...
  • Ədalət naminə yazan şair
  • YAZARLAR.AZ
  • Ədalət naminə yazan şair

    1. Xoş gördük Əkbər müəllim. Sizi tanıyaq?
    Mən Əkbər Ağayev 1962- ci il fevralın 26 da Hacıqabul rayon Muğan qəsəbəsində anadan olmuşam.
    orta təhsilliyəm ailəliyəm üç oğlum bir qızım var.

    2. Orta təhsilliyəm dediniz qiymətləriniz necə idi?
    O, da demək olar orta 5,4,3,

    3. Necə oldu ədəbiyyata maraq yarandı? Ailə də ədəbiyyata marağı olan var idi?
    Bəli atam ,qardaşım bacım şeirlər yazırdılar. mən də orta məktəb illərində şeirlər yazırdım. lakin uzun müddət ara verməli oldum. 2006 -cı ildən fb -yə gələndən yenidən yazmağa başladım. dostluğuma demək olar ki şairləri qəbul edirdim. Abdulla Cəfər ,Hacı Gülqardaş , Arif Cəfərov Zahir Ağayev, Qafqaz Quruçaylının şeirlərini oxuduqca içimdəki şeiryyata olan həfəs oyanmağa başladı.

    4. Üç oğul atası olmaq necə bir hissdir onların ədəbiyyata marağı var yoxsa peşələri ayrıdır?
    Əvvalə onu deyim ki ,oğul düşmən gözünə batan oxdur. bir oğlum 14 ildir ki vətənin keşiyində durur. kiçik oğlum şeir və qəzəl yazır. üçü də qürur yerimdir...

    5. Aranızda bir rəqabət olur təbii ki bir evdə iki yazan çətin olmur dadlı bir rəqabət təbii ki?
    Yox, rəqabət olmur. əksinə bir- birimizə lazım olanda məsləhət veririk.

    6. Dostlarınız necə sizə qarşı vəfalıdır siz dostlarınıza qarşı necəsiniz?
    Dar günümün dayağı olub dostlarım. mən hər kəslə dostluq etmirəm. etdiyim kəslərə də sadiqəm...

    7. Gənc yazarlarla münasibətiniz necədir qane edir sizi? Yazdıqları...
    Nə deyim ,gənc yazarların eləsi var ki ,dünən başlayıb şeir yazmağa adının önündə şair filankəs yazıb. hansı ki, şeirlərinə baxanda adamı ağlamaq tutur heca səhvi ,şəkilçidən qafiyə qurur heç bölgü nədir bilmir poeziyamızı məhvə aparırlar (gənc yazarlar içərsində ) xanımlar üstünlük tuturlar onlara münasibətim müsbətdir yaxşı yazırlar. gərək hər şeyi Ədalət Naminə deyəsən.

    Səsinə səs verən, həyan yoxdusa
    Yazdığın şeiri, duyan yoxdusa.
    Səni şair bilib, sayan yoxdusa,
    Atılıb düşməyin, nə mənası var.

    8. Kitab çapı necə düşünürsünüz yoxsa var kitablarınız??
    Kitabım yoxdur, hələ mən ona hazır deyiləm, söhbət maddi tərəfdən getmir. zehini tərəfdən hazır deyiləm, kitab rəfdə qalmamalıdır. əldən ələ gəzməlidir.

    9. Saxta təriflərə reaksiyanız necədir? Saxta təriflərə ehtiyac duymusunuz....
    Bir zaman sosial şəbəkələrdə də saxta təriflərə qarşı çıxdım, amma xeyri olmadı, tərifdən çox tənqidə önəm verirəm. Çünki tənqid mənim püxtələşməyimə stimul, verir təkan verir...

    10. Sərt tənqid sizi üzər yoxsa maraqlıdır?
    Sərt tənqid insanı ruhdan salar, həmçinin məni də, sərt tənqid edən sənə paxıllıq edəndir ki, O, əsəbi şəkildə deyir səhvlərimi sadə və yumşaq deyən mənim dostumdur.

    11. Sizi çox yormayaq sizi bilib tanıyanlara dostlarınıza son sözünüz nə olardı, bir neçə şeirinizi bizimlə paylaşa bilərsiniz?
    Hər kəsə ədalətli olmağı arzu edirəm, məhz buna görə də Ədalət Naminə, özümə təxəllüs götürdüm, haqq ədalət yolunda mübariz olmaq şərəfli işdir. sizə də təşəkkür edirəm. mənə görə dəyərli vaxtınızı ayırmısız, çox sağ olun.

    Əkbər Ağayevdən bir neçə şeir:

    Mən şair deyiləm şeir yazıram,
    Şər böhtan yazmıram, xeyir yazıram,
    Haqdan bir səs gəlir, deyir yazıram,
    Ədalət Naminə qanun naminə .
    * * *
    Hərdənbir həddimi mən də aşıram,
    Düz yoldan çıxıram yolu çaşıram,
    Xəyalən kimləsə hey dalaşıram,
    Ədalət Naminə qanun naminə.
    * * *
    Sevmədim heç zaman qanun pozanı ,
    Ayağlar altını eşib qazanı,
    Sevirəm ölçünü düzü mizanı,
    Ədalət Naminə qanun naminə.
    * * *
    Ömrümü yarıdan ötürmüşəm mən,
    Cavanlıq çağımı bitirmişəm mən,
    Əkbərəm təxəllüs götürmüşəm mən,
    Ədalət Naminə qanun naminə .


    Bilməsin
    Quran mənim imam mənim can, mənim ,
    Şəhid mənim şərəf mənim qan mənim,
    Sabah mənim şəfəq mənim dan mənim,
    Bilən bilir kimsə bilmir bilməsin.
    * * *
    Vətən mənim torpaq mənim yurd mənim,
    Aslan mənim pələng mənim qurd mənim,
    Ləzgi mənim Talış mənim Kürd mənim,
    Bilən bilir kimsə bilmir bilməsin.
    * * *
    Qeyrət mənim namus mənim ar mənim,
    Yaxşı mənim yaman mənim xar mənim,
    O tay bu tay çox millətim var mənim,
    Bilən bilir kimsə bilmir bilməsin.
    * * *
    Ürək mənim atəş mənim köz mənim,
    Abır mənim həya mənim üz mənim,
    Şeir mənim cümlə mənim söz mənim,
    Bilən bilir kimsə bilmir bilməsin .


    Qardaşım
    Çox müsübət zillət çəkibdir başım,
    Bilməzdim bu qədər ağırmış daşım.
    Kefimdən çıxmadım uca dağlara
    Mənə bəxtəvərsən deyən qardaşım.
    * * *
    "Haqq deyən şairi sərpa soydular".*
    Nə olsun sonra da heykəl qoydular,
    İndi dı çox olur hoydu- hoydular,
    Mənə bəxtəvərsən deyən qardaşım.
    * * *
    Şairin həyatı dərbədər olur,
    İçində ah nalə dərd kədər olur,
    Sevincli günləri bir qədər olur,
    Mənə bəxtəvərsən deyən qardaşım.
    * * *
    İlhamı qəm qüssə dərd olur qardaş,
    Günləri pərişan pərt olur qardaş,
    Yayı da qış kimi sərt olur qardaş,
    Mənə bəxtəvərsən deyən qardaşım.
    * * *
    İndiki zamanda dpnəmdə mənim,
    Dağ boyda dağım var sunəmdə mənim,
    Düşmən at oynadır binəmdə mənim,
    Mənə bəxtəvərsən deyən qardaşım.

    *Nəsimidən gedir söhbət.


    Dağların
    Hey baxdıqca qəlbim yanır odlanır
    İsti olur yayı bizim dağların.
    Bir yeri var haramı dağ adlanır
    Çox da deyil sayı bizim dağların.
    * * *
    Yamacları yaşıl olmur boz olur,
    Yay uzunu hər tərəfi toz olur,
    Aran yeri şoran olur duz olur,
    Toz torpağdı layı bizim dağların.
    * * *
    Şəlalədən danışmağa lüzüm yox,
    Tərif üçün bircə kəlmə sözüm yox,
    Bulağında nə çayında gözüm yox,
    Lilli axır çayı bizim dağların.
    * * *
    Şeytan deyir ev eşiyi " sat" getsin,
    İstəyinə muradına "çat" getsin,
    Kəs ayların onbirini "at " getsin,
    Gözəl olur mayı bizim dağların.
    Yoxdu vallah tayı bizim dağların.


    Hazırladı: Alik Dənizsevər


    Ps : şairin oğlu da şeirlər qəzəllər yazır ona da yeni yaradıcılıq uğurları arzulayıram...

    YAZARLAR.AZ
  • dekabr 2021, Yazarlar.az

  • 340
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......