...
  • Şair Vaqif Aslanın "Ruhlarla söhbət" poeması özbək dilində çapdan çıxdı
  • YAZARLAR.AZ
  • Şair Vaqif Aslanın "Ruhlarla söhbət" poeması Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə özbək dilinə çevrilib nəşr edilmişdir. Azərbaycan Yazıçılar Birliyi (AYB) Şəki bölməsinin sədri, şair Vaqif Aslan əcdad məzarlarından başlayıb ən qədim insan məskənlərindən Qobustana və Azıx mağarasınadək mənbələr və salnamələr əsasında səyahət edərək bu tarixi - fəlsəfi əsəri ərsəyə gətirmişdir. Yazılı mənbələrin tükəndiyi məqamlarda Azərbaycan türkcəsində indinin özündə də işlənməkdə olan söz və ifadələrdən canlı və əyani sübut kimi istifadə edən müəllif ümumtürk təfəkkür tərzinin tarixi - genetik mənzərəsini yaratmağa çalışmışdır. Əsərdə sovet dönəmində türk xalqlarının necə bir amansız repressiyaya məruz qalması, onların rus işğalı altına düşməsi kitabda təsvir edilmişdir. Kitabda xanlıqlara bölünmələr, böyük türk dövlətləri zamanındakı çəkişmələr öz əksini tapmışdır. Bilgə xaqan, Mətə xaqan, Alpər Tonqa zamanlarına baxış türk- Turan birliyinə çağırış kimi səslənir. Şairin tarixi-fəlsəfi priyomları bununla bitmir. Əratta, Şumer dövrünə enməyi qarşısına məqsəd qoyan müəllif "bir ayağı Sakit okeanda, digər ayağı Atlantik okeanda olub, göyləri çiynində saxlayan türkün" dünya mədəniyyətinə və bəşəri inkişafa verdiyi töhfələri sadaladıqca oxucunun qəlbi qürur hissi ilə dolur. Tarixi məğlubiyyətlərimizin səbəbləri açıqlandıqca Turan Birliyinə gedən yolun müqəddəsliyi aydınca görünür. Poema bədxahlıq və şər daşıyıcısı olan terrorist, vandal, manyak və işğalçı qüvvələrin və bu qüvvələrin əlində olan ermənilər üzərində haqq və ədalət carçılarının - türklərin qələbəsi ilə başa çatır. Yazılış tərzi və üslubuna görə öz orijinallığı ilə seçilən "Ruhlarla söhbət" poemasını özbək dilinə şair-tərcüməçi Gülzira Şəripova çevimişdir. Şair Vaqif Aslanın Anadolu və özbək türkcələrində ayrı-ayrılıqda kitab şəklində nəşr edilən "Ruhlarla söhbət" poeması yaxın zamanda Bişkekdə keçirilməsi nəzərdə tutulan "İssık Kul Türkün İnci Dünyası" adlı bir mahnının festivalı çərçivəsində oxuculara təqdim olunacaqdır. Kitab, Bişkekdəki "Uluu Toolor" nəşriyyatında 500 nüxsə ilə çap olunmuşdur. Əsər türk dilinə də tərcümə edilmişdir Tanınmış şair-tərcüməçi Aslan Yusifi kitabı türk dilinə tərcümə etmişdir. Bir neçə gün əvvəl kitab artıq türk dilində işıq üzü görmüşdür. Qeyd edək ki, Fond öz ənənələrinə sadiq qalaraq, kitabları pulsuz yayacaqdır. Xatırladaq ki, bu, Fondun tərcümə etdirib, nəşr edib pulsuz yaydığı 119-ci kitabdır. Bundan başqa, Bişkekdə keçiriləcəyi nəzərdə tutulan "İssık Kul Türkün İnci Dünyası" adlı bir mahnının festivalı çərçivəsində Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru, musiqiçi Abbasqulu Nəcəfzadənin "Azərbaycan milli nəfəs çalğı alətləri (Orqanoloji-tarixi tədqiqat)" monoqrafiyası türk və özbək dillərində (Monoqrafiya ermənilərin xülyalarını puç etməyə hesablanıb), Nigar Həsənzadənin "Şeirlər toplusu" türk, özbək və Azərbaycan dillərində, Sayman Aruzun "Yüz il inqilab" türk və özbək dillərində və başqa müəlliflərin əsərlərinin təqdimatı planlaşdırılır. Şair Vaqif Aslanın "Ruhlarla söhbət" poeması elektron kitabı şəklində sayta yerləşdirilib. Poemanı bu linkdən oxumaq olar: 1. Türk dilində: http://turktoday.info/biblioteka-turciya.html 2. Özbək dilində: http://turktoday.info/biblioteka.html
    XMA Header Image
    Библиотека - Турция | News
    turktoday.info
  • may 2021, Yazarlar.az

  • 137
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......