...
  • Ayrılıq
  • Vüqar Mirzə
  • AYRILIQ
    Yenə bu şəhərdə üz-üzə gəldik,
    Neyləyək, ayrıca şəhərimiz yox.
    Bəlkə də, biz xoşbəxt ola bilərdik,
    Bəlkə də, xoşbəxtik, xəbərimiz yox.
    Aradan nə qədər il keçib görən, –
    Tanıya bilmədim, məni bağışla.
    Uzun illərdən sonra ilk dəfə üz-üzə gəldik. Bir anlıq bədənim hərəkət etsə də, ruhum getmədi. Baxışdıq..., gözümü belə qırpmadan durdum. Anidən yaşadıqlarımız işıq sürəti ilə gözümün önündən keçdi. İllər öncəki son görüşümüzdən sonra sanki qəlbim qış fəslinin əsarətində idi. Və bu qışın soyuğu, şaxtasının sazağı bütün xatirələrimi buza çevirmişdi.
    Bu görüş nə idi, İlahi? Elə bil donmuş qəlbimə bir anda bahar gəldi. Zərif cismi ilə qarlı torpağın altından baş qaldıran nərgizgülü kimi, bütün incə hisslərim oyandı, təravətləndi. Bəlkə... bəlkə yenidən..?
    Axı biz uzun illər pis-yaxşı birgə yaşamışdıq. Bu müddət ərzində dəfələrlə bir-birimizdən küsməyimizə baxmayaraq, ayrılıb yenidən “qovuşmuşduq”. Son ayrılıqdan bu yana isə heç əlaqə qurmamışdıq. Yəqin ona görə ki, arxadakı körpüləri yandırıb, geri qayıtmaq imkanını əldən vermişdik. Yəni bizi bir araya gətirəcək heç nə saxlamamışdıq. İndi isə illərdi eşitmədiyim səs qulağımda cingildəyir, görmədiyim rənglər gözümün qarşısında canlanırdı.
    Düşündüm ki, aradan müəyyən zaman keçib, bəlkə yenidən bizdə nəsə alınar? Həm də artıq yaş o yaş deyil. İnanmıram ki, o, xislətini dəyişməsin. Ümid edirəm ki, bu yaşında da əvvəlki kimi ən ağır sözlər deyib, yaralı yerimdən vurmaz. Ayrılmağımızın əsl səbəbi də elə bu olmuşdu. Əslində, o yaxşı biri olsa da, bəzən tanınmaz olur və ona səbr etmək çətinləşirdi. Məhz belə zamanlarda biz ayrılır, bir müddətdən sonra yenə “dostlaşırdıq”. Son dəfə isə “yox, bu belə davam edə bilməz” - dedim və ayrıldıq...
    Mən elə bilirdim, sənsiz ölərəm,
    Mən sənsiz ölmədim, məni bağışla!
    "Ölmədim" deyirəm, nə bilim axı,
    Bəlkə də, mən sənsiz ölmüşəm elə,
    Qəbirsiz-kəfənsiz ölmüşəm elə...
    Bir-birimizdən ayrı yaşadıq. Əgər buna yaşamaq demək olarsa. Bəlkə də heç yaşamamışdıq, ölmüşdük – indi dirildik.
    Bu görüş yaşa dolmuş vaxtımıza təsadüf etmişdi. Mən ona diqqətlə baxır, üzündəki cizgilərdən əlavə qırışların da iz saldığını görürdüm. Hətta əlinin dərisi sərtləşmiş, saçına da dən düşmüşdü.
    İstər-istəməz ayaq saxladım. Hal-əhval tutdum. Elə ikinci kəlməsində qəlbinin dərinliyində gizlətdiyi zəhərli xəncəri ürəyimə sapladı. Sanki bu “silahdan” canını qurtarmaq istəyirdi. Mən isə onun son arzusunu gerçəkləşdirmiş və ümidlərini doğrultmuşdum.
    “ Zaman ən gözəl təbibdir” – belə deyib müdriklər. Lakin ötüb keçən zaman heç də hər kəsin “xəstəliyini” sağaltmır. Bu acı həqiqəti də dərk etdim ki, nə yaşın artması, nə üzdəki qırışlar, nə də saçların bəyaz rəngə boyanması insanın aqil və kamil olmasına dəlalət edə bilməz.
    Kamillik səhvlərdən nəticə çıxarıb, hidayət yolunu tutmaqdır. Əks təqdirdə xasiyyət dəyişmədikcə xəncərtək iti dillər hələ çox yaralar açacaq.
    Bəli, illərdi qəlbimin qapısında bir keşikçitək dayanmış, ora heç kimi buraxmamışdım. Amma o, viranə qəlbimə növbəti ölümcül zərbə ilə vurmaqdan çəkinmədi. Zərbə hədəfdən yayınmamışdı. Yayınardımı heç...? Axı onu vuran qəlbimə gedən yolların yolçusu, həm də bələdçisi idi.
    Bəlkə də, biz onda ayrılmasaydıq,
    Nə mən indikiydim, nə sən indiki,
    Ayrıldıq, şeytanı güldürdük onda;
    Bu ilin, bu ayın, bu günündəki,
    Elə bu küçənin bu tinindəki
    məni də, səni də öldürdük onda.
    Ayrıldıq... Bu dəfə həmişəlik... Ruhumu da götürüb getdim bu şəhərdən.

    P.S. Yazıda istifadə olunan şeir Ramiz Rövşənə aiddir.
  • mart 2019, Vüqar M.

  • 184
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......