...
  • Yağış qadın
  • Şümşəd Hüseynova
  • İnsanlar gedər, xatirələri qalar. Bir insanın səsini, qoxusunu, hətta üzünü belə unuda bilərsiniz, fəqət heç zaman sözlərini, tutmadığı vədlərini unuda bilməzsiniz. Qələmimdə sevgi daim müqəddəs olub. Daim zirvədə, təmiz və saf qalıb. Bizlərə göstərilməyən həmin sevgi bizlərə “sevgi sağaldır” deyə qələmə verilib. Mənə görə sevgi hər daim sağaltmaz. Sevgi bəzən yaraladığı yerdən güllər açdırar. Belə olmasaydı, “Leyli və Məcnun” bu qədər tanınmazdı.

    BÖLÜM I

    O, qadın olaraq dünyaya gəlmişdi və bu ona ilk gündən Tanrı tərəfindən bəxş edilən bədbəxtlik idi. Ən azından bunu belə qəbullanmışdı. Doğulduğu ilk andan etibarən “evlənməli” olduğu deyilirdi. Bu söz onu bəzən sevindirsə də, çox zaman qorxudurdu. Sevməsə idi nə olacaqdı? Bir şeyi unudurdu... sevmək hüququ belə əlindən alınmışdı.

    Bir yaz səhəri “ərə verdilər”. Bir payız gecəsi çöllərə düşən qadını. Ulduz tək parlayan qönçənin ləçəklərinə yağış suyu doldu və ləçəkləri düşməyə başladı. İlk zərbəni isə heç sevmədiyi insana verilməklə aldı. Geri dönüşü yox idi, çünki “ata evindən gəlinliklə çıxan qadın həmin evə yalnız kəfən ilə dönə bilərdi.”

    Özünü tanımadan ailə qurdu və zəif çiyinlərinə bir yük daha yükləndi. Yükləndi... yükləndi...

    Bir gecə özünü çölə atdı... həm də bütün qorxularına rəğmən. Evdən çıxan zaman payız yağışı amansızca yağırdı. Yağışın hər damcısı torpağa dəydikcə tap-tap çıxan səslər insana həm vahimə, həm də həzz verirdi. Başını yuxarı qaldırdı. Göy üzündə tək bir ulduz belə yox idi. Sanki bu gecənin ulduzu o idi. Axırıncı dəfə nə zaman belə hiss etmişdi? Bilmirdi... düşünməyə çalışdı, ancaq yadına düşmədi. Bəlkə yaşamışdı, bəlkə də bu hisslər ona təmiz yad idi. Başını yenidən yuxarı qaldırdı və bu zaman yağışın şirin suyu ilə duzlu və ağrılı göz yaşı bir-birinə qovuşdu. İllərdir buna möhtac kimi... Qəribə hisslər idi... çox dərdi var idi, fəqət o quş kimi idi. Sanki bu gecə bütün dünya onun seyrəngahına çıxmışdı.

    Cibində sadəcə əlli manatı var idi. Qaçmaq üçün yığmamışdı bu pulları, sadəcə insan ağlı... lazım olar deyə yığmışdı. Əvvəllər ailəsi qarşıladığı ehtiyaclarını indi yoldaşı qarşılayırdı bir uşaq kimi. Bədəni yağışın suları ilə islanmış və üşüyürdü, fəqət bu hiss belə ona gözəl təsir edirdi.

    Bir müddət qaranlıq yollarda yeridi, sonra bir skamyada oturdu. Paltarı su olsa belə... Yoldaşı daim onu sevmiş və qayğı verməyə çalışmışdı, ancaq o bir insan idi. Sevmədiyi bir insana toxunur və buna görə hər gün özünə lənət oxuyurdu. Kim bilir, bəlkə də öz lənətləri özünü tuturdu.


    Ardı var…
  • iyul 2026, Şümşəd H.

  • 197
Gündəliklər. 2-ci cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (“Gündəliklər”dən sətirlər) 2-ci cild Bakı-2026 Fi¬ruz Mustafa Gündə bir kərpic düşər... (gündəliklərdən sətirlər) 2-ci cild Sizə təqdim olunan “GündəLİKLƏR”......

Gündəliklər. 1-ci cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (“Gündəliklər”dən sətirlər) (1-ci Cild) Bakı-2026 Fi¬ruz Mustafa Gündə bir kərpic düşər... (gündəliklərdən sətirlər) (1-ci Cild) Sizə təqdim olunan “GündəLİKLƏR”......

Bir bənd

Dəhnəli Məmməd Hacızadə

Gəl bir tikə şeir yeyək,acmışam Bu süfrəyə misra düzün,bənd düzün. Halovardan,gəraylıdan,qoşmadan Şirni düzün,noğul düzün,qənd düzün....

Bilmədim

Dəhnəli Məmməd Hacızadə

Neynim? Mən də,belə azqanan oldum, Burnumdan uzağı görə . Sənə ürəyimi versəm də gülüm, Ömrümü,günümü verə . Bülbülü kədərmiş,qəmmiş oxudan. Həsrətmiş gözlərdən sellər axıdan. Xəyala......

Пьесы. Pyeslər. Rusca-3

Firuz Mustafa

Фируз Мустафа ПЬЕСЫ Iıı том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Пьесы. Pyeslər. Rusca-2

Firuz Mustafa

ПЬЕСЫ Iı том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Пьесы. Pyeslər. Rusca-1

Firuz Mustafa

ПЬЕСЫ I том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Dünyanın rəngi. Povest

Firuz Mustafa

Görkəmli yazıçı Firuz Mustafanın “Dünyanın rəngi” povestindəki hadisələr Birinci Dünya savaşından sonrakı ilk illərdə......

Görünməz dünyanın sözçüsü-1

Firuz Mustafa

1-ci kitab (2 cilddən ibarət kitab) Bakı-2026 .Görünməz......

Görünməz dünyanın sözçüsü-2

Firuz Mustafa

(2 cildlik kitab) Bakı-2026 Oxuculara təqdim edilən bu......