrı
    Göstəribdir düz yolları.
    Cəhənnəmə, cənnətə də,
    Açıq qoyub qapıları.
    Özün düşün, ver qərarı,
    Hər atanda addımları.
    Çalış dizin büdrəməsin,
    İndidən seç qapıları.

    MƏŞƏD:
    İlk öncə Məşədə gedim,
    İmam Rza dərgahına.
    Əl qaldırım, dua edim,
    Baş da qoyum məzarına.
    Bibiləri yad edim mən,
    İlk Məşədə yetməmişkən.
    Özü belə demiş İmam
    Dərgahına getməmişkən.
    ***
    Suqra bibi Bakıdadı,
    Qalanları İrandadı.
    Vusta bibi İsfahanda,
    Kubra bibi bil Qumdadı.
    Düşündürüb insanları,
    Uxra bibinin güzarı.
    Uzun illər axtarıblar,
    Rəştdə tapılıb məzarı.
    Bibiləri yad edəndə,
    Niyyət tutum ürəyimdə,
    Torpağında qan axmasın,
    Müsəlmanlar olan yerdə.

    KƏLBƏLA:
    Sonra Kəlbəlaya gedim,
    Hüseyni ziyarət edim,
    Kəlbəla şəhidlərinin,
    Məzarını öpüm, dedim.
    Bu anları gözüm görsün,
    Göz yaşlarım selə dönsün.
    Həzin- həzin ağlayım ki,
    Həsrətimin közü sönsün.
    Füzulinin dərgahında,
    Dayanaraq salım yada.
    Sual edim sevda nədir,
    Söz ustadı qarşısında?

    QARABAĞ:
    Qayıdanda Kəlbəladan,
    Bir kisə torpaq gətirim.
    Qarabağın torpağıyla,
    Qarışdırım gül bitirim.
    Müjdə olsun Xarı bülbül,
    Şəhid imam torpağından.
    Qarabağda bitən bu gül,
    Ayrılmasın budağından.

    Epiloq
    Şükür olsun yaradana,
    Məni saldı eşq oduna.
    Düşüb əqlim bu illərdə,
    Bir ziyarət sevdasına.
    Cıdır düzün qaytaraq ki,
    Vicdanımız olsun təmiz.
    Doğma elə tez dönək ki,
    Hasil olsun niyyətimiz.
    ***
    Ədalətəm, haqq gəzirəm,
    Niyyətim var, səsləyirəm.
    Gümanım çox, izləyirəm,
    Həcc səfərin gözləyirəm.
    ***
    Həccə getmək istəyirəm.
    Həccə getmək istəyirəm!..

    Son…
    20-23.01.2013

    Müəllif: ƏDALƏT BƏDİRXANOV

    USTAC.AZ

    WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

    Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
  • dekabr 2019, Yazarlar.az

  • 167
Daa Dimə (Şəki ləhcəsində yumoristik şeir)

Dəhnəli Məmməd Hacızadə

O gün Şəkiyə getdik, Yaxşı görək, daa dimə. Eşit,gör nə eşitdik, Yaxşı görək, daa dimə. Xan qayıdıf gəlitdi, Halımıza gülütdü. Bə diyirdoz ölütdü? Yaxşı görək,......

Haindi (Şəki ləhcəsində yumoristik şeir)

Dəhnəli Məmməd Hacızadə

Bu yerlərdə bir el var, Bilooz,diyim haindi. Burda şipşirin dil var, Cözoo yiyim haindi. Hayva böyun əyitdi, Sararalıtdı,dəyitdi. Ceem cööm cəlitdi? Toydan ciyim haindi. Giriş......

Zər Qafiyə Quqquluqu Satira

Dəhnəli Məmməd Hacızadə

Gəl açaq biz xoruza bir qafiyə , Quqquluqu. Hələ kimsə yazmayıb,sirr qafiyə Quqquluqu. Paylaşır öz səsini mələk gördükdə bu qərib, Dərk etməz insan oğlu dürr......

Dəvənin Etirazı

Dəhnəli Məmməd Hacızadə

Niyə kinli olduğun soruşdular dəvədən. Dəvə də,hirsli-hirsli tez çıxdı hövsələdən. Dedi: -mən bu həyatın acısını yaşadım, Duz dedilər daşıdım. Qənd dedilər daşıdım. Canla-başla getmişəm ağamın......

Baxarıq

Dəhnəli Məmməd Hacızadə

Alar qucağına bizi bu dünya, Biz ona lap körpə yaşdan . Açıb vərəqlərik hər səhifəsini, Çalışıb əvvəldən,başdan . Aldadar dünyanın ləzzəti,duzu, İstərik çoxunu,bəs edər azı.......

Dəniz insan kimidir

Dəhnəli Məmməd Hacızadə

gizlədər hər sirrini. Saxlar əl çatmaz yerdə zinətini,dürrünü. Baxıb göyün üzünə, sinəsi qübar eylər. Pıçıldaşar ləpələr, həya eylər,ar eylər. ,......

Bizim nağıl

Dəhnəli Məmməd Hacızadə

Biri vardı, biri yoxdu, olan səndin, olmayansa sənsiz günüm. Nə azıydı,nə çoxuydu, səndən qeyri gün yoxuydu başqasını düşünüm. Bir sən vardın, düşüncəmin sənsiz günü yox......

Qadın

Dəhnəli Məmməd Hacızadə

Öz könül bağına baxsan azacıq, Görərsən ətirli çiçəkdi . Alıb ətrafını qönçə,tumurcuq, Açılan təzətər ləçəkdi . sız bir dünya dəyməz gözünə, Kimdi sığdırmayan onu özünə?......

Bakı qəzəl

Dəhnəli Məmməd Hacızadə

Görərsən gəzsən əgər dünyada bir danə Bakı. Xəzərin sahilində bərq vuran dürdanə Bakı. Xəzərdir badəsində meyxoş edən piyaləsi, Əyləşibdir taxtında bənzəyir sultanə Bakı. Canıının parçasıdır......

Səni düşünürəm

Dəhnəli Məmməd Hacızadə

Burda hər tərəfi qar örtüb gülüm, Yenə xəyallarım baş alıb göyə. Birgə seyr edəydik,istədi könlüm, Düşündüm sən qarı sevirsən deyə. Qartop oynayaydıq uşaqlar kimi, Ayaq......