...
  • Yazarlarda Hacı Vahid Çəmənli Günü
  • YAZARLAR.AZ
  • Təqvimin bu günü Hacı Vahid Çəmənli günü kimi zinətlənmişdir. Bu gün gözəl insan, əsl ziyalı, AYBnin üzvü, Qarabağ elinin mərd oğlu Hacı Vahid Çəmənlinin doğum günüdür. Ad günü münasibəti ilə şairi təbrik edir, yaradıcılığından nümunələr təqdim edirik:

    Bahar
    Gəldin, yenə gördük gülər üzünü,
    Əlləri xonçalı, gözü nəm Bahar.
    Qocaman yurdumun övladlarını
    Tonqalın başında etdin cəm Bahar.
    * * *
    Zaman öz yolundan çəkilməz bir an,
    Hər gün təzə libas geyinər cahan...
    Üç ay da bizimlə sürərsən dövran,
    Verərik küləyə neçə qəm, Bahar.
    * * *
    Gəlişin çox ağır zamana düşdü,
    Ömrümüz naqafil dumana düşdü.
    Vahidin ürəyi gümana düşdü,
    Sevinci bir azca oldu kəm, Bahar!..
    22.03.2020.

    Həyat yerinə

    Ürəyim əlimdə, əlim cibimdə,
    Bərk-bərk saxlamışam manat yerinə.
    Bəlkə bir acgözə peşkəş eyləyim,
    Təpsin gözlərinə inad yerinə.
    * * *
    Bayramda bazarı yandıran kəslər,
    İndi dükanlarda kəsir nəfəslər...
    Bu qara yaranı kim belə bəslər?
    Düşər qədəminə fanat yerinə.
    * * *
    Ay Vahid, biz niyə belə edirik?
    Elin dar günündən xeyir güdürük.
    Bilmirəm, bu yolla hara gedirik?
    Od-alov tökürük həyat yerinə...
    04.04.2020.

    Bu şəhərdə

    (Karantin günlərində yazılan şeir)

    Şəhər sükut içində,
    Şəhər sakit,
    Şəhər lal,
    Ulduzlar nur çiləyir
    Göylərin qübbəsinə.
    Arabir şimşək kimi
    Parıldayır bir xəyal,
    Səs gəlmir...
    diksinirəm
    Səssizliyin səsinə.
    * * *
    Pəncərədən baxıram,
    Nə gələn var, nə gedən.
    Yollar da yol gözləyir,
    Səhərəcən dincəlmir.
    Həzin dəniz mehindən
    Azca üşüyür bədən,
    Yuxulu duyğularım
    Saatımla düz gəlmir.
    * * *
    Dan yeri zil qaradır,
    Hələ çox var səhərə,
    Ağappaq örpək kimi
    Yerə sallanır bulud.
    Boğazım kilidlənib,
    Qərq olmuşam qəhərə,
    Mənmi səni istədim,
    Ya özün gəldin, sükut?
    * * *
    Üfüqdən üfüqəcən,
    Küçə kimi uzanır,
    Kainat ən nizamlı,
    Sonsuz zaman yeridir.
    Bu şəhərdə qaçqınlar
    Halal çörək qazanır,
    Bu şəhər kasıbların
    Uman, güman yeridir...
    06.04.2020.

    Bitməz bu savaş

    Tərs keçilər kimi qaşınır canı,
    Göz dağı çəkdirir bizə bir əyyaş.
    Yüz il də gözləsək, döyüşdür sonu,
    Qiyamətə qədər bitməz bu savaş.
    * * *
    Qurur Qarabağda işrət məclisi,
    Anlamır, axacaq gözlərindən yaş.
    Meydanı boş görüb qıcıdır dişi,
    Qiyamətə qədər bitməz bu savaş.
    * * *
    Vətənim dardadı, yurdum dardadı,
    Elə bil sinəmdən daş asılıb, daş.
    Şəhid məzarları intizardadı,
    Qiyamətə qədər bitməz bu savaş.
    * * *
    Ey qəddar, qaniçən, - oyanıb türküm,
    Əcəl köhləninə min yavaş-yavaş.
    Aç kinli gözünü, yaxşı bax, gör ki,
    Qiyamətə qədər bitməz bu savaş.
    * * *
    Uzat dost əlini, ey Turan eli,
    Nə gündə gərəkdir qardaşa qardaş?
    Sənə kəc baxann kəsilsin dili,
    Qiyamətə qədər bitməz bu savaş!

    15.09.2020.



    Sözünə söz yazım

    Sözünə söz yazım, cavabı olsun,
    Ürəyin istəsə sən də götür yaz.
    Söz nəzir deyil ki, savabı olsun?
    Amma atəşinə su səpər bir az!
    * * *
    Deyirlər, bahardır illərin şahı,
    Hər günə cavanlıq nəfəsi gəlir.
    Amma...çox gözəldir payız sabahı,
    Adamın sevməyə həvəsi gəlir.
    * * *
    Axır puçur-puçur alnımın təri,
    Əllərim ipəktək narın üz gəzir.
    Əzilir cibimdə şagird dəftəri,
    Saralan vərəqlər təzə söz gəzir.

    17.09.2020.


    Ordum gəlir

    Ordum qovur, düşmən qaçır, tamam olub təng kimi.
    Xəritəmiz təzələndi, hər yer yaşıl rəng kimi.
    İki ildi danışırdı Paşinyan zəvzəng kimi.
    Makrona da ilac gərək badə dolu bəng kimi...
    * * *
    Orda döyüş, burda döyüş, çaş qalmışam, ay dədə,
    Zəfər çalan Ordumuzu alqışlayır ölkə də...
    O savaşdan qalib çıxmaq asan idi bəlkə də,
    Çingiz gəlsə neyləyərəm üstümə pələng kimi?
    * * *
    Hərə bir cür çəkir yükün, kimin yükü ağırdı?
    Kimlər kimə dayaq oldu, kimlər kimi çağırdı?..
    Sən üstümü unlu görüb, mənə demə fağırdı,
    İşim çoxdur, ona görə görünürəm ləng kimi.
    * * *
    Dastan yazdın ğör nə boyda, bəlkə çoxdur zamanın?
    Oxu qoydum, elə dartdım, elə çəkdim kamanın...
    Yaydan çıxsa sağ qalmağa olmayacaq gümanın,
    Sözlərimi sırğa elə qulağına zəng kimi.
    * * *
    Qələminə qurban kəsim, nə dəsgahdı açmısan?
    Elə bil ki söz mülkündən ipi qırıb qaçmısan.
    Bəlkə... dostum, İrəvana gedib bayraq sancmısan?
    Hər sətirin üstümüzə açılır tüfəng kimi.
    * * *
    Sakit yazır, Vahid yazır, hardadır Eldar, Qulu?
    İş yoxdursa, toy yoxdursa göndərərəm yol pulu.
    Beş-on sadə misra ilə sudan çıxardım çulu,
    Amma hələ bilən yoxdur, udacaq bu cəng kimi?..

    Şəhidlərimizin xtirəsinə


    İki min yeddi yüz səksən üç canın,
    Önündə diz üstə çöküb ağlaram.
    Başını uca tut, Azərbaycanım,
    Səsimi içimə çəkib ağlaram.
    * * *
    Bir səhər getdiniz, minib ağ ata,
    Bizi bağladınız şanlı həyata.
    Azad torpağıma dən qata-qata,
    Gözümün yaşını töküb, ağlaram
    * * *
    Dünya şahid oldu qüdrətinizə,
    Vahid alqış dedi qeyrətinizə.
    Sizdən Vətən qaldı əmanət bizə,
    Hər yanda bir qala tikib, ağlaram.

    Müəllif: Hacı Vahid Çəmənli
    YAZARLAR.AZ və BİTİK.AZ



  • iyun 2021, Yazarlar.az

  • 105
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......