...
  • Apar yanına
  • Şümşəd Hüseynova
  • Getmək istərəm bir qış səhəri —
    Qoyub yurdu, eli, şəhəri.
    Qoy ağlasın hamı,
    Fəryadlar göyə çəkilsin.
    Qırx gün verin,
    Yağışlar yerdən çəkilsin.
    Apar yanına, Tanrım, məni.
    Şeytanlar şeytanı daşlayır,
    İblislər iblisi alqışlayır.
    Apar yanına, Tanrım, məni.
    Nə fərqi var —
    Cənnətdirmi, cəhənnəmdirmi?
    Apar məni bu alovun içindən.
    Duymurlar səsimi,
    Görmürlər məni,
    Sanki varlığım kölgədən fərqsiz
    Apar məni, öz ağuşunda qoru
    Nə zaman bitəcək bu imtahanım?
    Nə zaman susacaq ahu-fəğanım?
    Bəs deyilmi bu qədər işgəncə,
    Bu qədər ağrı, bu qədər əzab?
    Bəs deyilmi bu fitnə,
    Doğrunun libasında gizlənən yalan?
    Yağdır yağışını,
    Soldur günəşini,
    Soldur qəlbimdə qalan son nəfəsimi.
    Apar yanına, Tanrım, məni.
    Qoy yanım cəhənnəmində,
    Qoy yıxılım dizlərinə —
    Yetər ki cəmiyyət içində yıxılmayım.
    Yetər ki axmaqların qarşısında alçalmayım,
    Namussuzdan namus öyrənməyim,
    Həyasızdan abır dilənməyim.
    Apar yanına, Tanrım, məni.
    Apar ki ölmüş qəlbim yenidən çiçəklənsin,
    Apar ki görməyim bu olanları,
    Apar ki olmayım onların tayı.
  • iyul 2026, Şümşəd H.

  • 196
Gündəliklər. 2-ci cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (“Gündəliklər”dən sətirlər) 2-ci cild Bakı-2026 Fi¬ruz Mustafa Gündə bir kərpic düşər... (gündəliklərdən sətirlər) 2-ci cild Sizə təqdim olunan “GündəLİKLƏR”......

Gündəliklər. 1-ci cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (“Gündəliklər”dən sətirlər) (1-ci Cild) Bakı-2026 Fi¬ruz Mustafa Gündə bir kərpic düşər... (gündəliklərdən sətirlər) (1-ci Cild) Sizə təqdim olunan “GündəLİKLƏR”......

Bir bənd

Dəhnəli Məmməd Hacızadə

Gəl bir tikə şeir yeyək,acmışam Bu süfrəyə misra düzün,bənd düzün. Halovardan,gəraylıdan,qoşmadan Şirni düzün,noğul düzün,qənd düzün....

Bilmədim

Dəhnəli Məmməd Hacızadə

Neynim? Mən də,belə azqanan oldum, Burnumdan uzağı görə . Sənə ürəyimi versəm də gülüm, Ömrümü,günümü verə . Bülbülü kədərmiş,qəmmiş oxudan. Həsrətmiş gözlərdən sellər axıdan. Xəyala......

Пьесы. Pyeslər. Rusca-3

Firuz Mustafa

Фируз Мустафа ПЬЕСЫ Iıı том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Пьесы. Pyeslər. Rusca-2

Firuz Mustafa

ПЬЕСЫ Iı том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Пьесы. Pyeslər. Rusca-1

Firuz Mustafa

ПЬЕСЫ I том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Dünyanın rəngi. Povest

Firuz Mustafa

Görkəmli yazıçı Firuz Mustafanın “Dünyanın rəngi” povestindəki hadisələr Birinci Dünya savaşından sonrakı ilk illərdə......

Görünməz dünyanın sözçüsü-1

Firuz Mustafa

1-ci kitab (2 cilddən ibarət kitab) Bakı-2026 .Görünməz......

Görünməz dünyanın sözçüsü-2

Firuz Mustafa

(2 cildlik kitab) Bakı-2026 Oxuculara təqdim edilən bu......