...
  • Dünyanın tanıdığı görkəmli alim - Sona Abbasəliqızı
  • YAZARLAR.AZ



  • Dünyanın tanıdığı görkəmli alim

    Ziyalı sözü cəmiyyətin dərin qatlarındakı cığırlardan keçmək istəyənlərə geniş qapı açır. Mütəfəkkir ziyalı dünyanın hər yerində əsas aparıcı qüvvədir. Ziyalı həm də böyük ictimaiyyətçi hesab olunur; çunki onun fikri cəmiyyət məsələlərinin həllində vacib rol oynayır. Filologiya elmləri doktoru, professor, AMEA-nın Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli də əsl mütəfəkkir-ziyalı, böyük ictimaiyyətçi kimi fəal missiya daşıyır. Elmi-ictimai cəmiyyət Nadir Məmmədlinin peşəkarlığına şahiddir. Onun Azərbaycan elminə verdiyi töhfələr əsl sənət fövqü yaradır və o, daim öz elmi-publisistik mövqeyi ilə həm də dövlətçilik işinə xidmət edib. Diqqətlə nəzər salsaq, görərik ki, hörmətli professorumuzun sənətkar qətiyyəti həmişə bu tip aurada cilalanıb. Xoş haldır ki, onun alimlik və sənət mövqeyindəki çeviklik bu real-ictimai məğzdə daha aydın sezilir. Düşünürük ki, o, qəti şəkildə bu reallığa söykənib və hazırda da bu istiqamətdə mümkün əhatə yaratmağı ustalıqla bacarır.
    Elmi sahəsi əsasən dilçilik olan Nadir Məmmədli artıq dünyanın tanıdığı görkəmli alimdir, (əlbəttə) xüsusi təqdimata ehtiyacı yoxdur. Lakin biz onun elmi yaradıcılığı, ictimai, ədəbi-publisistik fəaliyyəti barədə qısa da olsa, məlumat vermək istəyirik.

    Nadir Məmmədli (Məmmədov Nadir Baloğlan oğlu 19 sentyabr 1959-cu ildə Bakı şəhər Suraxanı rayonunun Bülbülə qəsəbəsində doğulub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsini, 1988-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun nəzdindəki xarici dillər ikiillik Fars dili şöbəsini əla qiymətlərlə bitirib. Moskvada SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunda, həmçinin İran İslam Respublikasının Təbriz şəhərindəki Dil və Ədəbiyyat Universitetində təcrübə keçib. Moskva və Moskvaətrafı şəhərlərin arxivlərində çalışıb. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda işləyib, uzun müddətdir Azərbaycan Memarlıq və İnşaat Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasında çalışır. Rus bölmələrində "Azərbaycan dili", Azərbaycan bölmələrində "Nitq mədəniyyəti" fənlərindən dərs deyir. Magistr qruplarda isə "Ali məktəb pedaqogikası" fənnini tədris edir.
    Nadir Məmmədli 1989-cu ildə "Müasir Azərbaycan dilində feli sinonimlər" mövzusunda namizədlik, 2000-ci ildə isə "Müasir Azərbaycan dilində alınma terminlər (1920-1991-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Filologiya elmləri doktorudur. 1995-ci ildə dosent, 2007-ci ildə professor elmi adını alıb. 17 kitabın, o cümlədən 5 monoqrafiyanın ("Müasir Azərbaycan dilində feillərin leksik sinonimliyi" (Bakı, "Maarif, 1991, 7 ç/l), "Moskva Şərq Dilləri İnstitutunun Azərbaycan alimləri (1876-1930) (Bakı, "Sabah", 1993, 7 ç/v)", "Alınma terminlər" (1920-1995) (Bakı, "Elm", 1997), "M.F.Axundovun obrazları və dilçilik görüşləri" (şərikli) (Bakı, "Elm və təhsil", 2012.), "Azərbaycan dilində alınma terminlər" (Bakı, "Elm və təhsil" nəşriyyatı, 2017), ali məktəblərin rus bölməri üçün "Azərbaycan dili" (Bakı, "Sabah", 1993.), Azərbaycan bölməri üçün "Azərbaycan dili və nitq mədəniyyəti" (Bakı, "Elm və təhsil", 2019) dərsliklərinin, bakalavr pilləsi üçün "Azərbaycan dili" (Bakı, "Maarif", 1995) və "Azərbaycan dili və nitq mədəniyyəti" (Bakı, "Elm və təhsil", 2018) fənləri üzrə proqramın, ötən əsrin 90-cı illərində əlifbaya keçid ərəfəsində "Latın qrafikalı yeni Azərbaycan əlifbası" (Bakı, "Maarif", 1992, 3/5 ç.v.) vəsaitinin, "Azərbaycanca-rusca danışıq kitabı"nın (Bakı, "Azərbaycan Ensiklopediyası Nəşriyyat-Poliqrafiya Birliyi", 1995), 3 praktik lüğətin ("Çağdaş türk ədəbi dilinin izahlı omonimlər sözlüyü" (Bakı, "Sabah", 1995), "Adını mən verdim - yaşını Allah versin (türk şəxs adları lüğəti)" (Bakı, "Maarif", 1995), Prezidentin sərəcamı ilə çap olunan dövlət əhəmiyyətli "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin (Bakı, "Şərq-Qərb" nəşriyyatı, 2013; 6-cı buraxılış, həmmüəllif), "Alınma terminlərin leksik və semantik xüsusiyyətləri" (Bakı, "Nurlan", 1995) adlı metodik göstərişin, 100-dən artıq elmi, 200-ə qədər publisistik məqalənin müəllifidir.
    Elmi-publisistik yazıları həmçinin İran İslam Respublikası və Türkiyə Cümhuriyyətinin qəzet və jurnallarında dərc edilib. Tehranda nəşr olunan "Məfaxeri Azərbaycan: şaeran, nevisendeqanü xoşnevisan" (Azərbaycanın fəxrləri: şairləri, yazıçıları və xəttatları") adlı Ensiklopediyada (1997) XIX əsrdə Moskva Şərq Dilləri İnstitutunda çalışmış azərbaycanlı alimlər haqqında 2 məqaləsi yer alıb. 2004-cü ildə Türkiyə Cümhuriyyətinin Qazi Universitetində (Ankara), 2012-ci ildə Çin Xalq Respublikasının Konfutsi Universitetində (Anxoy vilayəti) alınma, beynəlmiləl sözlərlə bağlı ekspress-mühazirələr oxuyub.
    Dünyanın ən nüfuzlu Beynəlxalq konfranslarında çıxış edən Nadir Məmmədlinin əsərləri Təbriz (İran), Trabzon, İstanbul (Türkiyə), Oş, Bişkek, (Qirğizistan), Perm, Ufa, Mahaçqala (Rusiya), Quvahati (Hindistan), Okinava (Yaponiya), Estern (Şri-Lanka) başqa şəhərlərdə nəşr olunub.
    Nadir Məmmədli Nəsimi adına Dilçilik İnstitutunun nəzdində filologiya üzrə elmlər doktoru və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyaların müdafiəsini keçirən Dissertasiya Şurasının, Yaponiyada Higher Education Forumun üzvüdür. "Filologiya məsələləri" elmi jurnalının redaksiya heyətinin üzvü və rəyçisidir.
    Hazırda AMEA-nın Dilçilik İnstitutunun direktorudur.
    Nadir Məmmədlinin əsərləri haqqında Əzizxan Tanrıverdiyev (Dilimiz - mənəviyyatımız (rəylər, resenziyalar), Bakı, “Elm və təhsil”, 2008); akademik Nizami Cəfərov (AMEA Əlyazmalar İnstitutu, “Filologiya məsələləri”, Bakı, 2017, ə1), filologiya elmləri doktoru, professor Kamil Bəşirov (AMEA Əlyazmalar İnstitutu, “Filologiya məsələləri”, Bakı, 2017, ə16), filologiya elmləri doktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlirza Əliyev, Musa Xanbabazadə (AMEA Əlyazmalar İnstitutu, “Filologiya məsələləri”, Bakı, 2017, ə15), filologiya üzrə fəlsəfə doktoru, dosent Allahverdi Eminov (AMEA Əlyazmalar İnstitutu, “Filologiya məsələləri”, Bakı, 2017, ə19), filologiya elmləri doktoru, professor Sevil Mehdiyeva (“Respublika” qəz., 10 iyun, 2018) və b. müxtəlif nüfuzlu elmi jurnal və məcmuələrdə rəy yazmışlar.
    Nadir Məmmədli 1995-ci ildə Respublika Təhsil Nazirliyinin humanitar sahə üzrə təsis etdiyi "Gənc alim müsabiqəsi"nin və 2000-ci ildə "Alınma terminlər" monoqrafiyasına görə "Ən yaxşı elmi iş" müsabiqəsinin qalibi olub. 1996-cı ildə İran İslam Respublikasının Ərdəbil şəhərində çəkilən "Şeyx Səfi" sənədli filminin ssenari müəllifi kimi pul mükafatına layiq görülüb. 2002-ci ildə "Rəsul Rza" mükafatı ilə təltif olunub. Azərbaycan Yazıçılar Birliyinin “Bəxtiyar Vahabzadə” mükafatı laureatıdır.
    Göründüyü kimi, Nadir Məmmədli Azərbaycanda və dünyada şöhrət qazanmış alim və naşirdir. Onun sanballı elmi yaradıcılığı Azərbaycanın elm səltənətinin ən parlaq səhifələrində əksini tapıb.
    Həyatı yanlış başa düşənlər sadəcə, görmək istəmirlər ki, Nadir Məmmədli milli ruhu, yaddaş çırpıntısı, ecazkar alim siması ilə Azərbaycan dilçilik elminin həqiqətlərinə yön verir. O, bu vaxta qədər sanballı, məzmunlu fəaliyyəti ilə elm üçün mənəvi göydələnlər ucaldıb, o ucalıqda yüzlərlə gənc elm adamı gedəcəyi yol üçün işıq tapır.
    Dövlətçilik işini özünün ən ümdə vəzifəsi hesab edən, bu gün də dövlət adı gələndə müsəlləh əsgər kimi farağat dayanan Nadir Məmmədli elmin məqsədini yetişən nəslə böyük məftunluqla açır. Onun yaradıcı-elmi düşüncəsindəki fövqəl tərbiyəni və intizamı görməmək ən azından elmə xəyanətdir.
    Nadir Məmmədlinin elmi mülahizəsi bir kütlədən tökülsə də, mənaca çoxxassəlidir. Polifonik komponentlər onun elmi tərzinin həyat miqyaslarıdır. Böyüyən (artan) olduğu üçün o elm idrak qatına yüksəlir və şüura varid olur. Hörmət etalonu kimi dəyər verdiyimiz görkəmli alimimiz bəlli ki, vaxtın döyüşkən anları ilə qabaq-qənşər durub az-az yaşa dolduğu çağlardan bu yüksəliş barədə düşünüb.
    Şəxsiyyət kimi formalaşmaq da onun bu timsalda təcəssüm edən həyat ucalığıdır. O, şəxsiyyət ola bilmək üçün ilk növbədə İnsan olmağı bacarıb. Yaxşı bilib ki, fövqəl ziyalılıq bu müfəssəl qatda mövcud olur. Məhz buna görə də o, həyatdan İnsan və Şəxsiyyət medalı ala bilib.
    Yaxşı insanlar cəmiyyətin (hər sahədə) hərtərəfli inkişafında əsaslı rol oynayırlar. Bu mənada, Nadir Məmmədli də insanın yaratdığı və nəsildən-nəslə ötürdüyü maddi və mənəvi dəyərləri öz ictimai-elmi fəaliyyətində geniş ehtiva etməklə, bunu həm də yetişən nəsillərə tövsiyə edir. O, bir insanın həyat fəaliyyətindəki mənəvi dəyərləri, davranış qaydalarını, maddi-mənəvi resursları o insanın yaşadığı mühit və mədəniyyət kimi başa düşməyi məsləhət görür. Açığı, Nadir müəllim bu kodeksi apardığı işin bir hissəsi sanır. Bu istiqamətdə onun kimi Vətən fədailərinin, vətənpərvər insanların xeyirxahlıqları özünü xüsusilə parlaq şəkildə büruzə verir.
    Nadir Məmmədli hazırda da cəmiyyətin elmi-ictimai və ədəbi ənənələrini nəsildən-nəsilə ötürərək böyük və zəngin bir irs yaradır, xalq-dövlət dəyərlərini uca tutur. Çoxları onun xeyirxah əməllərini bu gün də öz üzərində hiss edir, diqqət və qayğısını görür, onun insanlıq sevgisindən həvəslənərək cəmiyyət işinə daha böyük həvəslə yanaşır.
    Biz bu yazıda AMEA-nın Dilçilik İnstitutunun direktoru, hörmətli alimimiz Nadir Məmmədlini elmin, həyatın və ictimai sahənin ən müfəssəl, ən qabaqcıl örnəklərindən biri kimi ehtiva etdik. Əslində, o, bu yüksək kateqoriyalara bütün varlığı ilə layiqdir.
    Allahdan sizə can sağlığı, yeni vəzifənizdə uğurlar diləyirik, Nadir Məmmədli! İnanırıq ki, rəhbərliyiniz altında dilçilik sahəsindəki çatışmazlıqlar tamamilə aradan qaldırılacaq.

    Sona Abbasəliqızı İsmayılova
    Yazıçı AJB-nin və AYB-nin üzvi.

    YAZARLAR.AZ və BİTİK.AZ

  • oktyabr 2021, Yazarlar.az

  • 85
Daa Dimə (Şəki ləhcəsində yumoristik şeir)

Dəhnəli Məmməd Hacızadə

O gün Şəkiyə getdik, Yaxşı görək, daa dimə. Eşit,gör nə eşitdik, Yaxşı görək, daa dimə. Xan qayıdıf gəlitdi, Halımıza gülütdü. Bə diyirdoz ölütdü? Yaxşı görək,......

Haindi (Şəki ləhcəsində yumoristik şeir)

Dəhnəli Məmməd Hacızadə

Bu yerlərdə bir el var, Bilooz,diyim haindi. Burda şipşirin dil var, Cözoo yiyim haindi. Hayva böyun əyitdi, Sararalıtdı,dəyitdi. Ceem cööm cəlitdi? Toydan ciyim haindi. Giriş......

Zər Qafiyə Quqquluqu Satira

Dəhnəli Məmməd Hacızadə

Gəl açaq biz xoruza bir qafiyə , Quqquluqu. Hələ kimsə yazmayıb,sirr qafiyə Quqquluqu. Paylaşır öz səsini mələk gördükdə bu qərib, Dərk etməz insan oğlu dürr......

Dəvənin Etirazı

Dəhnəli Məmməd Hacızadə

Niyə kinli olduğun soruşdular dəvədən. Dəvə də,hirsli-hirsli tez çıxdı hövsələdən. Dedi: -mən bu həyatın acısını yaşadım, Duz dedilər daşıdım. Qənd dedilər daşıdım. Canla-başla getmişəm ağamın......

Baxarıq

Dəhnəli Məmməd Hacızadə

Alar qucağına bizi bu dünya, Biz ona lap körpə yaşdan . Açıb vərəqlərik hər səhifəsini, Çalışıb əvvəldən,başdan . Aldadar dünyanın ləzzəti,duzu, İstərik çoxunu,bəs edər azı.......

Dəniz insan kimidir

Dəhnəli Məmməd Hacızadə

gizlədər hər sirrini. Saxlar əl çatmaz yerdə zinətini,dürrünü. Baxıb göyün üzünə, sinəsi qübar eylər. Pıçıldaşar ləpələr, həya eylər,ar eylər. ,......

Bizim nağıl

Dəhnəli Məmməd Hacızadə

Biri vardı, biri yoxdu, olan səndin, olmayansa sənsiz günüm. Nə azıydı,nə çoxuydu, səndən qeyri gün yoxuydu başqasını düşünüm. Bir sən vardın, düşüncəmin sənsiz günü yox......

Qadın

Dəhnəli Məmməd Hacızadə

Öz könül bağına baxsan azacıq, Görərsən ətirli çiçəkdi . Alıb ətrafını qönçə,tumurcuq, Açılan təzətər ləçəkdi . sız bir dünya dəyməz gözünə, Kimdi sığdırmayan onu özünə?......

Bakı qəzəl

Dəhnəli Məmməd Hacızadə

Görərsən gəzsən əgər dünyada bir danə Bakı. Xəzərin sahilində bərq vuran dürdanə Bakı. Xəzərdir badəsində meyxoş edən piyaləsi, Əyləşibdir taxtında bənzəyir sultanə Bakı. Canıının parçasıdır......

Səni düşünürəm

Dəhnəli Məmməd Hacızadə

Burda hər tərəfi qar örtüb gülüm, Yenə xəyallarım baş alıb göyə. Birgə seyr edəydik,istədi könlüm, Düşündüm sən qarı sevirsən deyə. Qartop oynayaydıq uşaqlar kimi, Ayaq......