...
  • Şəhid Emin Süleymanov
  • YAZARLAR.AZ
  • Bu gün Şəhidimiz Mayor Emin Süleymanovun doğum günüdür...
    Bəs, dostum, bilirsənmi şəhid kimdir?
    Şəhid- fəda edəndir, canını, qanını, gəncliyini, ömrünü! Biz rifah, azad, hüzur içində yaşayaq deyə, öz ailəsini hüzursuz, gözüyaşlı qoyandır.Balalarını ömürlük ata həsrəti ilə tək buraxıb gedəndir, sırf millət naminə! Sırf vətən naminə!
    Qanı yerdə qalmalıdırmı?
    -Əsla!
    Unudulmalıdırmı?
    -Əsla!
    Nə qədər ki, nəfəs alırıq, onların yaşaya bilmədikləri həyatı yaşaya bilirik, onları qəlblərdə yaşatmalıyıq!
    Şəhid unudulanda, inciyər.Unudulanda, küsər.And olsun ki, unudulanda ölər...
    Emin qardaşımız ailəlidir.Bir oğlu və bir qızı var.Arxasından gözünün yaşı qurumayan, oğlunu tanıtdırmaq üçün, oğlunun unudulmaması üçün məğrur dayanan dünyalar gözəli anası var.Elə Eminimiz haqqında məlumatı paylaşmağı da anamız xahiş etdi...
    Bir gözü yaşlıdı, bir gözü qürurlu...
    Gəlin, şəhidimizi daha yaxından tanıyaq.
    Emin Süleymanov 1977-ci ilin iyul ayının 21-də İmişli rayonunun Xubyarlı kəndində anadan olmuşdur...
    Öz zəhməti ilə daim çalışmış, vətənə borcunu hər fürsətdə ödəyəmə can atmışdı.Sonunda şirin canını da uğrumuzda fəda etdi...
    Azərbaycan ordusunun mayoru olan Şəhid Emin Süleymanov Vətən müharibəsi zamanı Laçının azadlığı uğrunda qəhrəmanlıqla savaşmış, noyabr ayının 8-də Laçın döyüşlərində ən yüksək zirvəyə ucalmışdır...
    Elə bir zirvəyə ki, o zirvəyə ucalmaq hər adama nəsib olmur...
    Doğum günün qutlu olsun, cənab mayor!
    Haqqını halal et...
    Müəllif, Aytac İbrahim
    YAZARLAR.AZ və BİTİK.AZ
  • iyul 2021, Yazarlar.az

  • 143
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......