...
  • Yanılacaqsan
  • Şümşəd Hüseynova
  • Bir yaz axşamı Ay işığında
    görsəm üzünü, duysam səsini.
    Kim deyər bezmişəm nur camalından.
    Ay mənim, bəxtimin qara taleyi.
    Səni sevmişdim günəşli bir gün,
    necə ki günəştək doğdun günümə.
    Demişdin getmərəm
    bax yoxsan indi...
    Ay məni odlara yaxıb gedənim.
    Cahana sığmazdı o, dəli könlün
    bəlkə də cahan məndim həmin gün.
    İndi viran olmuş güləm bağında
    yarpağı saralmış qönçə kimiyəm.
    Deyərdin bu cahan bizə qarşıdı,
    anlamır onlar hisslərimizi.
    Cağladın dəniztək bir an durulmadın
    fəqət duruldun bir axşam çağı
    sükut burudu həmin gecəni
    Gəl desəm, gəlməzdin
    getmişdin çoxdan...
    ruhumdan, canımdan, həyatımdan...
    Sadəcə bir insan qoyub getmədin
    bir qızı tək qoyub atıb getmədin.
    Hicran acısın yaşatdın mənə
    həsrət qoydun vüsala məni.
    Bir gün sən də dadacaqsan bu badədən.
    O zaman da məni tapmayacaqsan
    bir də o dəniztək çoşmayacaqsan.
    Durulub ikimiz gedəciyik
    iki yaxın yadlartək buralardan.
    Sonra darıxasan lap darıxasan
    ürəyinə odlar yaxıb yanasan.
    Axtarasan o gözləri hər zaman
    Sevgi nədir? soruşacaqsan...
    Sevgi məğlub olacağını bildiyin,
    lakin oynadığın qumar oyunu.
    İnkar edərdin bu sözləri bir zaman
    deyərdin yanlışdır bu kəlimələr.
    İnsan "sevdiyinə" oynarmı qumar?
    Sonra illər keçəcək bu ağrılardan
    yaralar bağlanıb gedəcək bir gün.
    Bir gecə xəzan düşəcək
    bulud göz yaşın süzəcək
    Bir sızıntı duyasan bilməzsən nədir...
    Düşünüb, düşünüb yorulacaqsan
    Düşünüb, düşünüb darıxacaqsan...
    bəlkə axtaracaqsan,
    bəlkə tapacaqsan
    Bəlkə də tapanda yanılacaqsan.
  • iyul 2026, Şümşəd H.

  • 87
Gündəliklər. 2-ci cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (“Gündəliklər”dən sətirlər) 2-ci cild Bakı-2026 Fi¬ruz Mustafa Gündə bir kərpic düşər... (gündəliklərdən sətirlər) 2-ci cild Sizə təqdim olunan “GündəLİKLƏR”......

Gündəliklər. 1-ci cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (“Gündəliklər”dən sətirlər) (1-ci Cild) Bakı-2026 Fi¬ruz Mustafa Gündə bir kərpic düşər... (gündəliklərdən sətirlər) (1-ci Cild) Sizə təqdim olunan “GündəLİKLƏR”......

Bir bənd

Dəhnəli Məmməd Hacızadə

Gəl bir tikə şeir yeyək,acmışam Bu süfrəyə misra düzün,bənd düzün. Halovardan,gəraylıdan,qoşmadan Şirni düzün,noğul düzün,qənd düzün....

Bilmədim

Dəhnəli Məmməd Hacızadə

Neynim? Mən də,belə azqanan oldum, Burnumdan uzağı görə . Sənə ürəyimi versəm də gülüm, Ömrümü,günümü verə . Bülbülü kədərmiş,qəmmiş oxudan. Həsrətmiş gözlərdən sellər axıdan. Xəyala......

Пьесы. Pyeslər. Rusca-3

Firuz Mustafa

Фируз Мустафа ПЬЕСЫ Iıı том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Пьесы. Pyeslər. Rusca-2

Firuz Mustafa

ПЬЕСЫ Iı том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Пьесы. Pyeslər. Rusca-1

Firuz Mustafa

ПЬЕСЫ I том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Dünyanın rəngi. Povest

Firuz Mustafa

Görkəmli yazıçı Firuz Mustafanın “Dünyanın rəngi” povestindəki hadisələr Birinci Dünya savaşından sonrakı ilk illərdə......

Görünməz dünyanın sözçüsü-1

Firuz Mustafa

1-ci kitab (2 cilddən ibarət kitab) Bakı-2026 .Görünməz......

Görünməz dünyanın sözçüsü-2

Firuz Mustafa

(2 cildlik kitab) Bakı-2026 Oxuculara təqdim edilən bu......