...
  • Düşüncələr 1
  • Şümşəd Hüseynova



  • Məsələ belədir ki, insan bəzi yaraları gizlədir. Ya da bilmirəm, sadəcə unutduğunu sanır. Amma bir mahnı sizi yenidən həmin hissləri yaşamağa vadar edir. Ağrılar, göz yaşları, cavabsız suallar və aynada özünə baxa bilməmək. Ən çətini deyəsən bu idi... günlərlə ayna qarşısına çıxa bilməmək.

    Sonra sağalırsan. Ya da bilmirəm, sağalmırsan, sadəcə o yaranı ürəyində saxlayırsan. Sağalandan sonra isə artıq parça-parça topladığın səni qırmaq çətin olur. Bundan sonra isə kobud ya da eqoist olursan, amma bir mənası olmur. Çünki səni qıran qırıb, vuran vurub. Artıq yeni münasibətlərdə də bunu danışmaq mənasız gəlir, çünki özün belə bir şey hiss etmirsən.

    Oxuduğum kitabda oğlan atasının təsdiqini almaq üçün belə bir cümlə demişdi: "Əgər burada qalib olsam, sadəcə görülən yox, həm də eşidilən tərəf olacaqdım."
    Və deyəsən həmin kitabdan yadımda qalan üç cümlədən biri ola bilər. Çünki mən də artıq görülmək yox, həm də eşidilmək, anlaşılmaq istəyirəm.

    Həmişə özümə xatırlatdığım sadəcə bir şey var: "Əgər biri səni sevmirsə, sevmir." Bunun gözəlliklə, savadla, dünyagörüşü ilə heç bir əlaqəsi yoxdur. Amma Martin Eden kimi hallarda işə yarayır:) Bu da başqa söhbətdir.

    Bu fikri daim xatırlayıram. Çünki biri sizi sevmir, bəyənmirsə, bu sizin probleminiz deyil. Hardan bilirəm? Çünki bir zamanlar onun ətrafında dünyagörüşü, yaşıma görə qat-qat yüksək biri idim. Nəticə etibarilə indi başqası ilə danışır.

    Həyatdır... pis-yaxşı yaşayırıq. Ya da yaşamırıq, sadəcə bir simulyasiyanın içindəyik, bilmək olmaz. Elə məhz bu təzadlara görə özünüz və hissləriniz üçün yaşayın.
  • iyul 2026, Şümşəd H.

  • 118
Gündəliklər. 2-ci cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (“Gündəliklər”dən sətirlər) 2-ci cild Bakı-2026 Fi¬ruz Mustafa Gündə bir kərpic düşər... (gündəliklərdən sətirlər) 2-ci cild Sizə təqdim olunan “GündəLİKLƏR”......

Gündəliklər. 1-ci cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (“Gündəliklər”dən sətirlər) (1-ci Cild) Bakı-2026 Fi¬ruz Mustafa Gündə bir kərpic düşər... (gündəliklərdən sətirlər) (1-ci Cild) Sizə təqdim olunan “GündəLİKLƏR”......

Bir bənd

Dəhnəli Məmməd Hacızadə

Gəl bir tikə şeir yeyək,acmışam Bu süfrəyə misra düzün,bənd düzün. Halovardan,gəraylıdan,qoşmadan Şirni düzün,noğul düzün,qənd düzün....

Bilmədim

Dəhnəli Məmməd Hacızadə

Neynim? Mən də,belə azqanan oldum, Burnumdan uzağı görə . Sənə ürəyimi versəm də gülüm, Ömrümü,günümü verə . Bülbülü kədərmiş,qəmmiş oxudan. Həsrətmiş gözlərdən sellər axıdan. Xəyala......

Пьесы. Pyeslər. Rusca-3

Firuz Mustafa

Фируз Мустафа ПЬЕСЫ Iıı том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Пьесы. Pyeslər. Rusca-2

Firuz Mustafa

ПЬЕСЫ Iı том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Пьесы. Pyeslər. Rusca-1

Firuz Mustafa

ПЬЕСЫ I том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Dünyanın rəngi. Povest

Firuz Mustafa

Görkəmli yazıçı Firuz Mustafanın “Dünyanın rəngi” povestindəki hadisələr Birinci Dünya savaşından sonrakı ilk illərdə......

Görünməz dünyanın sözçüsü-1

Firuz Mustafa

1-ci kitab (2 cilddən ibarət kitab) Bakı-2026 .Görünməz......

Görünməz dünyanın sözçüsü-2

Firuz Mustafa

(2 cildlik kitab) Bakı-2026 Oxuculara təqdim edilən bu......