...
  • Şairlər Əsəd Cahangiri Şeir Yağmuruna Tutdular
  • YAZARLAR.AZ
  • ƏSƏD CAHANGİRƏ
    İlahi, bərk saхla bu nərdivanı,
    Düşüb adamlıqdan yıхılır adam.
    Qüvvətə yüksələ bilməyən kimi,
    Bölünüb məхrəcdə çıхılır adam.
    * * *
    Hər gün yol gеdirik ölümə tərəf,
    Ölüm də bələdçi, zülümə tərəf,
    Üzə bilməyəndə çölünə tərəf,
    Batıb içindəcə boğulur adam.
    * * *
    Göz önündə olub, göz görməyəndə,
    Min еyib tapılır hər cür "bəyəndə".
    Özgələr qəlbində yеr vеrməyəndə,
    Köçüb öz içinə yığılır adam.
    * * *
    Fələklər ahımdan yanalar gərək,
    Əgər yanmasalar, donalar gərək,
    Məni bağışlasın analar gərək:
    Özünü doğanda doğulur adam.
    Müəllif: Qılman İMAN

    QOŞA BEŞLƏRİN
    (Əsəd Cahangirə 55 yaşı münasibəti ilə...)
    Bənzəyir qanadlı quşa beşlərin,
    Düşüb yay fəslinə qoşa beşlərin.
    İlləri boş yerə xərcləməmisən,
    Gəlir,min şükür ki,xoşa beşlərin.
    * * *
    Uzun gecələri çox qaldın oyaq,
    Söz adlı od sevdin pərvanəsayaq,
    Söykədin arxanı daima Haqqa,
    Yaş yaşa dayaqdır,beş beşə dayaq.
    * * *
    Qəlbinin aynası büllur,saf şüşə,
    Qoymadın üstünə qara xal düşə.
    Həyat məktəbini oxudun əla,
    Ədəb məktəbini bitirdin beşə.
    * * *
    Fikrin,duyğuların dərindən dərin,
    Düz bildin yerini xeyirlə,şərin.
    Vallah,öz-özünə qoşalaşmayıb,
    Min-min qayğısı var qoşa beşlərin.
    * * *
    Bu hörmət,bu izzət düşməyib göydən,
    Çıxmısan pak,təmiz bir halal öydən.
    Qoymusan daşı daş,yaşı yaş üstə,
    Halal zəhmətindir saçındakı dən.
    * * *
    Qələmi haqq sandın,sözü bildin pir,
    Oldu fikrin,sözün əməlinlə bir,
    Qoşa beş nədir ki belə ömürçün,
    Azdır yüz yaşasan,Əsəd Cahangir!
    Müəllif : Fikrət MƏMMƏDLİ

    DEYİLİR
    (Bu şeiri əziz Əsəd Cahangirin 55 illik yublieyinə həsr edirəm)

    Yaşı məlum olmayana,
    Göy deyilir,yer deyilir.
    Möcüzədi yaranandan,
    Açılmayan sir deyilir.
    * * *
    Gedən gedər,gələn gələr,
    Bəxt üzünə gülən gələr.
    Çox dünyada pəncərələr,
    Ötüb keçsən bir deyilir.
    * * *
    Yaxşılığa əl atana,
    Haq edib könlə yatana.
    İmkansıza əl tutana,
    Xeyirlə əlbir deyilir.
    * * *
    Şahlar yada düşmür ,niyə?
    Min ahlar yüksəldib göyə.
    Nizamiyə,Füzuliyə,
    Nəsimiyə pir deyilir.
    * * *
    Zülümkarın yoxdu eli,
    Şər deyənin susar dili.
    Çox əyrini.çox qozbeli,
    Düzəldər qəbir,deyilir.
    * * *
    Doğulandan sir olana,
    Könüllərdə pir olana.
    Sözü,işi bir olana,
    Əsəd Cahangir deyilir
    Müəllif : Çingiz QƏRİBLİ

    BEŞ QOŞANIN ADAMINA
    (55 yaşının tamamına görə)

    Təbin, məntiqin titan --
    Bu coşquya nə sədd var?!
    Beşləri qoşa atan
    Taledə tün məqsəd var!..
    * * *
    Agah söz ilki sənə;
    Verilmiş bilgi sənə...
    Ey xocam, bil ki, sənə
    Coxusunda həsəd var!..
    * * *
    İyirmibirinci əsrin
    Sən -- MÜCİRƏDDİN qəsri...
    Poeziyanı, nəsri
    Hər yozumunda hədd var...
    * * *
    Rəyin -- bölünməz təkdir,
    Ruhunda nə var-- həqdir...
    Saf duyduğunda təqdir,
    Duyğusuzluğa rədd var!..
    * * *
    Sənət meydanı daşlı...
    Gah zəhərli, gah aşlı...
    Ölüm-itim savaşlı
    Bu yolda çox cəsəd var!..
    * * *
    Bir şair ömrü sürdüm...
    Xəyallarımla kürdüm...
    Qələm götürüb, gördüm
    Qarşımda tək ƏSƏD var!..
    Müəllif: Yusif NƏĞMƏKAR

    ADAMI
    Sənə yazdım qəzəli, mən də bu gün, Söz adamı,
    Həmi yüksəkdə tutar, həm də yıxar söz, adamı.
    * * *
    Dedi keçmiş atalar, "gözlər ürək aynasıdır",
    Verər öz nurunu həm, tez tanıdar üz adamı.
    * * *
    Dəyişib dövrü zaman, əyrilərin "xod" çağıdır,
    Bilirik sevməyib heç, əyri olan düz adamı.
    * * *
    Sözü sevsən, deyirəm, qiyməti yox, gövhər olar,
    Yerə vurdunsa sözü, bilki boğar toz adamı.
    * * *
    Sözü arif olana söylə ki, bilsin dəyərin,
    Düşünüb anlayar o, məğlub edər yüz adamı.
    * * *
    Neçə dağdan, dərədən fikrü xəyalın dolaşar,
    Aparar əvvəl-axır bax, bu təpə, düz adamı.
    * * *
    Sənə, Lilpar, deyirəm yaz ki, başından keçəni,
    Tanıdar aləmə, bil, sonda qalan iz adamı.
    Müəllif: Lilpar CƏMŞİDQIZI

    ƏSƏD CAHANGİR

    İki beşi yan-yana
    Düzdün, Əsəd Cahangir.
    Tənqidin dəryasında
    Üzdün, Əsəd Cahangir.
    * * *
    Bulud kimi dolur hərdən,
    Xəyallara dalır hərdən.
    Hərdən şən olur, hərdən
    Üzgün Əsəd Cahangir.
    * * *
    Təcəlla etdi üzüylə,
    Addımladı öz iziylə.
    Öz taleyin öz sözüylə
    Yazdı Əsəd Cahangir.
    * * *
    Əsdi Əsəd Cahangir,
    Üstdür Əsəd Cahangir.
    Səsdi Əsəd Cahangir,
    Sözdü Əsəd Cahangir.
    Müəllif: Faiq HÜSEYNBƏYLİ



    Şairlərin şeir yağmuruna tuş gələn Əsəd CAHANGİR özü də yubileyinə şeir yazdı:
    "Özüm də özümə bir şeir yazdım. Bu şeiri 25 il öncə yuxuda görmüşəm. Yuxuda gördüklərimi altı il əvvəl 50 yaşıma ithaf etmişəm. Amma getdikcə başa düşürəm ki, bu mənim ömür şeirimdir. 50, 55, 60 yaşımın şeiri... Allah nə qədər ömür versə, bir o qədər... Deyəsən, bu şeirdən başqa hər hansı yubileyimə şeir yaza bilməyəcəm. Söz bir olar!"

    55 YAŞIMA

    Bacadan qəfil şığıyıb
    Çiynimə qonan quşa bax!
    Az qalır ki çiynim sına
    Qanadları sınmışa bax!
    * * *
    Burub fələyin qulağın
    Hansı vaxta qurub gəlib?
    Əlli beş il gözləmişəm,
    İndi niyə durub gəlib?
    * * *
    Çiynimə qonan bu quşun
    Sağı var, solu görünmür,
    Üzümə nəfəsi dəyir,
    Qanadı-qolu görünmür.
    * * *
    Göz yaşımı dənləyən quş,
    Kimsə yox dən versin sənə?
    Atam gəlsin, anam gəlsin
    İsti yuva hörsün sənə?
    * * *
    Oğlan, nə ana südündən,
    Nə ata qanından gəlir,
    Çiyinlərə qonan quşlar
    Allahın yanından gəlir,
    * * *
    Sənə haqqın quşu qonub,
    Bəxtəvər olub başına!
    Dimdiyində söz gətirib
    Allahdan təzə yaşına!
    * * *
    Çiyninə quşlar qondusa,
    Anan olmaz, atan olmaz,
    Daha quş olub uçarsan
    Daha səndən adam olmaz.
    Müəllif: Əsəd CAHANGİR

    Biz də Yazarlar.az olaraq bütün bu arzulara qoşularaq söz dünyasını cahangir əsədi Əsəd Cahangiri yubileyi münasibəti ilə təbrik edir, ən gözəl nemət olan can sağlığı və bütün fəaliyyətində uğurlar arzu edirik!!! Uğurlarınız bol olsun, Əsəd müəllim!!!

    YAZARLAR.AZ və BİTİK.AZ


  • iyun 2021, Yazarlar.az

  • 129
Belə Ayrılıq Olmur

Dəhnəli Məmməd Hacızadə

Dərddi dərdə calanan, hey üst-üstə qalanan. Baxma ki ortalıqda iztirabdı dolanan, . Dözmərəm göz yaşına, qəm dolu baxışına. Qəlbimdəsən getsəm də, dünyanın o......

Ağrının ssenarisi - (psixoloji-fəlsəfi janrda hekayə)

Tural İsmayılov

Gecənin sükutu mürəkkəb qurumamış vərəqlərimin üzərinə ağır bir duman kimi çökürdü. Pəncərənin önündə dayanıb, uzaqda, qaranlığın içində batan şəhərin işıqlarına baxırdım. Masamın üzərində on birinci......

Daha Səsləməyir Dan Yeri Bizi

Dəhnəli Məmməd Hacızadə

Göydə ay,ulduzlar yerdə sən və mən, Bir onlar oyaqdır, bir də, sən və mən. Qapılıb gecələr xoş xəyallara, Onlar bizə baxar, biz də onlara. Qalardı......

Ağ dumanın içindəki görən kor (fəlsəfi hekayə)

Tural İsmayılov

Atam deyirdi ki, dünyanı görmək üçün göz lazımdır, mən isə indi buna şübhə edirəm. O kitabı – vərəqləri künclərindən didilmiş, cildi günəşdən solmuş o qəribə......

Zaur Ustac - Zenitdəki Zenitçi

زائـــور اوستاج

Zenitdəki Zenitçi (oçerk) Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi yüz illər boyu Vətən uğrunda canından keçən igid oğulların adı ilə zəngin olmuşdur. Bu qəhrəmanlar yalnız bir ailənin......

Sona İsmayılova – Zakir Kaya’nın Medya ve Yayıncılık Çalışmaları

زائـــور اوستاج

Röportaj Editör Girişi Dr.profesor Zakir Kaya, Türkiye merkezli araştırmacı gazeteci, yazar olarak medya, yayıncılık ve edebiyat......

Araşdırmaçı jurnalist Zakir Kaya: Media, Ədəbiyyat və Müstəqil Düşüncənin Kəsişm...

زائـــور اوستاج

Müsahibə Mətni Müasir mediada sürət, görünürlük və rəqəmsal intensivlik artdıqca, məzmun istehsalının keyfiyyəti və......

Zaur Ustac - Mən

زائـــور اوستاج

Mən “Sizin yanınızda oturmaq istəyirəm” … (Qəndab – Ara-sor məni) Hər gün oyananda səhər mehində, Sübhün şəfəqində, danındayam mən. Telinin cığasın pozan küləyəm, Hər zaman......

Zaur Ustac - Aşiq gecələr

زائـــور اوستاج

Aşiq Gecələr (Qəndab – Aşiq gecələr) O zülmət gecənə şam olum, gülüm, O gül cəmalına aşiq gecələr! “İşıldaquş”ların işığı vecsiz, Əriyən mumlara aşiq gecələr! Pərvanə......

Abşeron təhsilində sözün və yaddaşın böyük bayramı

زائـــور اوستاج

Abşeron-Xızı Regional Təhsil İdarəsi müdiri hörmətli Ilhamə xanım Abdullayevanın dəstəyi ilə Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil......