...
  • İbrahim Rüstəmli - Məkansız Media Məkanı
  • YAZARLAR.AZ
  • MƏKANSIZ MEDİA MƏKANI
    Aprel döyüşlərinin şəhid qəhrəmanlarına (3-cü) ithaf
    Ölkədə baş verən ən adi siyasi-hərbi silkələnmələr informasiya cəbhəsinin immun sistemini bir qayda olaraq risk zonasında məhşər ayağına çəkir.
    Əsl düşmənimiz - qabarmalardan sonrakı nişanələr, tərəddüd, güman, şübhə kimi xarakterizə oluna biləcək çatlar isə daha çox sərtliyi ilə yadda qalır və heç bir güzəşt tanımır: qüsurları islah etmək üçün lazım olan zaman, şans, macal anlayışları ən zəruri ehtiyac bazasında öz məğlubiyyətini hərəkət dinamikasını itirməklə ifadə edir! Çünki (arxa cəbhədə) həvəskarlara xas kobud səhvlərin qarşısında bəzən (ön cəbhədə) hətta ən müasir hərbi biliklərlə yüklənmiş, yüksək çinli peşəkar hərbçilər belə tab gətirmir:Analar oğul, xanımlar ər, övladlar ata, Vətən ƏSGƏR itirir!..
    Tariximizin ən böyük faciəsilə taleyimizin ən böyük ironiyası arasındakı fərq zamanın yuvarlaq qanunlarına boyun əymir. Əsl vətənpərvərlər vətənpərvərlik haqqında danışanların çörək ağacına çevrilib. Daha yaddan çıxmış həqiqətləri ötəri həzzlərin dəbdəbəli saraylarında axtarmaq heç kimin ağlına gəlmir. Hər gün oğru pişik kimi sevinə-sevinə evimizə daşıdığımız bərəkətin mayası şəhid qanı ilə yoğrulub. Di gəl, tox gödənimiz yaddaş mərəzimizin ağrı-acısını axıradək yaşamağa macal vermir. Dağdan ağır dərdlərimizlə yarımçıq doğulmuş uşaq kimiyik! Yoxsa bunu bilməyə nə vardı! Məglubiyyətimizin əsl ünvanı zəbt olunmuş torpaqlarımız, o torpaqlarda gecə-gündüz kiprik qapamadan düşmənlə göz-gözə dayanan oğullarımız deyil! Özündə cəsarət tapıb çirkli əllərini çamura atanlar sinirləndiyimi düşünməsinlər. Onsuz da Azərbaycan əsgərini mənim qədər mənən tanıyan, onun qəhrəmanlığına şəxsən şahidlik edən çox az yaradıcı adam var. Bu düşərgədə keçirdiyim iyirmi ildən artıq zaman kəsimi həyatımın ən şərəfli səhifəsi, qürur mənbəyidi. Çünki biz heç vaxt cəbhədə uduzmamışıq! Bu gün də uduzmuruq!..
    Məglubiyyətimizin əsl ünvanı başkəndimizdi, başkəndimiz!
    Bu qəfil və qəti nidanı məqamgirlərin "yeminə” çevirməmək üçün dərhal sual verirəm (çünki həyat məni həmişə ehtiyatlı olmağa vadar edib): İnformasiya cəbhəsinə xərclənən milyonlarla vəsait dövlətin sığorta haqqını, görəsən, niyə ödəmir?!! Görəsən müqayisəyə gəlməyəcək diqqət və qayğının müqabilində niyə bu haqq ölkənin birinci şəxsinə, Ali Baş Komandanına qaytarılmır! Çünki o vəsait delitantlarin əlinə keçən kimi öz həqiqi missiyasına, təyinatına xəyanət edir, forma və məzmununu itirir, yolunu azır! Hər fürsətdə özünü gözə soxan "poçt göyərçinləri”nin, fəxri ad, mənzil, vəzifə davasına qalxan media "maqnat”larının qazanc mənbəyinə, ailə büdcəsinə çevrilir. Və nəhayət, ən qısa müddətdə qarşımızda əsl qatil obrazında zühur edir! Bu qatili biz öz ocağımızın başında, öz əlimizlə, öz Vətənimiz üçün böyüdürük.
    Təəccüblənməyin...
    Söhbət dövlətimizin, xalqımızın və ordumuzun informasiya təhlükəsizliyindən gedir, cənablar. İllərlə davam edən fasiləsiz təzyiq və təhdidləri ənənəvi güc mərkəzlərinə yönəltmək mərəzimizdən bəlkə əl çəkək!?; bəlkə daha çox ətrafımızdakılara şər-böhtan atmaqla yadda qalan həyat fəlsəfəmizi, yaşam tərzimizi, əxlaqımızı dəyişək!?; bəlkə ancaq yaxınlarımızı nəzərdə tutan əhatə dairəmizi genişləndirək!?; heç olmasa şəxsi ambisiyalarımızdan ötrü dəridən-qabıqdan çıxmağımızı vətənpərvərlik adlandırmayaq!..
    Niyə başa düşmürsüz, daha hərbi libas geyinmək, hətta cəbhədə düşmənlə üz-üzə dayanmaq belə min illərlə tarixi olan bu ali insani dəyəri ifadə etməkdə yetərli deyil. İndi o, öz parametrlərini yuxusuz gecələrlə izlənən davamlı yaradıcılıq axtarışlarında, çevik düşüncə tərzində, fərqli görkəm və tərkibdə təqdim edir.
    Başkənd düşünən başların, düşünən başlar isə informasiya cəbhəsinin paytaxtı olmalıdı! Reallıq hər gün yeni sürprizlərlə qarşımızı kəsir; öz həqiqi simasını, məqsəd və məramını yalançı cizgilərlə pərdələyir, diqqəti əsas hədəfdən ustalıqla yayındırır. Onun gücü məxfiliyindədi. Bu məxfilik reallığı döyüş səhnəsində daha çox amansızlığı və sərtliyilə yadda qalan bir düşmən obrazında formalaşdırır; inanılmaz ilğım effekti yaradır; görmək istədiklərimizlə gördüklərimiz arasındakı fərqi itirir. Reallıq hissini unuduruq. İnamla, fərəhlə addımladığımız yerdə, gözləmədiyimiz halda ayağımız qəfildən boşluğa düşür. Hər şey "bizə elə gəlirdi ki” adlı təhlükəli uçuruma yuvarlanır. Çünki həvəskar informasiya mühəndislərinin çiyni bu mürəkkəb konstruksiyalı müharibə səhnəsində məxfi kambinasiyalarla zəngin döyüş əməliyyatları üçün çox kövrəkdi, cənablar, çox kövrək...
    Aprel döyüşləri Azərbaycan əsgərinin öz qanı ilə şəxsən möhürlədiyi və tarixin ixtiyarına buraxdığı çeşid-çeşid qəhrəmanlıq salnaməsinin nə birinci səhifəsidi, nə də sonuncusu. Tələsməyin! O hələ bundan sonra da ən ucqar vətəndaşımızı belə özünə tanıdacaq çox ilklərə imza atacaq. Yulğun çubuğu ilə gerizəkalıların toz basmış mənini qədimi xalça kimi çırpacaq! Unudulmuş təkrarsız naxışlarla yurd insanına yeni nəfəs, yeni obraz gətirəcək! Vətənini, dövlətini, xalqını öz polad çiyinlərində bütün dünyaya haqq etdiyi qələbənin əsl ünvanı kimi daşıyacaq!
    Çünki cəmiyyətin ən aparıcı simasına çevrilməkdə israrlıdı. Bu günün teatr səhnəsində o, baş qəhrəman obrazının ən dolğun ifaçısı, təşəbbüsü öz əlində saxlayan ideal gücdü. Ancaq hər şeyi bu əsgərin üstünə atmaq, taleyüklü problemlərin həllində yalnız onu hədəf seçmək əxlaq deqradasiyası kimi anlaşılar. Çünki onun da bizdən umduğu, bizdən gözlədiyi ciddi nəsnələr var. O nəsnələrin ən ümdəsini arxa cəbhədə informasiya təhlükəsizliyi kimi xarakterizə etməkdə və qabartmaqda fayda görürəm.
    Ölkə prezidenti, Ali Baş Komandanın orduya davamlı diqqət və qayğısı, müdafiə nazirinin ənənəvi səngər həyatı ilə müşayiət olunan fədakarlığı fonunda biz az qala foto-albom, nekroloq səviyyəsində, baş girləmək kimi anlaşılan media taqımımızla səhra çıxışındayıq. Bəri başdan xəbərdarlıq edirəm, bizə soyuq müharibənin daha dəhşətli uğursuzluğunu tanıdanlar məlumatla informasiya anlayışları arasındakı fərqi tanımayanlar olacaq. Belələrini zamanında informasiya mətbəxinə "qab-qacaq yumağa, çörək doğramağa” göndərməsək, sonradan onların cansız cəsədi də öz həqiqi simasını gizlədəcək, Azərbaycan əsgərinin qəhrəmanlığına şərik çıxacaq. Çünki döyüş meydanlarında qorxudan ürəyi partlayıb ölənlərin də nəşi qalır...
    Müəllif: İbrahim Rüstəmli


    YAZARLAR.AZ
    ===============================================

    <<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

    Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
  • aprel 2021, Yazarlar.az

  • 131
Bir televiziya əməkdaşının başına gələn komik hadisə (pyes)

Tural İsmayılov

Efirdə hər şey mümkündür Personajlar: * Elçin – televiziyada 20 ildir çalışan redaktor. * Kamran – gənc aparıcı. * Aygün – prodüser. * Operator –......

Poetik Tərcümələr

Firuz Mustafa

Kitabda Firuz Mustafanın dünya ədəbiyyatından etdiyi poetik tərcümə nümunələri toplanmışdır. Həmin tərcümələrin əksəriyyəti müxtəlif illərdə ədəbi qəzet, jurnal, sayt və məcmuələrdə dərc edilmişdir......

Bu gələn payız da mənə bənzəyir

Təranə Dəmir

Dumanı tanışdı,çəni tanışdı. Bulud gözlərindən ayrılıq yağır, Həsrəti tanışdı,qəmi tanışdı. Başdan ayağacan bahar xəstəsi, Təpədən dirnağa vüsal acıdı. O......

Oxuya bilmədiyim hekayə.

Feyruz Muradov

Mən redaksiyaya ilk dəfə ayaq basanda Vaqif Abbasovu tanımırdım. Onun haqqında heç nə bilmirdim. Redaksiyada yalnız bir nəfəri şair Tofiq Hüseynovu tanıyırdım. Tofiq Hüseynovu tanımağım......

Avropalı görkəmli məsul katib.

Feyruz Muradov

Avropalı görkəmli məsul katib Xeybər İgidəliyev redaksiya ilə əməkdaşlığa başladığım vaxt məsul katib işləyirdi. Onunla redaksiyada az-az rastlaşırdım. O vaxtlar aramızda demək olar ki, heç......

Bir məqalənin izi ilə.

Feyruz Muradov

Ön söz : Uzun illər Şirvannın yerli mətbuatıda müxtəlif mövzuda yazılarla çıxış etmişəm. Mənim haqqımda bir yazı yazıla biləcəyi haqda heç vaxt düşünməmişəm. Amma uzun......

Mən bir payız yolçusuyam

Təranə Dəmir

Küləyim var,yağışım var, Enişim var,yoxuşum var, Hər açılan səhərlərin, Hər qaranlıq gecələrin Yanağında göz yaşım var. Baxışımda xatirələr, Kirpiyimdə qəm gül......

Pəncərədən uçan balıq (absurd hekayə)

Tural İsmayılov

Bir gün balıq akvariumdan çıxıb pəncərəyə qondu. Evdəki pişik təəccüblə soruşdu: — Sən nə edirsən? Balıq cavab verdi: — Uçmağı öyrənirəm. — Axı sən balıqsan!......

Doğma rayon

Şəhriyar Mürsəl

Mən məcburi köçkün ailəsində doğulsam belə, məcburi köçkün sayılmıram. Laçın ata-baba vətənimdir. Laçının təbiətinin vurğunu olsam belə, öz vətənim sayılmır. Uşaqlığım Ağcabədi rayonunda keçib. Bütün......

Məmmədəli kişi ilə dioloq

Şəhriyar Mürsəl

Məhəllədə qonşumuz Məmmədəli kişi mənə yaxınlaşdı, başladı yenə söhbətə: — Ayə, filankəsin oğlu, filankəsin qızı 50 bal yığdı, 500 bal yığdı. Bəhmənkəsin qızı ərə getdi,......