...
  • Cənnətiniz batsın
  • Şümşəd Hüseynova
  • Hər daim özümdən uzaqlaşan zaman qaçdığım tək yer var: qələm və vərəq.
    Bu hər daim belə olub. Hələ uşaq zamandan incəsənətə meyilli biri olmuşam. Nəticə? Hər kəs kimi mən də zamanla yox oluram. Rəsm çəkməyi sevdiyim halda uzaqlaşdım... uzaqlaşmalı oldum. Sonra yazmağa başladım, "yazmaqla həyat qura bilməzsən", "həvəsdir" dedilər. Axı niyə insanlar bu qədər qəddar olurlar? Özümü tanımadığım halda mənə peşə seç deyirlər. Mən isə kiməm bilmirəm...

    Əvvəl yazan əllərim bu gün çirkab qusur. Bəli, Azərbaycan bir yazarını daha itirir. Bunlar son damlalardı... bunlar son cırpınışlardır... Bəlkə də son cırpınışım yenidən uçuşum olar. Bildiyim tək şey var – artıq insanlardan iyrənirəm. Mənə görə artıq dünyada nə sevgi var, nə mərhəmət, nə də vicdan var. Dünyada yalnız və yalnız şəhvət, vəhşilik, nifrət və ölüm var. Ən realı isə ÖLÜMDÜR...

    Cənnət və cəhənnəm var, fəqət hamısı bu dünyadadır. Hamısı bu dünyadadır. Bu gününü cəhənnəm kimi yaşayanlar cənnətə düşməyi gözləyir. Oturub ağlamaq istəyirəm onların yerinə. Hər kəs bir parça eqosuna sığınıb gedir. Bu mənasız düşüncələrlə cənnət istəyirlər. Cənnətiniz batsın... Müharibələr olarkən, təcavüzkarlar gəzərkən, analar, uşaqlar gözü yaşlı qalarkən yerə batsın sizin cənnətiniz! Yerə batsın sizin inancınız! Günahsız bir körpə ölür, siz deyirsiniz ki, cənnətə düşdü. Haradan bilirsiniz? Haradan? Kimdir bunu sizə deyən? Bu dünyada cənnəti dadmayan körpə o dünyanın cənnətini nə edəcək?

    Hər şeyi kənara qoyuram. Mən hər gecə səhərə kimi otaqda gəzən zaman harada olur bu mərhəmət? Niyə almır içimdəki bu yükü? Eh... sizin ki cəfəngiyyatdır... sadəcə cəfəngiyyat. Hər şeyi sorğusuz-sualsız qəbul edirsiniz. Etməsəniz belə dilə gətirməyə qorxursunuz. İnsan qınağından o qədər qorxursunuz ki, hər biriniz qınınıza girib çəkilmisiniz bir tərəfə. Hər birinizin tək arzusu var: pul yığmaq, ev almaq, həmin evi ən bahalı əşyalarla bəzəmək, ən bahalı qabları alıb saxlamaq, ən bahalı maşını almaq. Qonşuya, qohuma acıq vermək. HƏYAT BU DEYİL!

    Sizin həyatınız bu ola bilər, mənim HƏYATIM bu qədər ucuz, səviyyəsiz və acgöz deyil. Mən bir vərəqi istədiyim kimi boyamaq istəyirəm. Heç nəyi təsvir etməsəm də sadəcə boyalara batmaq istəyirəm. Mən sadəcə yazmaq istəyirəm. Ağlıma gələn hər şeyi yazmaq istəyirəm, mən qışqırmaq istəyirəm. Səsim dünyanın o biri ucuna çatacaq qədər qışqırmaq istəyirəm. Mən ağlamaq istəyirəm. "Camaat nə deyər?" sözü olmadan qışqıra-qışqıra ağlamaq istəyirəm. Mən AZAD OLMAQ İSTƏYİRƏM. Bir yerdə qalmaq istəmirəm. İçimdəki mənləri kəşf etmək istəyirəm. Ağlamaq məni zəif etməz. Hətta əksinə, mən bu dəqiqə dünyanın ən varlı adamından belə güclü hiss edirəm. (Müasir dövrə görə pullular güclüdür).

    Bütün müharibələrin durmasını istəyirəm. Siyasətsiz həyat istəyirəm. İstəyirəm, sadəcə istəyirəm... başqa heç nə edə bilmirəm.
    Mən sizin bu bir-birinə oxşar olan şablon həyatları istəmirəm. Hər kəs kimi universitet oxuyub, işləyib, ailə qurub, uşaq dünyaya gətirmək istəmirəm. Nəfəs almaq istəyirəm. Axşam başımı yastığa qoyanda heç nə düşünmək istəmirəm. Gün boyu o qədər yorulmaq istəyirəm ki, həmin günü xatırlamaq istəmirəm.

    Siz isə hamınız dini əlinizdə bayraq edib yalan dünyanı yalanlarınızla düzəldirsiniz. Boş-boş qadın-kişi münasibətindən, torpaq münaqişəsindən və sizə aidiyyəti olmayan adamların dedi-qodularını edirsiniz. Həyat sizə görə budur. Həyat sizə görə bahalı paltar geyinməkdir. Markalara görə bir-birinizi alçaltmaqdır. Belə insanlar ola-ola gəlib mənə tövsiyə verəndə üzünüzə gülmək istəyirəm. Çünki zərrə qədər qiyməti yoxdur qiymətsiz fikirlərinizin. Həyatdakı nailiyyəti sadəcə və sadəcə pul olan kəslərin tövsiyələri mənə maraqlı deyil. Çünki mən varlı olmaq istəmirəm, mən daxilən zəngin olmaq istəyirəm.
    Mənə görə ən qorxunc varlıq İNSANDIR. Şeytandan yox, insanlardan qorxuram.
  • iyul 2026, Şümşəd H.

  • 112
Gündəliklər. 2-ci cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (“Gündəliklər”dən sətirlər) 2-ci cild Bakı-2026 Fi¬ruz Mustafa Gündə bir kərpic düşər... (gündəliklərdən sətirlər) 2-ci cild Sizə təqdim olunan “GündəLİKLƏR”......

Gündəliklər. 1-ci cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (“Gündəliklər”dən sətirlər) (1-ci Cild) Bakı-2026 Fi¬ruz Mustafa Gündə bir kərpic düşər... (gündəliklərdən sətirlər) (1-ci Cild) Sizə təqdim olunan “GündəLİKLƏR”......

Bir bənd

Dəhnəli Məmməd Hacızadə

Gəl bir tikə şeir yeyək,acmışam Bu süfrəyə misra düzün,bənd düzün. Halovardan,gəraylıdan,qoşmadan Şirni düzün,noğul düzün,qənd düzün....

Bilmədim

Dəhnəli Məmməd Hacızadə

Neynim? Mən də,belə azqanan oldum, Burnumdan uzağı görə . Sənə ürəyimi versəm də gülüm, Ömrümü,günümü verə . Bülbülü kədərmiş,qəmmiş oxudan. Həsrətmiş gözlərdən sellər axıdan. Xəyala......

Пьесы. Pyeslər. Rusca-3

Firuz Mustafa

Фируз Мустафа ПЬЕСЫ Iıı том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Пьесы. Pyeslər. Rusca-2

Firuz Mustafa

ПЬЕСЫ Iı том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Пьесы. Pyeslər. Rusca-1

Firuz Mustafa

ПЬЕСЫ I том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Dünyanın rəngi. Povest

Firuz Mustafa

Görkəmli yazıçı Firuz Mustafanın “Dünyanın rəngi” povestindəki hadisələr Birinci Dünya savaşından sonrakı ilk illərdə......

Görünməz dünyanın sözçüsü-1

Firuz Mustafa

1-ci kitab (2 cilddən ibarət kitab) Bakı-2026 .Görünməz......

Görünməz dünyanın sözçüsü-2

Firuz Mustafa

(2 cildlik kitab) Bakı-2026 Oxuculara təqdim edilən bu......