...
  • Heç
  • Şümşəd Hüseynova
  • Həyat heç vaxt ədalətli olmadı. Heç vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar alaraq, cırpınaraq qalxır. Uzun müddət sonra belə hiss etmək çox yorucudur... Həyatın bu qədər tez axıb getdiyi bir zamanda mən özümlə zaman keçirə bilmirəm. Mən kiməm, onu bilmirəm. Bəzən dayanmaq istəyir insan, nəfəs almaq istəyir, ancaq olmur. Biz özümüz öz gələcəyimizi qurmalıyıq. Heç kəs — nə atamız, nə anamız, nə dostumuz — bizim yerimizə nəsə edəsi deyil. Bir şey də var ki, hər biri bir gün çıxıb gedir.

    Bayaqdan bomboş uzanmışam. Əlimi qaldırmağa, su içməyə belə həvəsim yoxdur. Mən durduq yerə belə olmadım. Məni siz, insanlar, belə etdiniz. Sizlərdəki şəhvəti, alçaqlığı, paxıllığı, kini, nifrəti gördükcə mən də siz oldum, lakin mən bunu sizə yansıtmadım, mən bunu özümə qarşı istifadə etdim. Sizin düşünmədən dediyiniz sözləri sizə demək istərkən düşündüm. Sizin əksinizə mən sizi incitmək istəmədim. Mənə indiyə kimi deyilən ən ağır söz “Bu həyatda özünə ən çox zərər verən özünsən” olubdur. Çünki həqiqət yağırdı. Mən bu deyildim. Mən heç vaxt bu olmadım. Sizlərə özümü sevdirim deyərkən özümü unutdum, sizin çarşafınıza büründüm və budur, mən artıq bir heçəm...

    Həyata ümid dolu baxan insanlara daim paxıllıq edirəm. Axı ümidlənəsi heç nə yoxdur. Sonu ölüm olan dünyanın nəyi ümid doludur? Nəyə sevinirsiniz? Nədir sizi güldürən? Mən koram bəlkə də, ya da siz özünüzü korluğa vurursunuz.

    Əgər bu həyata gəlmək istəyimi məndən soruşsaydılar, cavabım “yox” olardı. Çünki sizin kimi insanlarla yaşamaq cəhənnəmin özüdür. Hər birinizin gözündən nifrət tökülür. Hər daim istehza ilə baxırsınız. Nəyinizə güvənirsiniz? Nədir sizi bir-birinizdən üstün edən? Pulunuz?

    Mən yazar görmüşəm ki, yazarlıq adına ləkədir. Bir baxışı ilə insanı alçaldan yazar olmur. Özünü daha savadlı, daha ağıllı hesab edən yazar olmur. Olsa belə, onun əsərinin ədəbi dəyəri olmur.

    Heç düşünmüsünüz niyə bu gündəyik? Kinin içindən çıxmırsınız. Hamınızdan o qədər iyrənirəm ki, özümə belə nifrət edirəm. Dindirsəm, hamınız cənnət istərsiniz, birinizin ağzı cənnətlik söz deməz. Sizin yaşadığınız ev cəhənnəm olarkən, cənnətə düşməyi gözləyirsinizsə, bağışlayın, amma axmaqsınız.

    Yazılarım son zamanlarda qarışıqdır. Mənim kimiyəm... Hər abzas fərqli duyğuları əks etdirir. Fərqindəyəm, belə yazı olmaz. Sizin yaşadığınız kimi də həyat olmaz. Düşünürəm ki, sizin həyat tərzinizdən pis yazılar yazmıram.

    Hər gecəni səhərə kimi ölüm arzulayaraq tamamlayıram. O dünya varsa, əgər, vay halıma ki, orda da sizlə bir olam. Cəhənnəmə düşəcəyim üçün hamınız orda olacaqsınız. Allahın yazıq bəndələriyik. Başqa heç nə... Torpağa qarışıb bir heç olacağıq. Yeyin bir-birinizin ətini. Elə yeyin ki, kəfənə bükülməlik abrınız qalmasın.
  • iyul 2026, Şümşəd H.

  • 162
Gündəliklər. 2-ci cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (“Gündəliklər”dən sətirlər) 2-ci cild Bakı-2026 Fi¬ruz Mustafa Gündə bir kərpic düşər... (gündəliklərdən sətirlər) 2-ci cild Sizə təqdim olunan “GündəLİKLƏR”......

Gündəliklər. 1-ci cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (“Gündəliklər”dən sətirlər) (1-ci Cild) Bakı-2026 Fi¬ruz Mustafa Gündə bir kərpic düşər... (gündəliklərdən sətirlər) (1-ci Cild) Sizə təqdim olunan “GündəLİKLƏR”......

Bir bənd

Dəhnəli Məmməd Hacızadə

Gəl bir tikə şeir yeyək,acmışam Bu süfrəyə misra düzün,bənd düzün. Halovardan,gəraylıdan,qoşmadan Şirni düzün,noğul düzün,qənd düzün....

Bilmədim

Dəhnəli Məmməd Hacızadə

Neynim? Mən də,belə azqanan oldum, Burnumdan uzağı görə . Sənə ürəyimi versəm də gülüm, Ömrümü,günümü verə . Bülbülü kədərmiş,qəmmiş oxudan. Həsrətmiş gözlərdən sellər axıdan. Xəyala......

Пьесы. Pyeslər. Rusca-3

Firuz Mustafa

Фируз Мустафа ПЬЕСЫ Iıı том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Пьесы. Pyeslər. Rusca-2

Firuz Mustafa

ПЬЕСЫ Iı том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Пьесы. Pyeslər. Rusca-1

Firuz Mustafa

ПЬЕСЫ I том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Dünyanın rəngi. Povest

Firuz Mustafa

Görkəmli yazıçı Firuz Mustafanın “Dünyanın rəngi” povestindəki hadisələr Birinci Dünya savaşından sonrakı ilk illərdə......

Görünməz dünyanın sözçüsü-1

Firuz Mustafa

1-ci kitab (2 cilddən ibarət kitab) Bakı-2026 .Görünməz......

Görünməz dünyanın sözçüsü-2

Firuz Mustafa

(2 cildlik kitab) Bakı-2026 Oxuculara təqdim edilən bu......