...
  • Seymur Sönməz (Paşayev) - Vüsala Həsrət Qalan​ Məhəbbət
  • YAZARLAR.AZ
  • VÜSALA HƏSRƏT QALAN​ MƏHƏBBƏT
    ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ (esse)​ ​ ​ ​ ​
    ​ ​ ​ “Hər kim ki, eşq əhlini salır əziyyətə, Özgə qarğışım yox, onu düçar olsun məhəbbətə!” Əlağa Vahidin bu deyimini hər ikisi əhdi-peyman kimi dillərinə gətirmişdilər, ilk dəfə tanış olanda. Əslində, oğlan bu misraları təzəcə tanış olduqları vaxtlarda qıza yazıb göndərmiş, qız isə ona: “Bizim eşqimizə kim dönük çıxsa, Allah ona lənət eləsin!” - sözləri ilə cavab vermişdi.
    ​ Oğlan onu ürəkdən, özü də dəlicəsinə sevirdi.​ Qız da bu sevgiyə biganə deyildi. Onların ilk tanışlıqlarının tarixçəsi “sosial şəbəkə”də dostlaşdıqları​ vaxta gedib çıxırdı. Əvvəlcə bir-birlərini ilıq kəlmələrlə sevindirmiş, günlər keçdikcə yazdıqları sözlərin ahəngi dəyişmiş, oğlanın sevgisinə qız müsbət cavab vermişdi. Bir-birlərindən məsafəcə uzaq olsalar da, səmimi duyğular onları qırılmaz tellərlə birləşdirmişdi...
    ​ ​ Antik dövrlərin məşhur filosoflarından olan Platonun adıyla sonrakı nəsillərin də bəyəndikləri bu eşqi əslində plotonik məhəbbət də adlandırmaq olardı! Qəlblərinin ən dərin qatlarında sirr kimi gizli qalan bu sevgi hər ikisini yandırıb-yaxan alov kimi idi...
    ​ ​ Gündən-günə şiddətlənən bu yanğı onları gec-tez birləşməyə, vüsalın şirin dadını birlikdə duymağa sövq edirdi. Gənc cütlük öz həyatları barədə bir-birlərinə əhatəli məlumat vermişdilər. “Whapsapp”dakı şəkilləri onların yaraşıqlı, cazibədar olduqlarını da təsdiqləyirdi. Yaş fərqləri​ o qədər də çox deyildi. Oğlanın otuz bir , qızınsa iyirmi səkkiz yaşı var idi. Hər ikisi çox tərbiyəli ailədə böyümüş və​ şəxsi xarakterləri o qədər də fərqli deyildi. Geniş dünya görüşünə, ədəb-ərkana sahib idilər. Yazışmalarında yeralan səmimi-duyğusal kəlmələr bunun ən bariz nümunələri idi...
    ​ ​ ​ Günlər, aylar bir-birini əvəz etsə də, onlar öz sevgilərini gah yazışmalarla, gah da telefonla danışmaqla davam etdirir, son nəfəslərinə qədər öz əhdlərinə sadiq qalacaqlarına and içirdilər. Ancaq elə bil heç biri qovuşmaq istəyi ilə növbəti bir addım atmaq fikrində deyildilər...
    ​ ​ ​ Oğlan ürəyində hərdən düşünürdü: “Görəsən bu qız mənimlə “sevgi oyunu” oynamır ki?” Qızın özü isə fikrində oğlandan eşitdiyi sözlərin şirinliyindən az qala məst olsa da, çox dərinə getmək istəmirdi. Oğlanın iztirablarını​ əyləncə vasitəsi hesab edir, sanki bundan həzz alırdı...
    ​ ​ ​ Onun suallarını yetərincə cavablandırır, sevgisinə sevgi ilə cavab verir, hərarətli kəlmələrini ondan əsirgəmirdi. Hərdən də ürəyinin dərinliklərində özünü qınayırdı: “Axı, bu yazıq oğlanı, niyə yolundan eləyirəm. Yazdıqlarından bilinir ki, çox kasıbdır, yalnız quruca maaşa göz dikib, ayaqda güclə dayanır. Axı, sevgi ilə gün-güzəran başa gəlmir? Arada yadına bir yaxın rəfiqəsinin taleyi də düşürdü. Həmin qız da, onun kimi ilk baxışdan birinə vurulmuşdu. Heç aradan üç ay keçməmiş könül verib, könül aldığı oğlanla evləndilər. Oğlan onun başına pərvanə kimi dolansa da, ehtiyacın boz sifətini görən kimi, məhəbbəti onun imdadına çata bilmədi. İlk vaxtlarda çətinliklərə sinə gərsə də, əzmkarlıq göstərib dözməyi bacarmadı. Axırda oğlana: “Elə bilmə ki, sənə könülsüz gəlmişəm, ancaq gördüm ki, sevgi-məhəbbətlə qarın doymur! Ona görə də gəl bir-birimizə “əlvida” söyləyib, ayrılaq! ..
    ​ Bu barədə xeyli düşünəndən sonra özlüyündə son qərarını verdi. Ancaq insafən mərhəmətsiz deyildi. Bir ilə yaxın sevdiyi oğlanın birdən-birə qəlbini qırmağı günah hesab edərək ondan kölgə kimi yavaş-yavaş uzaqlaşmağı qərara aldı. Əvvəlcə yazışmalarının sayını azaltdı, sonra oğlanın telefon zənglərini əksər vaxtlarda cavabsız qoydu...
    Gözəgəlimli olduğundan varlı bir ailədə böyümüş birinin diqqətini tez çəkdi. Yeni sevgilisinin sir-sifəti, boy-buxunu xoşuna gəlməsə də, aldığı bahalı hədiyyələr, sahib olduğu maşınlar, yaşadığı təmtəraqlı malikanə​ gözlərini qamaşdırdı. Və nəhayət barmağına taxılan çox bahalı nişan üzüyündən sonra özünün təbirincə desək, günlərin birində “sevgi oyununa” xitam verdi...
    ​ ​ ​ Qızın qəfil dönüşündən başını itirən oğlana isə son cavabı bu oldu: “İncimə, elə zənn elə ki, bu sevgi macəramız hər ikimizin eyni vaxtda gördüyümüz şirin bir yuxu imiş. Və bu yuxunun sonunda səndən qabaq mən başa düşdüm ki, real həyatda bu cür məhəbbət o qədər də uzun ömürlü olmur. Mənim kimi, sən də özünə layiq birini tapmaq haqqına sahibsən. Əlvida...
    ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Oğlan gözləmədiyi sözlərdən çox sarsılmışdı. Ürəyində dönə-dönə qınadığı bu vəfasız qıza aşağıdakı bir bəndlik şeirlə cavab verib aldandığına görə özünü dönə-dönə qınadı:
    ​ ​ ​ ​ ​
    ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Sənə neyləmişdim, barı danış-din,
    ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Şirin yalanlarla başımı qatdın!
    ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Heç demə oyunmuş yalançı sevgin,
    ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Niyə saf bir eşqi tapdayıb atdın?

    MÜƏLLİF : SEYMUR SÖNMƏZ - PAŞAYEV
    YAZARLAR.AZ
  • dekabr 2021, Yazarlar.az

  • 87
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......