...
  • Elbar Şirinov - -Bİzim həyət
  • YAZARLAR.AZ
  • Dekabrın 29-da, gündüz saat 11:00 radələrində bu həyətdə dünyaya göz açmışam (doğum haqqında şəhadətnamədə yanvarın 25-i qeyd olunsa da). Bütün uşaqlığım bu həyətdə keçib.
    Bu gün uşaqlığım üçün darıxıram, bu həyətdə oynayarkən yıxılmağım üçün, yıxılarkən dizlərimdəki yaralara görə ağlamağım üçün, sözə baxmayıb yıxıldığıma görə anamın məni danlaması üçün darıxıram. Uşaqkən bu danlaqlardan başqaları kimi mən də xoşlanmazdım. Ancaq böyüdükcə anladım ki, anamın bu danlağı indi eşitdiyim saxta, yalan dolu münasibətlərdən, sözlərdən daha şirin imiş.
    Uşaqlığım üçün darıxıram, atamın axşam işdən evə gəlməsini gözləməyim üçün. Hər axşam süfrə başında iş yerində baş verənlərdən söz açardı atam. Mən də uşaq marağı ilə dinləyərdim. Darıxıram, səhərlər atamı işə yola salarkən, anamın ona ehtiyatlı olmasını tapşırmağı üçün.
    Uşaqlığım üçün darıxıram, anamın, atamın mənə hər an beynimə həkk etdikləri öyüd-nəsihətləri üçün. Ata nənə-babamı (Göyçək, Abbas) görmədiyim üçün xatırlamıram, amma barələrində həmişə xoş sözlər eşitmişəm. Ana nənə-babama (Ağgül, Mürşüd) gəlincə, onlarla bağlı yaşantılarımın hər anı yaddaşımdadır. Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin! Bu günüm üçün valideynlərim qədər o insanlara da borcluyam. Çünki insan olmağı ana nənə-babamın öz övladlarına, başqalarına göstərdikləri münasibətdən, istəkdən, sevgidən, davranışdan öyrənmişəm. Və sonra da təbii ki, müəllimlərimdən dərs almışam. Böyüdükcə anladım ki, hamı onlar kimi olsaydı, həyatda nə nadanlar olardı, nə böyüklərinin üzünə qayıdanlar, nə də insan sifətində şeytanlar…
    Bu gün uşaqlığım üçün darıxıram, Ağdamın Yusifcanlı kəndində yaşayan Ağgül nənəmgilə baş çəkməyə gedərkən, onun süfrə açıb məni ac buraxmaması, payız fəslində həyətlərindəki qoz ağacına çıxarkən Mürşüd babamın ehtiyatlı olmağım üçün tez-tez səsləməsi üçün.
    Bu həyətdə böyüdüyüm günlər, illər üçün darıxıram. Ailənin ilk övladı olduğum üçün qohum-əqrəba üçün çox əziz, istəkli olmuşam. Deyilənə görə, əlimdəki şirin narı alıb əvəzinə, turş nar verən qohumlarım da olub. Amma mən böyüdükcə aldığım tərbiyədən qohumlar arasında ayrı-seçkilik etməməyə çalışmışam. Həmişə onları sevmişəm, yaxın bilmişəm.
    Amma böyüdükcə anladım ki, həyatda insanları sevməklə sevgilərini qazanmaq onları sevmək qədər asan deyil. Çünki bu gün «şəkər» verdiyim bəzilərinin mənə «zəhər» uzatdığının şahidi oluram. Odur ki, bax elə o günlər üçün darıxıram, bacı-qardaşlarımla birlikdə deyib-güldüyümüz bu həyət üçün.
    Bu rəsm 30 il öncə çəkilib. Rusiyada rəssamlıq təhsili almış Salam İbrahimoğlu bu rəsmi bu həyətdəki ikimərtəbəli evimizi təmir edərkən eyvanda oturub çay içə-içə önündəki mənzərəni kağız parçasında cızıb və evdə üzərində işləyib. Amma o zaman bilmirdi ki, nə vaxtsa torpaqlarımız, yurdumuz düşmənlərimiz tərəfindən işğal olunacaq, həmin rəsmi digər əşyaları ilə birlikdə Sumqayıt şəhərinə gətirəcək və 30 ildən sonra iş yerimə gələrək mənə əvəzsiz sürpriz edəcək…
    İndi bu rəsimdəkilərdən əsər-əlamət yoxdur. Həmin tikililərin daşı daş üstə qalmayıb…
    İşğaldan azad edilən digər şəhərlərimiz, rayonlarımız, kəndlərimiz kimi, bizim kəndimiz də, bizim məhəlləmiz də, bizim həyətimiz də ermənilər tərəfindən yerlə-yeksan olunub.
    Yaman darıxıram əziz xatirələrlə yadda qalan uşaqlıq və gənclik illərimin izi düşən bu həyət üçün… Nə yazıqlar ki, hələ getməsəm də, görməsəm də, bu həyət bizim həyətimizdir…
    Müəllif, Elbar ŞİRİNOV
    YAZARLAR.AZ və BİTİK.AZ
  • iyun 2021, Yazarlar.az

  • 218
Bir televiziya əməkdaşının başına gələn komik hadisə (pyes)

Tural İsmayılov

Efirdə hər şey mümkündür Personajlar: * Elçin – televiziyada 20 ildir çalışan redaktor. * Kamran – gənc aparıcı. * Aygün – prodüser. * Operator –......

Poetik Tərcümələr

Firuz Mustafa

Kitabda Firuz Mustafanın dünya ədəbiyyatından etdiyi poetik tərcümə nümunələri toplanmışdır. Həmin tərcümələrin əksəriyyəti müxtəlif illərdə ədəbi qəzet, jurnal, sayt və məcmuələrdə dərc edilmişdir......

Bu gələn payız da mənə bənzəyir

Təranə Dəmir

Dumanı tanışdı,çəni tanışdı. Bulud gözlərindən ayrılıq yağır, Həsrəti tanışdı,qəmi tanışdı. Başdan ayağacan bahar xəstəsi, Təpədən dirnağa vüsal acıdı. O......

Oxuya bilmədiyim hekayə.

Feyruz Muradov

Mən redaksiyaya ilk dəfə ayaq basanda Vaqif Abbasovu tanımırdım. Onun haqqında heç nə bilmirdim. Redaksiyada yalnız bir nəfəri şair Tofiq Hüseynovu tanıyırdım. Tofiq Hüseynovu tanımağım......

Avropalı görkəmli məsul katib.

Feyruz Muradov

Avropalı görkəmli məsul katib Xeybər İgidəliyev redaksiya ilə əməkdaşlığa başladığım vaxt məsul katib işləyirdi. Onunla redaksiyada az-az rastlaşırdım. O vaxtlar aramızda demək olar ki, heç......

Bir məqalənin izi ilə.

Feyruz Muradov

Ön söz : Uzun illər Şirvannın yerli mətbuatıda müxtəlif mövzuda yazılarla çıxış etmişəm. Mənim haqqımda bir yazı yazıla biləcəyi haqda heç vaxt düşünməmişəm. Amma uzun......

Mən bir payız yolçusuyam

Təranə Dəmir

Küləyim var,yağışım var, Enişim var,yoxuşum var, Hər açılan səhərlərin, Hər qaranlıq gecələrin Yanağında göz yaşım var. Baxışımda xatirələr, Kirpiyimdə qəm gül......

Pəncərədən uçan balıq (absurd hekayə)

Tural İsmayılov

Bir gün balıq akvariumdan çıxıb pəncərəyə qondu. Evdəki pişik təəccüblə soruşdu: — Sən nə edirsən? Balıq cavab verdi: — Uçmağı öyrənirəm. — Axı sən balıqsan!......

Doğma rayon

Şəhriyar Mürsəl

Mən məcburi köçkün ailəsində doğulsam belə, məcburi köçkün sayılmıram. Laçın ata-baba vətənimdir. Laçının təbiətinin vurğunu olsam belə, öz vətənim sayılmır. Uşaqlığım Ağcabədi rayonunda keçib. Bütün......

Məmmədəli kişi ilə dioloq

Şəhriyar Mürsəl

Məhəllədə qonşumuz Məmmədəli kişi mənə yaxınlaşdı, başladı yenə söhbətə: — Ayə, filankəsin oğlu, filankəsin qızı 50 bal yığdı, 500 bal yığdı. Bəhmənkəsin qızı ərə getdi,......