...
  • Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir
  • Vüsalə Qələndərli (Sadıqova)
  • Hər bir xalqın xilaskarlıq tarixinə iz qoymuş tarixi şəxsiyyətləri olur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, müdrik dövlət xadimi kimi düşüb. Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu, irsi tükənməz məktəbdir. Məhz Azərbaycan xalqının ağır günlərində ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. İtirilməkdə olan Azərbaycanı azərbaycanlılara qaytardı. Bu “Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyərək meydana atılan uzaqgörən siyasətçinin Vətəni qarşısında misilsiz fədakarlığı idi. Xalqımız günü-gündən gözəlləşən Azərbaycanın müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir. Gənclərimiz bu zəngin irsi öyrənməli və Azərbaycanın qurucusu olan Ümumilli lideri heç zaman unutmamalıdır. Heydər Əliyevin irsinin təbliği məqsədi ilə hər birimiz əlimizdən gələni etməliyik.
    2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Heydər Əliyev İli çərçivəsində artıq silsilə tədbirlər təşkil edilir, fərqli layihələr icra olunur.
    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hər çıxışı bir tarixdir, hər addımı ölkənin inkişafı naminə atılmış bir addımdır.

    Uzaqgörən siyasətçi, Azərbaycan xalqının Ümummilli Lideri, Heydər Əliyevə İtirilməkdə olan Azərbaycanı azərbaycanlılara qaytardığı üçün hər zaman minnətdar olacağıq. Həm də hər zaman ona görə minnətdar olacağıq ki, memarı olduğu Azərbaycan etibarlı əllərdədir, dövlətimiz bu gün onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha da qüdrətlənib, daha da gözəlləşib.

    Ümummilli liderin əsasını qoyduğu gənclər siyasətini davam etdirən Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk dövrlərindən başlayaraq ardıcıl imzaladığı fərmanlarda, verdiyi tapşırıqlarda gənclərin təhsilinə, sağlamlığına, asudə vaxtının səmərəli təşkilinə diqqət yetirir.
    Azərbaycanda uğurlu aparılan gənclər siyasətinin təməlini Ulu öndər qoymuşdur. Heydər Əliyevin təşəbbüsü ilə gənclər siyasətinin əsas konturları müəyyən edilmişdir. Son 20 il ərzində Azərbaycanda bu siyasət çox uğurla aparılmışdır. Artıq bu illər ərzində, müstəqillik dövründə gənclər yetişiblər və ölkəmizin həyatında mühüm rol oynayırlar.
    Dövlətin siyasəti ondan ibarətdir ki, Azərbaycan gəncləri bilikli, savadlı, Vətənə bağlı olsunlar və ölkəmizin gələcək inkişafına töhfələrini versinlər. Gənclərin vətənpərvərlik ruhunda böyümələri də çox mühüm əhəmiyyət daşıyır.

    Müstəqil Azərbaycanın qurucusu, memarı, Azərbaycan xalqının Ümummili lideri Heydər Əliyev hər zaman qəlbimizdə yaşayacaq.
    Heydər Əliyevin “Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir” kəlamı bu gün də öz qüvvəsini saxlayır.
    Bu gün Heydər Əliyevin getdiyi haqq yolunu, ədalər yolunu, onun layiqli davamçısı gedir, və bu yolda hər birimiz dəmir yumruq kimi birləşərək dövlət başçımızın ətrafında sıx birləşmişik.

    Vüsalə Sadıqova (Qələndərli)
  • dekabr 2023, Vüsalə Q. (Sadıqova)

  • 206
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......