...
  • Səssizlikdən doğan fırtınanın möcüzəli sevgisi... Səma Muğanna
  • YAZARLAR.AZ
  • Səssizlikdən doğan fırtınanın möcüzəli sevgisi...
    Qar dənəcəciklərinin xoşbəxtliklə qarşıladığı qış fəslini əslində şəhərin sakinləri imtahan verərək qarşılayacaqdılar.Həyat imtahanı...Acılarında boğulan əllərinə bıçaq batırıb,nəfəslərini kəsəcəkdilər,çünki onlar yaşamaq nədir bilmirdilər.Sevgisiz bir dünyanı təsvir edərkən dalğalı dənizdə boğulurdular.Qadınlar və qızlar da bu intiqamı bu səfər qırılmış,ölü saçlarından deyil,qəlblərinə gömdükləri sevgiylə alacaqdılar.Bu şəhərciyin sakinləri fırtınanın səssizliyinə dözə bilmirdilər.Onlar daima yaşayıb,yaradıb,çalınan musiqi notlarına tutunub ayaqda qalırdılar.Onların yaşamaq həvəsi zərrələrinə kimi toxunan,hətta fırtına qoparan sevgiyə deyildi, sevgi adlandırdıqları işgəncəyə məruz qalıb,acılarıyla boğulmaqları idi.Soyuq qışın üsyanında sarılardı onların əlləri kiçik qar dənəciklərinə,ancaq nolsun? Bir dəfə də olsun sarmazdılar yaralarını.O yaralardan fışqıran qan ətrafa boylanaraq baxın beləcə insanların qəlbini ələ keçirərdi...Tək Muraddan başqa...
    Bəlkə həyatı doya-doya yaşamamışdı,ancaq həyat sevgisini əllərində deyil,ruhunda,qəlbində qorumağı bacarmışdı.Bəlkə də yeganə insan o idi...Ta ki, 1 oktyabr 2021-ci ilə qədər...
    Bu hadisəni sizlərlə də bölüşəcəm,amma bir anlıq özünüzü dərin boşluğa atın.O boşluqda saatlarca savaşın,eynən Murad kimi.Anlayacaqsız nə söyləmək istədiklərimi...
    Bu gün şəhərin ən hay-küylü zamanına təsadüf edirdi.Soyuq,kinli insanlar yenə öz dünyalarına qapılmışdılar.Səhər saatları 06:30 idi.Bomba partlayışının səsi hələ də qulaqlarımda cingildəyir.İnsanların evdən qaçışı gözlərimin önündən silinmir.Sanki ayaqlarını geridə qoyub,kölgələrini izləyərək qaçırdılar.Murad isə evində şirin yuxusunda idi.O an qapısının döyüldüyünü eşidib təlaşla ayağa qalxdı.Nişanlısı Dəniz nəfəsi kəsiləcəkmiş kimi içəri dalıb:
    -Murad,qaçmalıyıq.
    -Hara? Nolub Dəniz?
    -Söz soruşma,tezz...Tez ol!
    -Axı niyə? O küçədən gələn səslər nədir?
    -Partlayış baş verib.Vaxtımız azdır.Gəl,əlini mənə ver,qaçaq bu şəhərdən!
    -Yox,yox mən...
    -Nolub axı?!
    -Bağışla məni,Dəniz,mən bu səfər səninlə qaça bilməyəcəm.
    -Sən dəli olmusan,Murad,yoxsa ağlını itirmisən?
    -Yox,yox! Ancaq mən səni özümlə birgə təhlükəyə ata bilmərəm,əgər əcəlim gəlibsə,demək mən səninlə gələ bilmərəm.Əzizim,biz səninlə görüşəcəyik,heç narahat olma...
    -Murad,mən...Mən sənsiz yaşaya bilmərəm! Mən solmuş çiçəklərləmi gələcəyəm sənin yanına?! Sən nə danışdığını bilirsənmi?
    -Bilirəm,mən ölməyəcəm.Söz verirəm sənə,Dəniz! Söz!
    Murad Dənizin əlini öz qəlbinin üzərinə qoydu və dedi:
    -Biz qəlbdən qəlbə də sevəcəyik bir-birimizi.Tanrım bizi qovuşdursa,qovuşdurmasa da,sən mənim həsrətimin vüsalı olaraq qalacaqsan daima!
    Dəqiqələr qalmışdı...
    -Dəniz,qaç,canını qurtar bu vəhşi şəhərdən! Qaç!
    -Muraaaaaad...
    -Qaç!
    Arxasına baxmadan qaçan Dənizin ayağı büdrədi...Bombanın partlayışına son dəqiqələr qalmışdı.Zaman getdikdə qısalırdı..Dəniz yerindəcə qaldı.Murad nəfəsi kəsiləcək qədər qışqırsa da,Dənizin tək sözünü xatırlayıram...
    -Öləcəyəmsə,sənsizliklə deyil,bu dəhşətli şəhərin imtahanına çəkilməməkdən ötrü öləcəyəm! Və səndən alacaq intiqamı,qoy məndən alsın bu şəhər!
    Murad evdən qaçıb Dənizin qollarına atıldı.Artıq çox gec idi...İki sevgili də bu şəhəri susduracaq həyat hekayəsi yaşatmışdı insanlara.Artıq mənim də üzərimə düşən qələmə almağım idi...
    5 ay sonra...
    Dəniz göz yaşlarını Muradın yanında gizlədərdi...Zülmətin səssizliyində qəlbində susmuş fırtına üsyan edərdi.Alovlanıb kül olana qədər hönkürtü çəkərdi gözləri.Heç kəsi,heç göz yaşlarına da düşünməzdi,zatən düşünsə idi o da tək Murad olardı...
    Murad ayaqlarını,qollarını da itirmişdi.Onları itirsə belə onu ayaqda tutacaq sevgisi var idi.Dənizin qəlbində heç vaxt böyütmədiyi,əmanəti olan sevgi...
    Başını Dənizin qəlbinə həyəcanla döyünən döyüntülərinə həmişə bu sözləri təkrarlayardı:
    Sən yaşa.Sən yaşadıqca,mən də yaşayacam.Bax beləcə uşaq kimi qal,heç vaxt böyümə.Göz yaşlarını ver tök mənim saçlarıma,onlar islansa da olar.Təki sən Dənizin qəlbindən heç vaxt getmə.Mənimsə baxışlarımdan...
    •Müəllif:Səma Muğanna
    YAZARLAR.AZ

  • avqust 2021, Yazarlar.az

  • 129
Bir televiziya əməkdaşının başına gələn komik hadisə (pyes)

Tural İsmayılov

Efirdə hər şey mümkündür Personajlar: * Elçin – televiziyada 20 ildir çalışan redaktor. * Kamran – gənc aparıcı. * Aygün – prodüser. * Operator –......

Poetik Tərcümələr

Firuz Mustafa

Kitabda Firuz Mustafanın dünya ədəbiyyatından etdiyi poetik tərcümə nümunələri toplanmışdır. Həmin tərcümələrin əksəriyyəti müxtəlif illərdə ədəbi qəzet, jurnal, sayt və məcmuələrdə dərc edilmişdir......

Bu gələn payız da mənə bənzəyir

Təranə Dəmir

Dumanı tanışdı,çəni tanışdı. Bulud gözlərindən ayrılıq yağır, Həsrəti tanışdı,qəmi tanışdı. Başdan ayağacan bahar xəstəsi, Təpədən dirnağa vüsal acıdı. O......

Oxuya bilmədiyim hekayə.

Feyruz Muradov

Mən redaksiyaya ilk dəfə ayaq basanda Vaqif Abbasovu tanımırdım. Onun haqqında heç nə bilmirdim. Redaksiyada yalnız bir nəfəri şair Tofiq Hüseynovu tanıyırdım. Tofiq Hüseynovu tanımağım......

Avropalı görkəmli məsul katib.

Feyruz Muradov

Avropalı görkəmli məsul katib Xeybər İgidəliyev redaksiya ilə əməkdaşlığa başladığım vaxt məsul katib işləyirdi. Onunla redaksiyada az-az rastlaşırdım. O vaxtlar aramızda demək olar ki, heç......

Bir məqalənin izi ilə.

Feyruz Muradov

Ön söz : Uzun illər Şirvannın yerli mətbuatıda müxtəlif mövzuda yazılarla çıxış etmişəm. Mənim haqqımda bir yazı yazıla biləcəyi haqda heç vaxt düşünməmişəm. Amma uzun......

Mən bir payız yolçusuyam

Təranə Dəmir

Küləyim var,yağışım var, Enişim var,yoxuşum var, Hər açılan səhərlərin, Hər qaranlıq gecələrin Yanağında göz yaşım var. Baxışımda xatirələr, Kirpiyimdə qəm gül......

Pəncərədən uçan balıq (absurd hekayə)

Tural İsmayılov

Bir gün balıq akvariumdan çıxıb pəncərəyə qondu. Evdəki pişik təəccüblə soruşdu: — Sən nə edirsən? Balıq cavab verdi: — Uçmağı öyrənirəm. — Axı sən balıqsan!......

Doğma rayon

Şəhriyar Mürsəl

Mən məcburi köçkün ailəsində doğulsam belə, məcburi köçkün sayılmıram. Laçın ata-baba vətənimdir. Laçının təbiətinin vurğunu olsam belə, öz vətənim sayılmır. Uşaqlığım Ağcabədi rayonunda keçib. Bütün......

Məmmədəli kişi ilə dioloq

Şəhriyar Mürsəl

Məhəllədə qonşumuz Məmmədəli kişi mənə yaxınlaşdı, başladı yenə söhbətə: — Ayə, filankəsin oğlu, filankəsin qızı 50 bal yığdı, 500 bal yığdı. Bəhmənkəsin qızı ərə getdi,......