...
  • Balacalaşmayaq insanlar, böyüyək mümkünsə!...
  • Vüsalə Qələndərli (Sadıqova)
  • Böyümək istəyən uşaqlar və balacalaşmaq istəyən böyüklər...
    Kaş mən də uşaq olaydım... bu ifadəni işlətməyən böyük yoxdur. Baxmayaraq ki, o yolu hamımız keçmişik, amma nədənsə həmişə dönüb o yollara həsrətlə baxmışıq.
    Heç fikir vermisizmi, biz uşaq olmağı arzu edərkən uşaqlar da böyümək istərlər, niyə bilirsiz? Çünki onlar da özlərini ən aciz bilirlər, bu asılılıqdan qurtarmaq istəyirlər. Çünki onların da daxilində böyüklük eşqi var. Onlar böyümək istəyir, şəxsiyyət olmaq istəyir, böyük adamlar olmaq istəyir.... Biz böyüklər isə, deyəsən acizləşməyə doğru gedirik. Uşaq olmaq istəməklə zəiflik göstəririk, problemlərdən qaçmağa çalışırıq, yəni biz balacalaşmaqla bütün məsuliyyətdən azad olmağı arzulayırıq.

    ***
    Uşaqlar artıq yaşlarından çox böyük düşünməyə başlayıblar. Hətta ailənin ağır yükünü balaca ürəklərində çəkəcək qədər.
    Uşaqlar… Ən məhsum, ən günahsız varlıqdır, lakin, çox vaxt ən böyük işğəncələrə belə məruz qalırlar.

    Bəzi uşaqlar sevgiylə böyüyərkən, bəziləri sevginin nə olduğunu belə bilməzlər. Bəzi uşaqlar əylənərkən, bəziləri əyləncənin nə olduğunu bilməzlər. Bəziləri var -dövlət içində üzərkən, bəziləri çörəyə həsrət qalarlar, uşaqlar var dünyanı bəzəyər, uşaqlar da var ki dünyada onlara bir gün uşaq kimi yaşamaq haram sayılar, döyüş meydanlarında əzilər, ayaqlar altında qalar, aclıqdan susuzluqdan, ölərlər....


    Bəziləri bayramı hər gün yaşarkən, bəziləri ömür boyu yaşamazlar.. Uşaq olmaq bumu?!

    Ailədəki kasıbçılığı başa düşən uşaqlar böyümək istəyir, ailəsinə dəstək ola bilmək üçün. Problemlərdən qaçmağa çalışan böyüklər isə balaca olmaq istəyir.
    ***
    (Görün vəziyyət hansı həddə çatıb ki, uşaq olmağı nə qədər istəyirsə böyüklər, onlar üçün uşaq bağçası da açıldı. Bəli, qəribə də olsa, Rusiyada Novosibirsk vilayətində böyüklər üçün uşaq bağçası açılıb. Lunta Yevgeniy Pyatkovskiy adlı fiziki şəxsin dediyinə görə, bu, Rusiyada ilk belə məkandır və analoqu yoxdur: Biz dostlarımızla müzakirə apardıq və qərara gəldik ki, özümüzü axırıncı dəfə ən çox uşaq bağçası illərində xoşbəxt hiss etmişik. Və elə bu söhbətdən böyüklər üçün uşaq bağçası yaratmaq ideyası ortaya çıxdı”.
    Böyüklərin uşaq bağçasının menyusuna südlü sıyıq, meyvə püresi və sair yeməklər daxil edilib. Böyüklərin ən böyük əyləncəsi qumdan və plastilindən ev düzəltmək olacaq).
    ***
    Təhsildən yayınan uşaqlar, təhsil almaq imkanı olmayan uşaqlar, azyaşlı olmasına baxmayaraq çörək pulu üçün küçələrdə iş axtaran uşaqlar, əməyi istismar olunan uşaqlar, xəstələnincə dərman ala bilməyən uşaqlar, uşaq pulundan belə məhrum edilən uşaqlar… onlar özlərini müdafiə üçün böyümək istəyir, biz isə....

    Onlar böyümədi… böyüsəydilər…

    Bütün dünyada, eləcə də Azərbaycanda müharibə zamanı saysız uşaqlar həyatını itirib.

    Təkcə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərinin işğalı zamanı bir gecədə vəhşi qətliamın qurbanı olan 613 dinc sakindən 63-ü məhz uşaqlardır. Gühansız körpələr, yeniyetmələr amansızlıqla, işgəncələrlə öldürülüb, başları kəsilib, gözləri çıxarılıb, dərisi soyulub, süngüyə taxılıb.
    Erməni işğalçılarının Xocalıda törətdiyi qanlı cinayət nəticəsində 76 azərbaycanlı uşaq isə əlil olub.
    Soyqırımlar, qanlı yanvar gecəsi nə qədər günahsız uşaq həyatını itirdi. Hələ də dünyada nə qədər uşaq aclıq və səfalət içində yaşayır. O uşaqlar da böyümək istəyirdi, amma olmadı...

    Təəssüf ki, xoşbəxtlik saçan gözlərini əbədi yuman mələklər az deyil. Həm də kimlərinsə günahı üzündən.

    Bu uşaqların bir qismi də 19 may alovunda diri-diri yanan körpə mələklərdir. Onlar dünyanın ən gözəl və məsum uşaqları idi. Onlar gülüşləriylə bütün dünyanı isidəcək qədər gözəl idi. Lakin onları elə odda-alovda yandırdılar ki, bundan sonra bütün dünya birləşsə, ürəyimizdəki yanğını, acını soyuda bilməyəcək.



    Nə yazıq ki, yol terrorunun, həkim səhlənkarlığının qurbanları da az deyil...

    İŞİD-in qurbanı olan uşaqlar da var.
    Siyasət oyununda oyuncağa çevrilmiş uşaqlar da… Onların müdafiəsinə kim qalxacaq?! Və nə zaman?!

    Dünyann bəzəyi olan uşaqlar bəzəksiz qalıb

    Dünyada nə qədər uşaq var, amma uşaqlığını yaşaya bilməyən, böyüməyən uşaqlar da az deyil... İşgəncələrə, ədalətsizliklərə ən çox məruz qalan onlardır... Dünyaya gəlmədən onun yaşayıb- yaşamayacağına qərar verilən uşaqlar olur… Doğulduqdan sonra, köməyə möhtac -yenə uşaqlar olur.
    Həyata tutunmağı bacarmadan həyatdan qoparılan uşaqlar, heç vaxt böyümürlər.


    Ailə zorakılığı, işgəncələrə məruz qalan uşaqlar, böyük başbilənlərin qurduğu siyasət oyunlarının qurbanı olan uşaqlar.... Bu deyilmi uşaqlıq.... Köməksiz qalan bu məsumlara həsəd aparmaq nə qədər böyüklükdür?!...

    Balacalaşmayaq insanlar, böyüyək mümkünsə... Ağlımızla, mənəviyyatımızla, bacarıqlarımızla, insanlığımızla böyüyək, böyük adam olaq. Böyüyək ki, balacalarımızı da qoruyub böyüdə bilək....
  • oktyabr 2017, Vüsalə Q. (Sadıqova)

  • 207
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......