...
  • Atanın mirası... - Leyla Yaşar
  • YAZARLAR.AZ
  • Atanın mirası...
    Yaşıl adlı qəsəbədə iki qardaş yaşayırdı .Valideyinlərini gənc ikən itirən bu qardaşların atalarından qalma bir balıçqı toru ,bir də sınıq - sökük qayıgı vardı.Qamışdan tiklən ,palçıqla suvanmış daxmalarının çıragı valideyinlərinin Qəfil adlı çayda bogulmasından sonra sönmüşdü.
    Bir birinə bərk - bərk sarılan Səməndərlə , Kamandar əl - ələ verib bir tikə yavanlıqlarını tapıb dolanırdılar .
    Daxmaları o qədər balaca , kasıb idiki qardaşlar növbə ilə yatırdllar.Biri çöldə yatanda,biri daxmada yatırdı.
    Bir gün balıg ovuna gedən qardaşlar qəribə mənzərənın şahidi oldular.Qəfil çayı qurumuşdu .Qayıqları isə lilin içində itmək üzərə idi.Tez tələsik qayıgı sahilə çıxartdılar .Kor - peşiman oturub bir birinə baxmaga başladılar.
    Birdən Kamandar gülməyə başladı, Səməndər də buna qoşuldu . Gözlərindən yaş gələnəcən güldülər .
    Dayanıb ətrafa baxdılar . Gülməli vəziyyətdə idilər . Çaydan gündəlik balıq tutub , aparıb bazarda satıb ətzaq alırdılar . Dünəndən sifarişləri də var idi . Nə edəcəklərini oturub fikirləşməyə başladılar . Sükutu Kamandar pozdu :
    - Bəlkə , bu çayın qurumagı bizim xeyirimizədi?
    - Əlbəttə, deyə Səməndər cavab verdi . Yadındadı , atam həmişə deyirdi, hər işdə bir xeyir var . Kamandar başıyla hə cavabını verdi .
    Durub şəhərə getməyi qərarlaşdırdılar . Həm bazara gedib baş verən hal qaziyanı dabışsınlar , həm də özlərinə bir iş tapsınlar .
    Nədənsə axşamdan balıq tutmaq üçün qoyduqları tor yadlarına düşmədi .
    Bu ekiz oglanları valideyinləri hüzur içində böyütmüşdü . Sevgi , mərhəmət, iradə cəmləşirdi bu uşaqlarda . Uşaqlıqdan həyatın çətin və xoş günlərinin də onlar kimi ekiz oldugunu , böyüdükcə bərkə - boşa düşə biləcəklərini, bundan qorxmuyub həyatı, insanları sevməyi öyrətmişdi atası onlara.
    Onlar bazara gəlib müştərini tapıb üzürxahlıq etdilər .
    Özlərisə tikintidə fəhlə işi tapılar .
    Günlər beləcə keçirdi . Günü gündən işləri yaxşılıga dogru gedən qardaşlar artıq usta kimi işləyirdilər . İşlərinə məsuliyyətlə yanaşmaları , bacarıqları , tərbiyələri müdrüyyətin gözündən qaçmırdı .
    Müdür onlarla hərtərəfli maraqlandıqdan sonra yanına çagırıb , tək qalmaqlarının çətin oldugunu , ailə qurmaq vaxtı oldugu haqqında onlarla söhbət etdi . Əgər qəsəbədə bəyəndikləri biri varsa , elçi getmək üçün hazır oldugunu gülə - gülə dedi.
    Qardaşlar utandıqlarından başlarını aşagı dikdilər .
    Onların uçuq - sökük daxmasına kim gələrdi?
    Artıq bir neçə ay keçmişdi . İşə səhər gedib axşam gələn qardaşlar çay haqqında heç maraqlanmırdılar .
    Beləcə günlər keçirdi . Qardaşlar artıq şəhərdə kirayə ev tutub qalırdılar . Aslan ( müdür) müəllimin etibarını qazandıqlarından ikisini də briqadir təyin etmişdi . İşlərinin öhdəsindən məharətlə gəlirdilər .
    İkisinin də gözaltısı vardı. Aslan müəllim çox dirəndikdən sonra açıb demişdilər .
    Bir gün Aslan müəllim onları otagına çagırıb ata bala kimi söhbət etmək istədiyini dedi .
    Otaga gələn qardaşlar salam verib , Aslan müəllimin dəvətindən sonra əyləşdilər .
    Baxın , oglanlarım , bura gəldiyiniz gündən öz bacarıgınız , məharətiniz gücünə bu səviyyəyə gəlib çatdınız . Mən gələn gündən sizin tərbiyənizə heyran oldum . Bəyəndiyiniz qızların evinə ata kimi elçi gedəcəm . Yox cavabı qəbul edilmir ha!- deyib qaşlarını düyünlədi . Qardaşlar bir - birinə baxıb gülümsədilər .
    Aslan müəllim dediyini etdi . Elçi də getdi , onlara məclis təşkil edib toy da etdi.
    Bir gün işdə qəribə bir xəbər dolaşmaga başladı . Sən demə Aslan müəllimin oglu 1 il bundan qabaq itgin düşübmüş . Bu gün başqa şəhərdən tapılıb .
    Heç vaxt Aslan müəllimlə pərdəni aradsn götürməyən , onun ailəsi haqqında heç nə soruşmayan əkizlər müəllimə hər kəsin gözaydınlıgı verməsindən ürəklənib , otagının qapısını döydülər .
    - Gəlin .
    İçəri keçib belə bir xəbər eşitdiklərini , uşagın tapıdıgı üçün sevindiklərini dedilər .
    Aslam müəllim hadisəni danışmaga başladı . Oglum Bəhruz çaya çimməyə gedibmiş dostlarıyla . Axşamı evə gəlmədi . Çox axtardıq tapmadıq . Əlimizi üzdük . Cəsədin də tapıb verə bilmədilər bizə . Səhəri gün birdən birə o çayın qurudugunu eşitdik . Sən demə orda balıqçıların yaşadıgı qəsəbə varmış . Axşamdan qoyduqları tora gedib ilişən oglumu çay geri çəkildikcə tor özüylə aparıb sahilə çıxarıbmış . Orda onu tapan meşəbəyi aparıb evində saxlayıb , neçə müddətdən sonra bu gün bizə xəbər verdi . Bəhruzun səsini bugün eşitdik . Sevincimizi təsəvvür belə edə bilməzsiniz.
    Çayında çox qəribə adı varmış ha , Qəfil !
    Qardaşlar bir birinə baxdılar . Həmən günü xatırlayıb gülümsündülər . Həqiqətən hər işdə bir xeyir var. Atalarından qalan o balıqçı toru onlara ömürlük çörək yetirmişdi..
    Müəllif, Leyla Yaşar
    YAZARLAR.AZ
    WWW.USTAC.AZ ve WWW.BİTİK.AZ
  • noyabr 2021, Yazarlar.az

  • 199
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......