...
  • Darıxmaq
  • Şümşəd Hüseynova
  • Sonra bir gün darıxarsan,
    bilməzsən niyəsini...
    Sadəcə darıxarsan.
    Bilərsən, gözü gözünə dəyməz,
    amma darıxarsan...
    Darıxmaq da insana xas deyilmi?
    Nə o gözlər, nə o əllər
    sənə aid deyil, bilərsən.
    Onun səni duymadığını,
    görmədiyini bilərsən,
    amma darıxarsan...
    Bəlkə də darıxdığın o olmaz,
    kimisə sevdiyin, sevildiyin günlərə
    dönmək istərsən,
    o da alınmaz.
    Sadəcə gözlərində yolunu azmaq
    istəyərsən,
    sadəcə bir işıq umarsan —
    yanmaz...
    Gözün qalar yollarda,
    bilərsən, bilərsən ki, gəlməz,
    amma ümid edərsən.
    Eşqdə bu deyilmi?
    Səni görməsə də, sevməsə də sevmək,
    sadəcə sevmək...
    Sorğusuz, sualsız sevmək...
    Həyatını bir kibrit kimi
    yandırmağa hazır olmaq,
    amma o gəlməz.
    Bəlkə də buna görədir
    bu qədər cəsarət.
    Bəlkə də gəlməyəcəyini bildiyin
    üçündür bu fədakarlığın.
    Bəlkə gəlsə, sevməzsən bu qədər,
    bəlkə də onu qiymətli edən
    elə gəlməməyidir...
    Bunlara rəğmən darıxarsan...
    Gözləyərsən,
    amma bilərsən...
    o gəlməz...
  • iyul 2026, Şümşəd H.

  • 88
Gündəliklər. 2-ci cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (“Gündəliklər”dən sətirlər) 2-ci cild Bakı-2026 Fi¬ruz Mustafa Gündə bir kərpic düşər... (gündəliklərdən sətirlər) 2-ci cild Sizə təqdim olunan “GündəLİKLƏR”......

Gündəliklər. 1-ci cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (“Gündəliklər”dən sətirlər) (1-ci Cild) Bakı-2026 Fi¬ruz Mustafa Gündə bir kərpic düşər... (gündəliklərdən sətirlər) (1-ci Cild) Sizə təqdim olunan “GündəLİKLƏR”......

Bir bənd

Dəhnəli Məmməd Hacızadə

Gəl bir tikə şeir yeyək,acmışam Bu süfrəyə misra düzün,bənd düzün. Halovardan,gəraylıdan,qoşmadan Şirni düzün,noğul düzün,qənd düzün....

Bilmədim

Dəhnəli Məmməd Hacızadə

Neynim? Mən də,belə azqanan oldum, Burnumdan uzağı görə . Sənə ürəyimi versəm də gülüm, Ömrümü,günümü verə . Bülbülü kədərmiş,qəmmiş oxudan. Həsrətmiş gözlərdən sellər axıdan. Xəyala......

Пьесы. Pyeslər. Rusca-3

Firuz Mustafa

Фируз Мустафа ПЬЕСЫ Iıı том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Пьесы. Pyeslər. Rusca-2

Firuz Mustafa

ПЬЕСЫ Iı том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Пьесы. Pyeslər. Rusca-1

Firuz Mustafa

ПЬЕСЫ I том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Dünyanın rəngi. Povest

Firuz Mustafa

Görkəmli yazıçı Firuz Mustafanın “Dünyanın rəngi” povestindəki hadisələr Birinci Dünya savaşından sonrakı ilk illərdə......

Görünməz dünyanın sözçüsü-1

Firuz Mustafa

1-ci kitab (2 cilddən ibarət kitab) Bakı-2026 .Görünməz......

Görünməz dünyanın sözçüsü-2

Firuz Mustafa

(2 cildlik kitab) Bakı-2026 Oxuculara təqdim edilən bu......