...
  • Altıncı sinifdə oxuyurduq...- Aytac Ibrahim
  • YAZARLAR.AZ
  • Altıncı sinifdə oxuyurduq.Köhnə məktəbimizin həyətində yığışmışdıq.O vaxt hamı daha səmimi, daha doğma idi...
    Yenə yağışlı günlərdən biri idi...
    O, məcbur olmadıqca sinif yoldaşlarımızla danışmazdı.Bir dəfə fiziki tərbiyə dərsində, kənardan bizə baxırdı.İlk dəfə orda söhbətləşdik,ilk dəfə mənimlə danışdı...
    Səsinin titrəyişindən, baxışlarındakı qəribə məyusluq hissindən, bilmək olurdu ağrısını...
    Atasının içki içmədiyi bir gün belə yox idi.Anasından isə onlara xeyir yox idi...
    Hər söhbətimizdə, qəlbinin saflığını, kövrəkliyini, qorxularını, məni necə dinlədiyini, dərdimə necə yandığını biruzə verirdi...
    Məktəbi bitirdik.Adətən bu dönəmlərdə, insanlar bir-birini itirir.
    Bir gün heç gözləmədiyim anda o çıxdı qarşıma.Gözlərimə inana bilmirdim, çox dəyişilmişdi.Saçını sarı rəngə boyamışdı, kəsmişdi dibinəcən.Niyə belə etdiyini soruşanda, demişdi ki, ömrüm də saçlarım qədərdir.Əhəmiyyət verməmişdim sözlərinə.Daha doğrusu, anlamamışdım.Tələsik halda nömrəmi telefonuna qeyd etdi, adımı "dostum" olaraq yazdı.Möhkəm qucaqladı məni, işə bax, yenə kövrəldi.Onu kövrək görüb mən də kövrəldim."Yaxşı, ağlaşma qurmayaq !" deyib gülümsədi.Sağollaşdıq, gəldikləri maşın gözdən itənə qədər arxasınca baxdım...
    Hər gün öz dərdini unudub, mənim dərdlərimə qulaq verdi.Zəngləşdik, söhbətləşdik, köhnə günlərdən danışdıq.
    Bir gün ona yaza bilmədim.Tez mağazaya qaçıb, danışıq kartı alıb yüklədim.Yığdım nömrəsini, zəng çatmadı.İşi olduğunu düşündüm, sevincək whatsappa daxil olub, ard-arda mesajlar yazdım. Gülüşlər atdım. Mesajlarımı oxudu, amma cavab yazmadı.Düşündüm ki, məndən bərk inciyib.Axşama qədər fikirləşdim ki, axı, mən bu qıza neyləmişəm ?!
    Gecənin bir yarısı ondan mesaj gəldi...
    Mesajda bu sözlər yazılmışdı: "Siz hələ bilmirsiniz? Adınızı da "Dostum" deyə qeyd edib."
    Təəccübləndim.Düşündüm ki, telefonu anasında qalıb.Cavab olaraq yazdım ki, bəs o hardadır?
    Uzun bir səs yazısı gəldi.Açdım, bir bəy idi.O qədər qəhərə boğulmuşdu ki, nə dediyini anlamaq olmurdu.Göndərilən səsi dəfələrlə dinlədim.İnanmadım, yenə dinlədim.Yenə...Yenə...
    İlk dəfə mənimlə ünsiyyətdə olan o qəribə, sirrli, qarabuğdayı qız uzun müddətdir ki, ağır xəstəliyə düçar olubmuş.Sonuncu dəfə onunla görüşəndə, başqa bir ölkəyə müalicə olunmağa gedirmiş.Saçını da istəyərək dibəcən kəsmiyibmiş.Boğazına bağladığı rəngli yaylığı da heç vaxt çıxartmırmış...
    Artıq həyatda yox imiş...
    O an sındı bütün qol-qanadım.Simasını gözümün önünə gətirdim, təbəssümünə doyunca baxdım, son dəfə səmimi qucaqlaşmağımızın istiliyini hiss etdim...
    Mənim dostum əbədiyyə getmişdi.Torpağın sakini olmuşdu...
    Bu gün onun yoxluğundan neçə il keçir, heç bilmirəm.Unutmadığım tək bir şey, onunla yaşadığımız məktəb xatirələri və simasıdır...
    Müəllif, Aytac İBRAHİM
    YAZARLAR.AZ və BİTİK.AZ
  • oktyabr 2021, Yazarlar.az

  • 179
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......