...
  • Gözəllik Nədir?!
  • Sultan Mərzİli
  • GÖZƏLLİK NƏDİR?!

    (Fəlsəfəni və estetikanı sevənlər üçün)

    birinci məqalə

    İstər filosof, istər sıradan insan olsun, bizim milli eyiblərmizin başlıcasından biri (yaxşı cəhətlərimiz də çoxdur, bu başqa söhbət) bir növ başlanğıcı olmayan kordinat sistemləri qurmaq, postulatı qəbul edilməmiş, yaxud da yanlış seçilmiş nəzəriyyələr yaratmaqdan irəli gəlir.

    Sevgi nədi?

    Bu Suala uzun-uzadı cavablar axtarmaq lüzumunu kənara qoyub, sadə bir hal üçün ilk yaxınlaşmada sevgini insanın gözəlliyə can atması kimi qəbul edə bilərik. Yəni, çirkini yox, gözəli sevirik. Deməli, sevginin obyekti kimi gözəllik anlayışı ortaya çıxır. Bu zaman gözəllik fəlsəfi anlayış kimi, kateqoriya kimi çıxış edə bilər, həm də adi insanların ortalama düşncəsindən irəli gələn amorf, dumanlı bir nəsnə kimi. Burada insanın mağara dövründən günümüzə kimi keçdiyi tarixi-mədəni inkişaf yolu, həm də fərdin öz dünya görüşü, estetik, etik, fiziki, fizioloji təlabatları rol oynayır.
    Gözəlliyin nə olduğunu açmaq, anlamaq, dərk etmək bütün estetlərin, alimlərin, filosofların ən sevimli məşğuliyyətlərindən biri olmuşdur. Tarixlərin ən qədim qatlarından, Qobustan qayalarındakı kişi və qadın şəkilləri, hətta heyvan şəkillərində də vəhşi rəssamın gözəllik duyumu göründüyü faktdır. O zamanlardan bu günümüzədək gələn kişi və qadın heykəlləri, şəkilləri, son dövrlərin saysız-hesabsız “gözəllik yarışları”, müsabiqələri buna misallardı. Cəmiyyətdə erkək cins, yəni kişilər hakimiyyətdə olduqlarından, onların marağında olan qadın gözəlliyi daha geniş araşdırılır, təsvir və tərənnüm olunur.
    İndi gözəlliyin nə olduğunu təyin və dərk etmək, onun mütləq və nisbiliyini müəyənləşdirmək, milli, irqi, mədəni fərqlərdən doğulan qavranma şərtlərinə baxaq. Bununçün ən anlaşıqlı hal öz milli düşüncə və təsəvvürlərimizi araşdırmaqdır. Əvvəlcə adi predmetlərin, məişət əşyalarının, təbiət obyektlərinin, daha sonra bitki, heyvan, quş və nəhayətdə qadın, kişi, yəni insan gözəlliyini dərk etməkdir. Çünki bütövlükdə gözəlliyi dərk edən insandır, heyvanların estetik baxışından, gözəllik duyumundan, anlayışlarından hələ ki, xəbərsizik...
    İnsanın heyvan və canlılardan əsas fərqi onun ağlında, düşüncəsindədir. Bu ağıl və düşüncə o qədər də böyük fiziki imkanları olmasa da insanı təbiətdə canlılar aləminin şahı, hökmdarı səviyyəsinə qaldırmış və real təsiredici, yaradıcı və bəzən də dağıdıcı bir qüvvəyə çevirmişdir. Ağlın təsir göstərdiyi, tətbiq olunduğu iki kateqoriya var: məkan və zaman. Məkan ilk nğvbədə görmə və toxunma duyğusu ilə qavranılmalı, zaman ağılla dərk olunmalıdır. Zaman məkanda yerdəyişmənin, hərəkətin əsas mənbəyidir, o yoxdursa, hərəkət də yoxdur, hərəkət yoxdursa, dirilik deyilən həyat da yoxdur.
    Deməli, biz koordinat başlanğıcından çıxan nöqtə kimi bir xət cızmalı oluruq, lakin bu xət xaotik hərəkət yolu ilə getsə heç nə dərk etmək mümkün olmayacaq. Biz onu mütləq ağılla dərk olunması üçün hissələrə bölüb nəzərdən keçirməliyik. Bu zaman ilk növbədə təkrar olunan elementlər diqqəti çəkir. Təkrarlar qaydalı şəkildə olursa, bu ahəngdir, qanunauyğunluq təkrar olunursa bu harmoniya sayılır. Lakin eyni elementin bəsit təkrarı insanı tez yorur, çünki heç bir yeni informasiya daşımır. İnsan maraq həvəsində, informasiya iştahasında olduğundan təkrarda yenilik kimi paradoksal tələb yaranır, bu da mahiyyətcə gözəllik tələbidir. Təkrarsız təkrar gözəlliyin elementindən birdir. Bu Univesal tələbdir, insana, heyvana, musiqiyə, incəsənətə və s. aid olan ümumi tələbdir.
  • oktyabr 2017, Sultan M.

  • 152
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......