...
  • Səxavət Qarabağlı - Şeirlər
  • YAZARLAR.AZ
  • SƏXAVƏT QARABAĞLININ SÖZ DÜNYASI

    Səxavət Qarabağlı (Məmmədova) 1977 ci ildə Tərtər rayonunun Səhlabad kəndində anadan olmuşdur. 1993 - cü ildə köçkün düşənədək Ağdam rayonunun Şurabad kəndində yaşayaıb yaratmışdır. Məlum hadisələr nəticəsində dogma evini tərk etməyə məcbur qalanda ta uşaqlıq illərindən yazdığı bütün şeirləri itib. Səxavət xanım bu halı özü belə ifadə edir: “ ... Şeirlərim evimizdə qaldı və bu bir körpənin xəyallarının paramparça olması demək idi. 2013 - cü ildə yenidən şeirlər yazmağa başladım... İndi ordumuzun şanlı qələbəsindən sonra daha xoşbəxtəm... Sanki həyatımın Ağdamda qırılıb qalan o hissəsindən gənclik çağlarımdan yaşamağa davam etməyə başlamışam...”

    TEZ GƏL YARIM
    Ömür viran olmadan,
    Ürək talan olmadan,
    Həyat yalan olmadan,
    Tez gəl həyat çox qısa.
    * * *
    Susuz qalan bulağam,
    Odu sönmüş ocağam,
    Tikan üstdə qonağam,
    Tez gəl həyat çox qısa.
    * * *
    Gələn yolunmu bağlı?.
    Bu aşiq qəlbi dağlı,
    Yoruldu Qarabağlı,
    Tez gəl həyat çox qısa.

    KASIB MƏRD OLAR
    Kasıb süfrəsində halaldı çörək,
    Süfrəni ürəklə açasan gərək,
    Halal süfrələrin qonağı mələk,
    Heç evdə görməsin zaval qonağı.
    * * *
    Nə qədər ucalsan hərdən başı əy,
    Nə kasıbı incit, nə qəlbinə dəy,
    Olsan da padşah, lap tutaq ki, bəy,
    Xoş səda ver, çalış xoş al sorağı.
    * * *
    Səxavətin nədir axı qəzəbi?.
    İstəmir var dövlət, istəmir dəbi,
    Kasıb olsa əgər boş qalsa cibi,
    Şan-şöhrəti onun halal olmağı...

    SAF QƏLBIM
    Saf qəlbim başıma bəla,
    Bicliyim, fırıldağım yox.
    Qəzəbim dağlar əridər,
    Qəlbimin qəzəbindən qorx.
    * * *
    Daşacaq səb kadası,
    Məzarın olacaq ürək,
    Oynama gəl saf qəlbimlə,
    Sındırma, onsuzda kövrək.
    * * *
    İntizar dostu bu qadın,
    Nə qoysun sevginin adın?
    Haçandır yolda qoyduğun,
    Gözlərin nurunu aldın...
    Müəllif:Səxavət Qarabağlı (Məmmədova)
    Təqdim edir: Zaur Ustac
    YAZARLAR.AZ

  • iyun 2021, Yazarlar.az

  • 228
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......