...
  • Sabir Rüstəmxanlının “Orxonla Görüş” Poemasında Türkçülüyün Tərənnümü
  • Vüsal Şabizadə
  • Azərbaycan ədəbiyyatında S.Vurğun, B.Vahabzadə, N.Xəzri, Qabil, N.Həsənzadə və s. kimi söz ustadları milli soykökümüzlə-türkçülüklə bağlı maraqlı və orijinal əsərlər yazmışlar. Türkçülüyün tərənnümü bütün dövrlərdə aktual səciyyə daşımışdır. Bu baxımdan xalq şairi Sabir Rüstəmxanlının “Orxonla görüş” poemasını xüsusi qeyd etmək lazımdır. Poema bir sıra keyfiyyətləri ilə diqqət çəksə də, tarixilik baxımından daha dəyərlidir. Burada tarixin məhz türklərdən bəhs edən səhnələri canlandırılmışdır.
    Türkçülüyün hazırki dövrdə gənclər arasında təbliği vətənə, millətə bağlılıq prizmasından daha dəyərlidir. Şair poemada Vətən məvhumunu daha geniş çərçivədə təqdim etmişdir. Prof.Rafiq Yusifoğlunun belə bir fikrini yada salmaq gərəkli olar. O yazır “Ədəbiyyat həyatdan qidalanır, ancaq eyni zamanda həyatın bədii dərkinə yardımçı olur, insanların dünyagörüşünün, həyat təcrübəsinin, estetik zövqünün formalaşmasında son dərəcə mühüm rol oynayır”.(2.227)
    Bu fikirlə müəyyən dərəcədə razılaşmaq olar. Lakin bəzi detalları da gözdən qaçırmaq olmaz. Axı ədəbiyyat təkcə həyatdan yox, həmçinin tarixdən, folklordan, mifdən və s. mənbələrdən qidalanır.
    Orxona gedirəm, doğma bir haray,
    Çağırır əlyetməz bir məsafədən.
    Orxona gedirəm, bələdçim kimi,
    Ruhumdu, qanımdı qabaqda gedən.(1.519)
    Sabir Rüstəmxanlının “Orxonla görüş” poemasından nümunə gətirilən bənddə səyahətə yollanacağı məkanın onu əlyetməz məsafədən çağırdığını deyir. Bu hiss şairin özünə çox doğmadır. Bənddə “doğma bir haray” göz işlədikcə uzanan monqol çöllərinin, yiyəsiz qalan qıpçaq yaylalarının, türk tayfalarının yaşadıqları ərazilərdə sıxışdırılması, kompakt yaşadığı yerli əhali içərisində əridilməsinin harayıdır. Hal-hazırda uyğurların Çində, kərküklərin İraqda, Gürcüstan azərbaycanlılarının Gürcüstanda milli, dini, irqi ayrıseçkiliyə məruz qalması bir daha sübut edir ki, tendensiya hələ də davam etməkdədir. Müəllif bu cür aktual problemlərə həssaslıqla yanaşır və bu mözudakı təssübkeşliyini qələmə alır. S.Rüstəmxanlı hətta dünyanın bir çox ölkələrində yaşayan türk tayfalarının həyatı ilə yaxından maraqlanmış, həmin ərazilərə (Mosul, Suriya, İraq-Kərkük, Borçalı) səyahət etmiş və bilavasitə gördüklərini poetik dillə oxucularına çatdırmışdır.
    Şair poemanın digər misralarında minillər əvvələ qayıdıb, türk tarixinin qaranlıq, üstü tozlanmış səhifələrini vərəqləyir. Bu fikiləri ilə o, oxucu ilə tarix arasında körpü yaradır. Poemada təkcə tarixi yaddaş deyil, həm də etnoqrafik yaddaş yenilənir.
    Min ilin odu var bəlkə içimdə,
    Niyə boz çöllərə bir çınqı düşməz.
    Ötüken dünyası ayrı biçimdə
    Adı dəyişsə də, özü dəyişməz.(1.519)
    Digər bir bənddə türklərin mifik ana yurdlarından biri olan Ötükən(əski türklərin Tenqriçiliklə əlaqədar olaraq Torpaq Anaya verdikləri ad) şəhərinin adı çəkilir. Ötükəni “mənəvi dünya” adlandıran şair adı dəyişsə də özü dəyişməyən bu tarixi torpağın türklər üçün nə qədər önəm kəsb etdiyi fikrini poetikləşdirir. Şair digər bir bənddə Tonyuquqdan bəhs edir. Müəllif belə qənaətə gəlir ki, uzaqgörən dövlət xadimi kimi dediyi sözlər əsrlər keçsə də qüvvədən düşməyən Tonyuququn qəbri, məqbərəsi dağılsa da “sözününün heykəli” hələ də yaşayır.
    Çoxdan dağılıbdı öz məqbərəsi,
    Sözünün heykəli yaşayır ancaq.(1.527)
    Şair digər bəndlərdə ilxıçı ailənin məişətini işıqlandırıb. Poemada “at” motivinin qabardılması heç də təsadüfi deyil. At qədim türk mifologiyasında ən geniş yayılmış kultlardan biri olduğu üçün sakral mahiyyət daşıyıb. Atın türklərin yaşayışının əsas tərkib hissəsi olmasını nəzərə alaraq demək olar ki, onun tərənnümü türk məişət ədəbiyyatında önəmli yeri tutur.
    Atını səyirdir cavan ilxıçı,
    On arşın ağacı özündən öndə.
    Qabaqda göy ürgə dəlisov qaçır.
    Bilmir ki, yanılır öyünməyində. (1.525)
    Digər bir bənddə monqolların qonaqpərvərliyi, gündəlik yaşam tərzi işıqlandırılmışdır. Hadisə və detalların bu qədər dəqiqliyi təsadüfi deyil. Sabir Rüstəmxanlı monqol və digər türk tayfalarının taleyi ilə yaxından maraqlanmış, onların yaşadığı mühitlə dərindən tanış olmaq üçün dəfələrlə həmin ərazilərə səfər etmişdir
    Poemanın ana xəttini, fikrimizcə, ulu türk sərkərdəsi Bilgə Xaqanın məqbərəsi üzərində yazılan- “…Türk-oğuz bəyləri, milləti eşidin: Üstdə göy çəkməsə, altda yer dəlinməsə Türk milləti elini törəni poza biləcəkti? Türk milləti titrə və kəndinə dön!” cümlələri təşkil edir. Poemanın yaranması əvvəlcə şairin şəxsi istəyi olsa da, bununla bərabər onun türkə, türk tarixinə və mənəviyyatına olan hörmətilə əlaqdədardır.
    Müəllifin poemanın finalında gəldiyi qənaət fəxriyyə səciyyəsi daşıyır. Şair özünü ümumtürk dünyasının, Azərbaycan xalqının, gələcəyinin keçmişi kimi parlaq olacağına ümid edən xalqın ziyalısı kimi görür.
    Yaddaşıyam vuruşlarda ölən nəslin,
    Ölə-ölə ölümünə gələn nəslin,
    Şükür, sabah yer üzünə gələn nəslin
    Hər sözümdən qeyrət odu əmməyi var.(1.538)
    Sabir Rüstəmxanlı hər sözü gələcək nəsil üçün ərmağan olabiləcək nadir sənətkarlardandır.. Onun “Əbədi sevda” adlı şeirlər kitabında yer alan bu poema fikrimizcə tarixi poemanın ən gözəl nümunələrindədir.

    Ədəbiyyat siyahısı:
    1.Rüstəmxanlı Sabir. Əbədi sevda. Şeirlər və poemalar, Bakı, “Təhsil”, 2012, 576 səh.
    2.Yusifoğlu Rafiq.Müasir ədəbi proses və ədəbi tənqid. ADPU nəşriiyyatı, Bakı, 2014, 344 səh.
  • oktyabr 2017, Vüsal Ş.

  • 335
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......