...
  • Qadağa, seçim və ikili standart
  • Şümşəd Hüseynova
  • Bir müddətdir sosial medianı öz ağuşuna alan söhbətə daim şəxsi fikirlərimi bildirmək istəyirəm.

    Məktəblərdə hicaba qoyulan qadağa…
    Doğrudur? Yanlışdır?

    Hər kəsin baxış aspektindən fərqli görünür. Düşünürəm ki, haralardasa düzgün qərardır. Altı-yeddi yaşlı uşağın baxın, altını cızaraq deyirəm, uşağın dini dərk etməsi və belə bir qərar qəbul etməsi absurddur. Bir çox insan özünü 25 yaşından sonra tanıyır. İkinci sinif şagirdi həmin yaşda belə bir qərar verəcək təfəkkürdə olmur. Təbii ki, ətraf mühit ona təsir edir və ona görə bu, həyatın reallığı olur.

    Bir anlıq düşünün: əgər ailəniz xristian olsa idi, bu gün siz də xristian olardınız. Mən heç bir dini təbliğ və ya tənqid etmirəm. Hər din mənə maraqlıdır və hər dini öyrənməyə çalışıram. Bəs yaxşı, bir uşaq sırf bu ailədə doğulub deyə, anası hicablıdır deyə o da taxmaq məcburiyyətindədirmi? Xeyr, təbii ki.

    Xəlil Cübranın “Peyğəmbər” əsərində belə bir yer var:

    “Sizin uşaqlar – sizin uşaqlarınız deyil. Onlar Həyatın özünün özünə qarşı həsrətinin oğul və qızlarıdırlar. Onlar sizin vasitənizlə gəlirlər, lakin sizdən gəlmirlər. Sizinlə olmalarına baxmayaraq, sizə məxsus deyillər.”

    Bu hissəni internetdə axtarışa verib tam oxuya bilərsiniz.

    Deyə bilərsiniz ki, yuxarı siniflərdə necə? Yuxarı siniflərdə bu hiss hansısa uşağın qəlbinə daxil ola bilər və bu, normaldır. Amma həmin uşağın başqa qərarına “sən uşaqsan, bilməzsən” deyən də sizsiniz. Belə çıxır ki, işinizə gələn söhbətlərdə uşaqlar ağıllı və ya “ağılsız” olur?

    18 yaşına kimi insan həqiqətən ağlı bir qarış havada gəzir, hətta ondan sonra da bu davam edir. Bəzi insanlar 20 yaşında dünyanı idarə edə bilər, bəziləri 30 yaşında özünü idarə edə bilmir. Ağzından çıxan sözü dərk etməyən insanlarla doludur ətrafımız.

    Yəni, təbii ki, bunun yaşla əlaqəsi yoxdur. Amma bir çox insan özünü 25 yaşdan sonra tanıyır və çox gec anlayır ki, həyatdan nə istəyir.

    Bir sual da çıxır ortaya: o dövrdə edirdilər, necə olurdu?

    O dövr dediyiniz VI əsrdir. Heç o əsrlər olmasın, XII-XIII əsrlər olsun. Sizcə, o dövrlə bu dövrün insanı eyni zəkaya, eyni görüşə sahibdir? Təbii ki, indiki insan daha ağıllıdır, amma fiziki və mental cəhətdən o dövrdəkilər daha mübariz olub. Hansı o dövr ki, qızlar on üç yaşlarında və ya daha tez ailə qururdu, oğlanlar isə döyüşə gedirdi. İndiki dövrdə mağazaya göndərəndə qorxduğunuz oğlanlar o dövrdə at belində döyüşürmüşlər. Bir baltanı götürə bilməzlər halbuki indi.

    Yəni, o dövrlə bu dövrü müqayisə etməyin. Hər iki halda səhv olacaqsınız.

    Son olaraq, bəzi blogerlər hicabı qorumağa çalışırlar, amma müraciətdə “əski parçası” deyirlər. Hicabı ucuzlaşdırmayın. Onsuz da ayaq altına almısınız hər şeyi, heç olmasa bir az hörmət edin.

    Təbii ki, hicab sizin təhsilinizə, əxlaqınıza təsir etmir. Bunu iş üçün tətbiq etsəydilər, mən də narazılıq edərdim, çünki bu artıq düzgün deyil.

    Çıxıb yazmayın ki, qadağalar olmamalıdır. Məktəbdə qadağalar daim olub. Qısa geyim olmaz, makiyaj olmaz, formasız olmaz və s. Bu qaydalara heç biriniz səs çıxarmadınız, sadəcə buna səs çıxardınız.

    Bir çox oğlanın saçını kəsdirirlər. Bəs həmin saç o uşağın şəxsiyyəti və yaxud sizin dilinizlə desək, seçimi deyil? Amma edirlər. Mən 11 il ərzində buna şahid olmuşam: sinifdə oğlanlara “saçlarınızı səliqəyə salın” deyirdilər.

    Nəticə etibarilə, hər kəsin öz seçimləri var. Amma inanın ki, hicab bağlayan uşaqlardan “Niyə İslam?” deyən də çoxdur. Çoxu sadəcə baxır, çünki bildiyi tək şey namaz, hicab və Allahdan qorxmaqdır.

    Allahı sevmək yox, Allahdan qorxmağı öyrətdiyiniz müddətcə heç nə əldə edə bilməyəcəksiniz.

    Allahı sevin. Çünki əfv etməyi bacaran Odur.
  • sentyabr 2026, Şümşəd H.

  • 10
Qızım üçün

Nicat Hunalp

Gecə saat ikidi yuxunun şirin vaxtı, Beşiyində yuxula şirin qızım ağlama Ayda yatıb göy üzün qucaqlayıb bu vaxtı, Anan yuxusuz qalıb, alın yazım ağlama Göz......

Qadağa, seçim və ikili standart

Şümşəd Hüseynova

Bir müddətdir sosial medianı öz ağuşuna alan söhbətə daim şəxsi fikirlərimi bildirmək istəyirəm. Məktəblərdə hicaba qoyulan qadağa… Doğrudur? Yanlışdır? Hər kəsin baxış aspektindən fərqli görünür.......

Ulduzlar susanda

Tural İsmayılov

İnsanlar kainatın nə qədər böyük olduğunu həmişə səhv təsəvvür etmişdilər. Onlar milyardlarla qalaktikanın, trilyonlarla ulduzun və saysız-hesabsız planetin olduğunu bilirdilər. Amma böyüklüyü rəqəmlərlə ölçmək mümkün......

Su Pərisi (tragikomediya)

Firuz Mustafa

Firuz Mustafa Su Pərisi (İki pərdəli tragikomediya) İştirakçılar: Su Pərisi (Pəri) Aslan Çərkəz Sоna Qоnşu Kişi KişiYEVİÇ Pоlis Оğlan Rejissоr Birinci pərdə Gəmilərin fit səsi.......

Sonuncu Adam (monodram)

Firuz Mustafa

Sonuncu Adam (monodram) İştirakçı: Adam Tamaşa boyu Adamı Qapan adlı it müşayiət edir. Musiqi. Uca qüllə. Bir tərəfdə mavi dəniz, digər tərəfdə uzaq......

Sən Canımın İçisən

Dəhnəli Məmməd Hacızadə

Bilirəm düşünürsən məni hər axşam səhər, Bir gözündə təbəssüm, bir gözündə qəm,kədər. Hər gün əzizləyirsən dilə gəlməyən eşqi, Güldürmək istəyirsən gülə bilməyən eşqi. Acı sızıltıltılarda......

Gözlərinə Qurban Olum Qız Sənin

Dəhnəli Məmməd Hacızadə

Hər sabah dan baxışınla sökülür, Al yanaqlar,xoş qəmzəli üz sənin. Səni görcək könül gülür,üz gülür, Qələm qaşlar,mavi dəniz göz sənin. .......

Düşüncə ilə sevmək və cəmiyyətimizin düşüncəsi nədir?

Şəhriyar Mürsəl

Məsələn: Mən bilirəm ki nəyinki pulsuz heç 800 manat maaşla qadını sevmək olmaz.Əlbəttə qadınlar düz edir. Axı bir kişi 800 manat maaşla qadına hansı həyatı......

Cəmiyyət

Şəhriyar Mürsəl

Maarifsiz i maarifləndirmək asandır. Amma həqiqəti görüb yenə də cəhaləti seçən, faktı eşidib inadından dönməyən öz fəlakətinin memarıdır. ~...

Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......