...
  • Təranə Məmməd - Etiraf
  • YAZARLAR.AZ
  • Etiraf
    Hekayə
    Qumlu səhradayam. Günəşin istisi get-gedə qumu qızdırır. Hərdən əsən külək qumu yerdən qaldırıb havada fırladır sonra da zərbəylə üzümə çırpır. Addımlarımı çətinliklə atıram. Nəhayət, dizlərim bükülür və mən yıxılıb isti qumun üzərinə düşürəm.
    Qumun istisi bədənimin açıq hissələrini yandırır. Qəfildən, elə dayandığım yerdə qum burulğanı yaranır. Sanki kimsə var vücüylə məni aşağı, dərin bir yerə çəkir. Bədənim tam isti qumla örtülür. Nəfəsim daralır. Ürəyim bərk-bərk vurur. Saçlarım qumla qarışıb dolaşır. Mən əllərimi çıxarıb qumu ürəyimin üstündən təmizləmək istəyirəm, lakin taqətim çatmır... Ürəyimin döyüntüsü gah bərkiyir, gah azalır. Gözlərim yavaş- yavaş bağlanır... Mən bu naməlum səhrada, qum burulğanında batıb ölürəm...
    Bu dəhşətli yuxunu son zamanlar hər gün olmasa da həftədə iki dəfə görür və hər dəfə dəli kimi oyanıram. Mənim yuxularım bəzən çin olur. Ona görə onlar məni qorxudur.
    Yaşadığım ölkədə qumlu səhra olmadığından bu yuxunun çin olması o qədər də real deyildi.
    Bu gecə yenə həmin yuxunu görmüşəm. Yenə həmin darıxdırıcı hisslər, yenə təlaş, yenə həyacan...
    Çarpayıdan durub əllərimlə üzümə tökülmüş saçlarımı yığarkən istər- istəməz saçlarımda əlimi gəzdirib qum axtardım. Sonra özüm öz hərəkətimə gülümsəyib ayağa qalxdım və pəncərəyə yaxınlaşdım.
    Günəş artıq hər tərəfi öz qaynar şüalarına bürümüş və öz hərarətini yerə ötürmüşdü. Bir sözlə, ətrafda həyat öz axarıyla davam edirdi.
    Evdə həmişə tək oluram demək olar ki.
    Həyatım o qədər də maraqlı deyil. Oğlum başqa ölkədə yaşayır. Ərim yeni ailəsiylə başqa şəhərdədir.
    Amma bu həyat məni qane edir. Tək darıxmıram. Rəfiqələrim gələndə lap maraqlı olur. Hərdən qoça dayımın yanına gedirəm. Ya da o bizə gəlir.
    Evim dənizə çox yaxındır. Hətta bəzən dənizin qoxusunu hiss edirəm.
    Budur, dayım gəlir.O,anamın kiçik qardaşıdır. Ehh, qocalıq, qocalıq... Gör necə dəyişdirib onu qocalıq. Ailəmizin bütün üzvlərini tanıyır. Yeddi arxa dönənimizin hansının haqqında nə soruşsan bilir. Qəribə insandır.Həmişə fikirlidir. Qaraqabaqdır, amma məni çox sevir. Heç kimi yoxdur yer üzündə məndən başqa. Tək-tənha yaşayıb ömrünü.
    - Gəl, Gəl!
    - Nəyin var içməyə?
    - Gəl, taparam bir şey.
    Bax, indi həmişəki kimi gəlib evin pilləkənlərındə oturacaq. İçəri keçmir adətən.
    - Qulaq as! Mən öləcəm.
    Özüdə tezliklə,-deyə dayım söhbətə başladı.
    Mənım güldüyümü görüb:
    - Qulaq as! Gülmə!
    - Dayı, mən səni tanıyandan sən ölürsən. Uzun illərdir eşidirəm bunu səndən.
    - Yox. Bu dəfə həqiqətən öləcəm.Özüm bilirəm. Sən qorxma. Bir az pulum var. Dəfnə çatar.
    Mən ona bir stəkan çaxır gətirdim. Qoca stəkanı əlimdən alıb başına çəkdi və:
    - Qulaq as! Sən kiçik xalana çox bənzəyirsən. Sən onun təkrarısan. Kim bilir, bəlkə sən də qumda boğulacaqsan?
    Adətən söhbətinə fikir vermədiyim qocanın dedyi sözlər məni dəhşətə gətirdi.
    - Nə? Qumda? Nə demək istəyirsən sən?
    - Sənin kiçik xalan var idi.
    Sənə onun adını qoyublar. O da sənə bənzəyirdi. Elə gözəl uşaq idi ki.Məndən kiçik idi.
    Bir dəfə ikimiz dəniz kənarına getdik. Mən onu quma basdırdım. Çox dərin bir quyu qazıb onu basdırdım. Üstünə qum tökdüm. O əvvəl gülürdü. Bu bizim oyunumuz idi. Sonra onun bütün bədəni qumun altında qaldı. Rəngi saraldı, sonra qaraldı...
    Mən tələsik əllərimlə qumu qazmağa başladım. Lakin onu qumun altından çıxaranda artıq nəfəs almırdı.
    O, öldü...
    Mən öz əllərimlə bacımı öldürdüm.
    Qoca danışır və ağlayırdı.
    Mən yerimdə donub qalmışdım.
    Artıq onun sözlərini eşitmirdim.
    İllərcə məni izləyən bu dəhşətli yuxunun səbəbi bu imiş demək?
    İlahi! Nədir bu? Bunun bir izahı varmı?
    Mən ömrümün axırına kimi bu dəhşətli ölümün hədəfimi olmalıyam?
    Qoca stəkanı mənə uzadıb:
    - Mən öləcəm. Mən ölsəm bu sirr də mənimlə öləcək. Və bir daha heç kim bu haqda danışmayacaq. Sən də dilini saxla!-deyib getdi.
    Bir necə gündən sonra dayımı dəfn etdik.
    Qırx gündür hər gecə həmin yuxunu görürəm. Bu gün artıq qərara gəlmişəm ki, həkimə müraciət edim.
    Əl üzümü yuyub geyindim. Şəhərə gedib həkimlə görüşməyi qərara almışdım. Lakin rəfiqələrim bütün planlarımı pozdular. Onlar yenə bizə yığışmağı qərara almışdılar.
    Gecəni də bizdə qaldılar. Mən qorxa - qorxa yerimə girib
    gözlərimi yumdum və dərin yuxuya getdim.
    Səhər özümü çox yüngül hiss edirdim. Bədənimdən illərin yorğunluğu çıxmışdı sanki.
    Dayımın sözləri yadıma düşdü:"Mən ölsəm bu sirr də mənimlə öləcək".
    Həqiqətən də belə oldu.Mən bir daha o dəhşətli yuxunu görmədim...
    Müəllif Təranə Məmməd
    YAZARLAR.AZ
  • may 2021, Yazarlar.az

  • 196
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......