...
  • Ruhumun Qonağı- Leyla Yaşar
  • YAZARLAR.AZ
  • RUHUMUN QONAĞI
    Budur həyət darvazası açıldı. Boylanıram. Gecədi demək olar ki... Hərdən sərin hava üzümə dəyib geri qayıdır. Bir az külək var. Küləyin gətirdiyi cücülər dişləməmiş getmirlər. Onları qova - qova bir gözüm qapıda yerimdə qurcuxuram.
    Aha, telefonun işigı yanır. Odu deyəsən. Axsam olanda Kürün qıragına gəzməyə gedir. Bir az hava alıb gəlir. Get gedə yaxınlaşır. Əlində çantası yavaş yavaş yellənir.
    - Ay qızım, niyə yatmamısan, tək burda neynirsən?
    Maman hanı bəs?
    Çagır gəlsin dondurma almışam .
    - Ay ata, indiyə mama qalar, çoxdan yatıb. Deyirəm gülürük.
    Gəlib əynini dəyişib otururur .
    Bir az nəfəs alıb, bir iki dittili öldürüb, uzanir divana.
    Nə dondurması almısan, ay ata?
    - Togruldan aldım, mamanın xoşu gələndəndi, şokaladlı.
    Hə, onun payın qoyum soyuducuya, biz yeyək.
    Arada pəncərədən mamamın səsi gəlir, Leyla kimlə danışırsan?
    Dilim tutulur, cavab verə bilmirəm.
    Üstündən bir az keçir. Oturub həmişəki kimi ata - bala dərdləşirik .
    Mən suallar verirəm. O cavabarın: geniş, izahlı...
    İnformasıya bazamız doludu bu gün. Çoxdandı görüşmürük axı .
    Heç soruşmuram uşaqlar hanı ?
    - yatıblar .
    Bir az Yusifin diliylə danışırıq.
    Deyirəm Yusif denən maşın , deyir ənn ... deyib bərkdən gülür.
    Səni yaman axtarır, ay ata. Deyirəm gələcək. Deyir o gələ bilmir. İnanmır gələsən .
    Ortaya sükut çökür .
    44 günlük müharibənin müzakirısinə başlayıram. Fikirləri mənə çox maraqlıdl. Sosial, siyasi, mədəni məsələlərin müzakirəsi bitmirki, bitmir.
    Arada dayanıb, a qızım neysən, sən qarışma belə məsələlərə deyir.
    Ay ata, elə bil agrımırsan ta?
    Başın yelliyir.
    Bir az keçir.
    Çay içirsən? Təzə suyumizdan qaynatmışam, bəlkə kampot içəsən? Dil bogaza qoymuram. Yox heç nə lazım deyil. Bir az uzanım burda deyib planşeti əlinə alır. Bir az səhfələri çevirib, gözlərini qaranlıga zilləyir. İlqargil yatıb yəqin. Hə. İndiyə adam qalar?
    Saat mürgü vurur. Əqrəbin neçənin üstündə dayandıgın seçə bilmirəm.
    Bir az meh gəldi deyəsən. Dittili olmasa adam burda yatardı deyib gözünü yenidən planşetə yönəldir. O qapının işigi niyə helə yanır a qızım?
    - nolub ki ay ata? Xarab olmuşdu Azad gəlib düzəltdi . Xarab olanda o gəlsə yaxşıdı.
    Sükutu pozuram yenə - ay ata, Yusif səni yuxuda görür. Deyir dədə məni dindirmədi. Gülür yenə, denən nadinclik edirsən, səndən küsüb. Elə deyirəm, pis olur. Cıqa neynir ey? ( Aylin) Yusifi döymür? Yusiflə işiniz yoxdu ha! Yusif yaxşı oglandı! Bilsə gəlmisən sevindiyindən bilməz neynəsin. Bəlkə durguzum? Cavab vermir...
    Sevdiyi sarı köynəyin geyib. Uzun uzadı üzünə baxıram. Ay ata, onu qoy o tərəfə gəlmişkən bir iki sual verim sənə. Ver, qulagım səndədi. Dayan ey, özün necəsən? - babatam ay ata. Sən yaxşı ol.
    Hə saualını ver görək...
    Hardaydın ay ata,hara getmişdin?
    Elə bildik ölmüsən.sənə yas saxladlq. 10 ay keçib ay ata... bilirdik gələcən, inanmırdıq ölmüsən. Sən gedəndən hər şey qarış quruşdu. Hər gün sənlə dərdləşirəm. Gizlində aglayıram. Amma gəlmirsən. Yaxşı ki, gəldin. Sənlə bərabər çox şeylər getdi. Heç nə demədən, danışmadan qəfil getdin. Gecənin qaranlıgına bürünüb gözünü yumdun. Aparıb qoyduq torpagın altına gəldik. Tez tez ziyarətinə gedirik. Aglayıb, şəklinlə danışıb gəlirik. Yenə də səssizliq. Mən danışıram, o susur... Gecdi çıx yuxarı yat yerində, otaq sərin olar. Kondisioneri işlədirsiniz? Necədi soyudur? Yaxşıdı ay ata, yerin məlum.
    Elza xalan necədi? Salam deyərsən? Haqqı çoxdu üsümdə. Bir ara ona da əziyyət verdim. Denən haqqın halal etsin.
    Bibin necədi? Gəlib gedir? Yoxluyur sizi?
    Mamanın toyuqları necədi? Yumurtlayır? Bişir Yusif yesin. Təzə çolpalar da alıb, ay ata. Bu arvad xoşu gəlir də əziyyət çəkməkdən, denən bax neynirsən.
    Bəs ay qızım, maman kimlə qalır?
    Gözüm dolur bu suala , indi mən səssiz qalmışam .
    Ta gəlmisən ay ata, tək qalmaz. Tək niyə olur ki? Siz varsuz. Bizlə sən birsən ay ata, elə söz danışırsanki?
    Bir az fikirə gedir. Düşünürəm, aha deyəsən təsir etdi. Qalacaq.
    Gözüm yenə saatdadı. Saatın əqrəbi mürgülüyə - mürgülüyə 05 - in üstünə birtəhər gedib çatıb.
    Sükutu o pozur. Qonşular necədi? Gəlib yoxluyan var sizi? - Hə ay ata, sagolsunlar.
    Orxan necədi? İşləri necədi? -
    Yaxşıdı. Sualdan yayınıram.
    Mənə niyə verirsən bu sualları ay ata, sabah görəcən də hamını...
    Dur çıxaq yuxarı mənim də yuxum gəldi ay ata, deyib özümü yuxulamış kimi göstərirəm. Bəlkə çıxa evə .
    Şəhla xalan necədi?
    - Yaxşıdı. Sənin yoxluguna çox pis olur, deyir sayan, axtaran o idi. Arxam dayagım getdi...
    Bir iki sual da verir... cavablarım onu bir az hirsləndirsə də təmkinlə, dalıyca gedin ay bala, haqqımı yedirtmiyin deyir. Pis oluram, büruzə vermirəm.
    Yaxşı mən gedim. Hara, ay ata? - deyib sanki hayqırıram...
    Getməliyəm qızım . İşlərim var ..
    Susur , soyuq gözlərində kədərlə ayaga qalxıb sagollaşır . Mamandan mugayat olun, Orxanla mehriban olun, Yusifi incitmə. Yusif yaxşı oglandı!
    Son sözün deyib yox olur. Oturub key key baxıram. Divana. Saata, stola stula... yoxdu getdi... niyə saxlaya bilmədim deyib hönkürürəm. Niyə getdin ay ata?
    Gözlərimi silib, yanımda mənə yuxulu - yuxulu baxan mamamla, Yusifi görürəm.
    Ay mama, atam gəlmişdi, Yusif dədə gəlmişdi. Yazıqlar üzümə baxa baxa qalıb. Özümü topalayıb, üzümə su vurub, bayaqdan atamı keçirdə bilmədiyim evə keçirəm ...
    Müəllif, Leyla YAŞAR
    YAZARLAR.AZ
  • noyabr 2021, Yazarlar.az

  • 163
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......