...
  • Ədəbiyyat Və Biz
  • Sultan Mərzİli
  • ƏDƏBİYYAT VƏ BİZ

    Sözdür ki derlər, sözdür söz!

    / M.Füzuli, Sultan təqaüdü laureatı.

    Kainat olduqca şeir olacaq.
    Şair yeni-yeni sözlər bulacaq!

    / M.Müşfiq, Azərbaycan Sovet Sosialist Yazıçılar İttifaqının üzvü, repressiya qurbanı.

    Ədəbiyyatı ucuz şöhrət və asan qazanc yolu sayaraq o yola düşənlər bilməlidirlər ki, hər bir sahənin əvvəlcədən tanış olmalı təhlükəsizlik qaydaları var, onu etməyəndə bədbəxt hadisələr baş veiri!
    Məsələn, bir-iki uğurlu şeir, yaxud hekayə yazıb, özünü şair-yazıçı sanıb bu yolla nəinki özünü, hətta gələcək ailəsini də dolandıra biləcəyinə ümid edirsənsə, bərk yanılırsan! Əvvəla, lap gözəl şeirlər-hekayələr də yazsan onun qiymətverəni və oxucusu yoxdur, ikincisi hardadır o qarant ki ilham bulağın, yaxud artezianın həmişə çağlayacaq?!
    Adamın dolanışıq üçün bir işi-peşəsi, biznesi olmalıdır. Yoxsa aclıqdan və səfalətən öləcəyi labüddür.
    50 ildən artıq ədəbi mühitdə gördüyüm, şahidi olduğum gerçəklik belədir. Sovet sistemində ədəbi mühitə düşmək dolanışığı təmin edirdi, indi o illüziyalar yoxdur artıq.

    ***
    İnternet dostluğumda 3 mindən artıq adam var, əksərən ziyalılar, söz-sənət adamları, təbii ki maraq ortaqlığına görə də seçim olur. Bu AYB üzvləri sayından da bir xeyli çoxdur.
    Burda da şeir yazmağa təzə başlayanlar, ustad olanlar, özünü ustad sayanlar, uzun müddətli ədəbi aləmdə tanınmışlar, görünənlər, təcrübəsi olanlar, günümüzün tanınmış ədəbiyyat tənqidçiləri və s. var. Bəzən ədəbi fikir bölüşmələri, faydalı müzakirələr də olur, çox gözəl!
    Mən ədəbiyyatda peşəkarlıq haqqında danışmaq istəyirəm. Yəni, 50 ildən artıq ədəbi aləmdə iştirakım və müşahidələrim bunu etməyə, istər ədəbiyyat sevənlər, istər adi oxucu, istərsə müəlliflər olsun, müəyyən qədər yararlanmağa nəzəri və təcrübi əsas veir.
    Hər hansı bir sahədə ixtisaslaşma yaxşı şeydir və qəbul olunmuş qaydadır. Adətən filoloji-hümanitar fakültələrdə, yaxud, texniki fakültələrdə dərslər demək olar ki 1-2 kurslarda eyni proqramla tədris olunur, 3-dən sonra ixisaslaşma başlanır. Ordan da o yana daha dar cığırlara keçid olur.
    Məsələn, fizikanın 2 böyük qolu ayrılır; nəzəri və təcrübi fizika, ordan da o yana onlarla sahələr var...
    Gələk ədəbiyyata. Burda real vəziyyət necədir?!
    Mən hələ bütün sahələrdən qələm götürüb ədəbiyyat meydanında qol qaldırıb öz havasında, onu da keçi dərisindən dədə-baba nağarlarla "dappa-durum"lu ritmlə deyil, sintezatorun heç bir oyun havasına uyğun gəlmətən "çıqqıdı-çıqqıdı"sıyla oynayanları demirəm! Hələki filoloji fakültədə təhsil alan, gələcəyin peşəkar ədəbiyyatçıları olacaq adamlardan söhbət edirəm! Hərçəndi bütün jurnalistlər, şərqşünaslar, kitabxanaçılar özlərini şair-ədəbiyyatçı, əks mövqedən filoloqlar da özlərini anadangəlmə jurnalist və s. sayır.
    Sən saydığını qoy dursun, gör peşəkarlıq fələyi nə sayır, deyəni və eşidən də yoxdur!

    Bu peşəkar ədəbiyyatçılar üç yerə ayrılır; yazıçılar, şairlər, bir də ədəbiyyatşünaslar, yəni tənqidçi-təhlilçi araşdırıcılar!
    Bunar da bir-birindən sanki çin səddi ilə aralanırlar. Sonuncu göstərdiyimiz sənətşünas tənqidçilər əvvəlkilərdən nəzəri hazırlıqda bir pillə qəlbidə, yuxarıda dayanıb ədəbi prosesi nəzarətdə saxlamağa çalışr ki hərdənbir təsbit eləsin, tənqid olmasa da tərif eləsin, bir növ bu ədəbi baxça-bostanın nəzarətçiləri kimi funkisya yerinə yetirirlər.
    Bu halda şairlər nəsr oxumur, nasirlər şairləri oxumur və hər iksi də ədəbi tənqidi oxumur! İstisna ancaq özləri haqqında yazılanları oxumaqdır! Olsun, buna da etirazımız yoxdur. Keçək sırf ədəbiyyata, şeir, yaxud nəsr sahəsinə.
    Ədəbiyyat - həyatı canlı güzgü kimi əks etdirən bir sənətdir. Onu canlı şəkildə, amma canlıdan da daha görümlü-baxımlı bir şəkildə əks etdirən bir güzgü kimidir. Ona görə kitabdan oxunanlar həyatdan gəlsə də, həytadakından daha maraqlı gəlir, çünki o ədəbi dil deyilən sehrili bir dildə, ədəbi qaydalar deyilən servislə təqdim olunur. Yəni heç olmasa axurda ot yeyən heyvanla, restoranda, yaxud ev süfrəsində yemək yemək qədər fərqli bir şey olur.
    Beləliklə, bu asan görünən sənətin daxili çətinliyi bir də ordan irəli gəlir ki, həyatdan yazanın həyatın ensiklopedik və kaleydoskopik rəngarəngliyindən xəbəri olmalıdır. Bu qədər rənga¬rəng¬lik içində ağ və qaradan başqa yüzlərlə rəng çalarını ayırd edə bilməlidir.
    Bayaq güzgüdən söbhət elədik, amma onun keyfiyyətndən, çərçivəsinin qızl-gümüş olmasından, necə ornamentlə bəzədilməsindən və ona düşən işıq selindən söhbət açmadıq. Axı güzgü qaran-lıqda heç nəyə gərək deyil, qırıq güzgü, çat vermiş güzgü isə estetikaını korlayır,...
    Xatırladaq ki, Aristotel poeziyanı tarixdən daha ciddi bir elm sahəsi hesab etmişdir. Və mən də bu hqda yazılarımda bu elmə belə ad vermişəm: "poeziya elmi!"
    Bir addım da sənətə yaxınlaşaq, sənətin universallığına gələrik.
    Yəni, söz sənəti, ədəbiyyat da, musiqi, rəssamlıq, memarlıq kimi müxtəlifliyinə baxmayaraq, eyni qayda-qanunlara tabe olan sənətlərdir. Bunlardan birini bilmək o birisini də anlamağa yardım edir və əksinə. Leonardo Davinçi rəssamlığı rənglərlə yazılmış şeirə bənzətmişdir. Amma bizdə necə olur, indiki gerçəkliyimizdə?!
    Şair ancaq şeir oxuyur, o da bir az tanınandan sonra özündən başqa heç kimi oxumur, təsir altına düşər, yaxud ondan yaxşı yazan var ki?! Və s. sərsəm mühakimələrlə. Mən hələ klassik ədəbiy-yatı, folkloru, dünya ədəbiyyatını demirəm! Rəssamlıqdan heç bir xəbəri olamdığından 2-cə rəng tanıyır: ağ və qara, fizikanı unutmayan göy qurşağına baxanda savadını 7-dək artırır! Amma hər bir rəsm əsərinin çərçivəsi olduğundan, xəlçə və palazın da müəyyən bir en-uzun proporsiya¬sın¬dan xəbəri olmadığından yazısı məzmunu bir yana, formaca çox zaman cırıq mələfə, yaxud palaz parçasına oxşayır...
    Ritmi isə eynən mexaniki təkrardan yaranan sintezator "çıqqıdı-çıqqıdı"sıdır.
    Beləliklə, bu zahirən asan görünən sənətin də aysberq kimi üzdə görünməyən dərinliklərdə qalan tərəfləri varmış...
    Klassiklərimizə bir daha diqqətlə yanaşsaq, görərik ki onların müxtəlif elm və sənət sahələrində, dini və fəlsəfi sahələrdə nə qədər dərin və geniş məlumatları varmış!
    Hisslərin, təsadüfün hesabına bir-iki uğurlu nəsə alına bilər, sənət isə peşəkarların məqsəd yönlü və uzun müddətli ağır zəhmətinin bəhrəsidir.
    Peşəkar idmançılar kimi peşəkar ədəbiyyatçı olmaq üçün də ən azı on il ağır zəhmətə qatlanmaq, məqsədli təhsil almaq lazımdır. Filoloji fakültəni bitirmək hələ o sənətin ilk pilləsinə ayaq qoymaqdır. Təəssüf ki ədəbiyyatdan xəbəri olmayanlar ədəbiyyatçı kimi savadlarını və peşəkarlıqlarını atırmaq əvəzinə ədəbiyyat salonlarında və təqaüd növbələrində basabas salırlar!
    Müasir Azərbaycan ədəbiyyatı bir çox səbəblər ucbatından uzun müddətli paralizə olmuş əlil vəziyyətinə düşüb. Gənclərimiz üçün ədəbi yol seçsələr, ana dilindən əlavə mütləq ingilisdilli yazıçı, yaxud şair olmağa çalışsınlar. Klassiklərimiz türk, ərəb və fars dillərində yazdıqlarını xatırlayaq.
    Dünya ədəbiyyatına çıxmağın başqa yolu yoxdur.
  • oktyabr 2017, Sultan M.

  • 89
Belə Ayrılıq Olmur

Dəhnəli Məmməd Hacızadə

Dərddi dərdə calanan, hey üst-üstə qalanan. Baxma ki ortalıqda iztirabdı dolanan, . Dözmərəm göz yaşına, qəm dolu baxışına. Qəlbimdəsən getsəm də, dünyanın o......

Ağrının ssenarisi - (psixoloji-fəlsəfi janrda hekayə)

Tural İsmayılov

Gecənin sükutu mürəkkəb qurumamış vərəqlərimin üzərinə ağır bir duman kimi çökürdü. Pəncərənin önündə dayanıb, uzaqda, qaranlığın içində batan şəhərin işıqlarına baxırdım. Masamın üzərində on birinci......

Daha Səsləməyir Dan Yeri Bizi

Dəhnəli Məmməd Hacızadə

Göydə ay,ulduzlar yerdə sən və mən, Bir onlar oyaqdır, bir də, sən və mən. Qapılıb gecələr xoş xəyallara, Onlar bizə baxar, biz də onlara. Qalardı......

Ağ dumanın içindəki görən kor (fəlsəfi hekayə)

Tural İsmayılov

Atam deyirdi ki, dünyanı görmək üçün göz lazımdır, mən isə indi buna şübhə edirəm. O kitabı – vərəqləri künclərindən didilmiş, cildi günəşdən solmuş o qəribə......

Zaur Ustac - Zenitdəki Zenitçi

زائـــور اوستاج

Zenitdəki Zenitçi (oçerk) Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi yüz illər boyu Vətən uğrunda canından keçən igid oğulların adı ilə zəngin olmuşdur. Bu qəhrəmanlar yalnız bir ailənin......

Sona İsmayılova – Zakir Kaya’nın Medya ve Yayıncılık Çalışmaları

زائـــور اوستاج

Röportaj Editör Girişi Dr.profesor Zakir Kaya, Türkiye merkezli araştırmacı gazeteci, yazar olarak medya, yayıncılık ve edebiyat......

Araşdırmaçı jurnalist Zakir Kaya: Media, Ədəbiyyat və Müstəqil Düşüncənin Kəsişm...

زائـــور اوستاج

Müsahibə Mətni Müasir mediada sürət, görünürlük və rəqəmsal intensivlik artdıqca, məzmun istehsalının keyfiyyəti və......

Zaur Ustac - Mən

زائـــور اوستاج

Mən “Sizin yanınızda oturmaq istəyirəm” … (Qəndab – Ara-sor məni) Hər gün oyananda səhər mehində, Sübhün şəfəqində, danındayam mən. Telinin cığasın pozan küləyəm, Hər zaman......

Zaur Ustac - Aşiq gecələr

زائـــور اوستاج

Aşiq Gecələr (Qəndab – Aşiq gecələr) O zülmət gecənə şam olum, gülüm, O gül cəmalına aşiq gecələr! “İşıldaquş”ların işığı vecsiz, Əriyən mumlara aşiq gecələr! Pərvanə......

Abşeron təhsilində sözün və yaddaşın böyük bayramı

زائـــور اوستاج

Abşeron-Xızı Regional Təhsil İdarəsi müdiri hörmətli Ilhamə xanım Abdullayevanın dəstəyi ilə Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil......