...
  • Elə Susamışam... - Lalə Ismayıl
  • YAZARLAR.AZ
  • ELƏ SUSAMIŞAM...
    Elə susamışam, çat verib dilim,
    Torpağın yaxasın cır, bulaq eylə.
    İllərdir yollarda yorgunam gülüm,
    Dağda alaçığı qur, soraq eylə.
    * * *
    Bir ömür ruhumu sıxıb bu şəhər,
    Doğub, pəncərəmdən baxmayır səhər,
    Yəhəri belində, kişnəyir kəhər,
    Çağır Əsgülümə pir, qonaq eylə.
    * * *
    Azıb dərələrdə, bataq dərinə,
    Çataq baxışları ocaq yerinə,
    Külək əvəznə sən tellərimə
    Şanə barmaqları vur, daraq eylə.
    * * *
    Baharam, güllərin nazı məndədir,
    Eşqin alovundan qor sinəmdədir,
    Bu qulun halından razı bəndədir,
    Hüsnümü ruhuna qur, calaq eylə.
    * * *
    Adımı qayaya, daşa yaz, qalım,
    Vədəsiz yetişən qışa yaz, qalım,
    Həsrətin yanında qoşa yaz, qalım,
    Şairin halına bir maraq eylə.
    * * *
    Budur son istəyim, götür yaz yada,
    Əzdirmə özgəyə, qoxlatma yada!
    Ya gül bil Laləni, özün bil, ya da -
    Xırdala, ocağa qamqalaq eylə.
    Müəllif, Lalə İsmayil
    18.12.2020.
    YAZARLAR.AZ
  • dekabr 2021, Yazarlar.az

  • 224
Bir televiziya əməkdaşının başına gələn komik hadisə (pyes)

Tural İsmayılov

Efirdə hər şey mümkündür Personajlar: * Elçin – televiziyada 20 ildir çalışan redaktor. * Kamran – gənc aparıcı. * Aygün – prodüser. * Operator –......

Poetik Tərcümələr

Firuz Mustafa

Kitabda Firuz Mustafanın dünya ədəbiyyatından etdiyi poetik tərcümə nümunələri toplanmışdır. Həmin tərcümələrin əksəriyyəti müxtəlif illərdə ədəbi qəzet, jurnal, sayt və məcmuələrdə dərc edilmişdir......

Bu gələn payız da mənə bənzəyir

Təranə Dəmir

Dumanı tanışdı,çəni tanışdı. Bulud gözlərindən ayrılıq yağır, Həsrəti tanışdı,qəmi tanışdı. Başdan ayağacan bahar xəstəsi, Təpədən dirnağa vüsal acıdı. O......

Oxuya bilmədiyim hekayə.

Feyruz Muradov

Mən redaksiyaya ilk dəfə ayaq basanda Vaqif Abbasovu tanımırdım. Onun haqqında heç nə bilmirdim. Redaksiyada yalnız bir nəfəri şair Tofiq Hüseynovu tanıyırdım. Tofiq Hüseynovu tanımağım......

Avropalı görkəmli məsul katib.

Feyruz Muradov

Avropalı görkəmli məsul katib Xeybər İgidəliyev redaksiya ilə əməkdaşlığa başladığım vaxt məsul katib işləyirdi. Onunla redaksiyada az-az rastlaşırdım. O vaxtlar aramızda demək olar ki, heç......

Bir məqalənin izi ilə.

Feyruz Muradov

Ön söz : Uzun illər Şirvannın yerli mətbuatıda müxtəlif mövzuda yazılarla çıxış etmişəm. Mənim haqqımda bir yazı yazıla biləcəyi haqda heç vaxt düşünməmişəm. Amma uzun......

Mən bir payız yolçusuyam

Təranə Dəmir

Küləyim var,yağışım var, Enişim var,yoxuşum var, Hər açılan səhərlərin, Hər qaranlıq gecələrin Yanağında göz yaşım var. Baxışımda xatirələr, Kirpiyimdə qəm gül......

Pəncərədən uçan balıq (absurd hekayə)

Tural İsmayılov

Bir gün balıq akvariumdan çıxıb pəncərəyə qondu. Evdəki pişik təəccüblə soruşdu: — Sən nə edirsən? Balıq cavab verdi: — Uçmağı öyrənirəm. — Axı sən balıqsan!......

Doğma rayon

Şəhriyar Mürsəl

Mən məcburi köçkün ailəsində doğulsam belə, məcburi köçkün sayılmıram. Laçın ata-baba vətənimdir. Laçının təbiətinin vurğunu olsam belə, öz vətənim sayılmır. Uşaqlığım Ağcabədi rayonunda keçib. Bütün......

Məmmədəli kişi ilə dioloq

Şəhriyar Mürsəl

Məhəllədə qonşumuz Məmmədəli kişi mənə yaxınlaşdı, başladı yenə söhbətə: — Ayə, filankəsin oğlu, filankəsin qızı 50 bal yığdı, 500 bal yığdı. Bəhmənkəsin qızı ərə getdi,......