...
  • “Üşüyən“ ocaq… - Leyla Yaşar
  • YAZARLAR.AZ
  • “Üşüyən“ ocaq..
    Qapı açılıb örtüldükcə küləyin özüylə bərabər gətirdiyi buz kimi soyuq hava evi soyutmuşdu . Peçin içindəki közərən od sönmək üzrə idi. Alovlanmaga can atan köz , yorulur , kömürə dönürdü.
    - Fevralın qarlı , şaxtalı günündə bu evin sahibləri hara yoxa çıxdı , görəsən?
    - Bu nədi belə , stolun üstündə mürəbbə , çörək , yag , pendir, soyulmuş yumurta ? Nələr oldu bu evdə ?
    - Hər səhər yuxudan durub ocagı alışdıran , o əli qabarlı ata , ona kömək edən məktəbli , qaraşın oglan hardadılar görəsən?
    - Anasına kömək edən , o uzun saçlı , nazlı qəmzəli qızcıgaz hanı bəs?
    - Xəmir yogurub , üstünü baglayıb isti peçin yanına qoyan , hərdən gəlib, xəmirin gəlib - gəlməməsini yoxlayan o xanım hardadı bəs?
    Bunlar hara getdi birdən - birə? Lap darıxdım.
    - Çöldəki nə səsidi elə? Nə qəribə qoxu var havada?
    Ocaq yavaş - yavaş sönürdü. Közərən agacın içindən sanki göz yaşları süzülür , onu sönməsini tezləşdirirdi.
    Üstündən bir neçə gün keçdi .
    Deyəsən gələn var idi .
    -Aha deyəsən qayıtdılar .
    Yanılmışdı .
    Həsrərlə qapıya boylandı .Burnuna tanış olmayan qoxu gəldi .
    Budur evə yeni sakinlər gəldi .
    - Ay aman, bunlar kimdi belə?
    Nə səliqəsizdilər . Nə yaman bərkdən danışırlar . Deyəsən bayramlarıdı .İlahi , bu nədi belə?
    Yaxınlaşıb peçin içinə deyinə - deyinə baxan saqqallı gedib bir yaş odun gətirdi . Nə qədər etsədə ocagı yandıra bilmədi .Hirslə peçə bir təpik vurub , öz dilində nəsə deyib , onu yerli dibli götürüb həyətə tulladı .Hikkəsi soyumadıgından zirzəmini açıb , onu zibil kimi ora necə atdısa , peç bir neçə yerdən zədələndi .
    - O günlər harda qaldı ? Yayda səliqə ilə çıxarılıb zirzəmiyə qoyulan ,qışda nadir tapıntı kimi əzizlənib ordan çıxarıldıgı günlər?
    Atayla ogul onu ordan ehtiyyatla götürüb ,həyətin ortasında rəngləyərdilər , içinə quru odun yıgıb bir- iki gün ordaca yandırardılar . Sonra ananın köməyilə yerinə səliqə ilə yerləşdirər , ilk ocaqlarını çatardılar . Başına yıgışıb istisinə qızınardılar . Çox dogma idilər ona. Harda qaldı o günlər?
    Zirzəmidə illərlə qalmaga məcbur oldu . Hərdən sevmədiyi zəhirmar yagan sifətlər gəlib zərblə qapını açar , nələrsə yıgıb gedərdilər . Təmizlik yagan zirzəmini də zibilliyə çevirmişdi bu yeni sakinlər . Zirzəmidə ona xoş olmayan iylər bir - birinə qarışmışdı .
    Həmişə yayda evin xanımı burdan gəlib bankaları çıxardıb , içərisini səliqə ilə doldurub gətirib yerinə yıgardı .
    Qışda onun başına yıgışıb , o bankaları açıb elə ləzzətlə yeyərdilər ki..
    İndi .. Bu nədi ,qıcqırmış şərab iyi , qapagı atılmış bankalardan az qala yerə töküləcək şorabaların iyi bir- birinə qarışıb zirzəmiyə xüsusi bir “iy” verirdi.
    İllərdi bu acını " yaşayan" peç artıq dözə bilmirdi .
    İçində ocaq çatılmayan peç darıxmaga başlamışdı .Köhnə sakinlərin bir gün dönəcəyi günü həsrətlə gözləyirdi . Zirzəmidə mürgü vura - vura illəri bir - birinə calayırdı .

    Bir neçə gündü çöldə eşidilən , yeri silkələyən səslər yavaş- yavaş azalırdı . Evin sakinlərinin səsi küyü kəsilmişdi . Yoxa çıxmışdılar deyəsən .
    Axrıncı dəfə gəlib qıcqırmış şorabalarını , şərablarını elə acıgözlüklə çölə daşıyırdılar ki . Zirzəmidə nə vardısa hamısını çölə yıgmışdılar . Bir tək ona əl vurmadılar . Nə yaxşı ki onu götürmədilər .
    Və bir gün , həmın gün zirzəmin qapısı yavaşca açıldı . İçəri girən iki oglan onu qucaqlarına götürüb , dogma yerinə aparıb qoydular .
    Yox bunlar köhnə sakinlər deyildi.Amma danışıq səsləri ona o qədər dogma gəlirdiki . Evin səliqəsi geri dönmüşdü .
    - Aha , bu qaraşın oglan. Ocagı alışdırmaga çalışan qaragöz oglan . Həmən məktəbli , nə yaman dəyişib , əynindəki nədi belə? Bunlar hamısı eyni geyinib?
    Ocagı sevgi ilə qalayıb , əvvəl peçi , sonra otagı qızdırdıran əsgərlər yaman sevincli idilər. Hər şeyə sevgiylə , ehtiyyatla toxunurdular .
    Əsgərlər ocagın ətrafına yıgışıb əvvəl əllərini qızdırdılar , sonra qazan asdılar . Yeməyin gözəl ərti evi bürüdü. Evə qayıdan dogmalıq , ev sahiblərindən 30 ildi ayrı düşən “ üşüyən” ocagı isitməyə başladı .Beləcə sönən ocaq illər sonra yenidən alovlanıb , bir evi , bir eli isitdi .Alovun rəqs edə - edə yanıb , şölə saçdıgı o işıltı evə gözəl nəşə gətirdi .
    Müəllif, Leyla Yaşar
    YAZARLAR.AZ
    WWW.USTAC.AZ və WWW.BITIK.AZ
  • noyabr 2021, Yazarlar.az

  • 104
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......