...
  • Ömrün Qanadları
  • Şirinxanım Kərimbəyli Şadiman
  • ÖN SÖZ ƏVƏZİ

    Ömrün qanadları üstündə uçuruq, bizlər elə zənn edirik ki, qanadlarımız yoxdur, hərdən quşlara qibtə hissiylə baxırıq. Əslində, biz də qanadlıyıq. Bu qanadlar ömür qanadlarıdır, bizi bir ömür boyu uçurur. Bir də gözümüzü açıb-yumub görürük ki, artıq ömrün payızındayıq...Ömür ağacının yarpaqları bir-bir tökülməyə başlayır. Saralan yarpaqlar bizi tərk edən acılı-şirinli həyat dolu günlərimizdir.
    Ümid edirəm ki, ötən illərimi boşuna keçirmədim. Yazdıqlarımın ağrısını dada-dada, ünyetməz boşluqlar içində çox çırpındım. Hər baxışdan, hər yerişdən, hər pıçıltıdan misralar axdı doldu könlümə, gah məhəbbət nəğməsi oldu, gah ilahi sevgisi, gah da günümüzün gerçəklikləri...
    Hər dəfə yeni kitabımı araya-ərsəyə gətirəndə çox sevinmişəm sağlığıma, yazdıqlarımın kitab içində özünə yuva tapmasından böyük xoşbəxtlik nə ola bilər ki...Şükür Yaradana indi bu xoşbəxtliyin şirinliyin dada-dada barmaqlarımı bilgisayağın düymələri üsütündə gəzdirirəm, sanki piano dilləri kimi...Bilsəniz bu anlar necə mənim üçün valehedicidir və ürək ovundurucudur. Sözlər könlümdə çağladıqca mən də ana dilimin şirinliyindən doğan cümlələrə, misralara sarılıram. Onları bənd-bənd söz ovqatıma kökləyirəm.
    Həyatdan bir ömür nə daddımsa sözlərimin boyuna biçildi, əynində allı-güllü don oldu. Bayatı, dördlük, heca, əruz məni ağuşuna aldı, ana körpəsinə sarılan kimi sarıldam gecə-gündüz yazdıqlarıma. Dərdimi bölüşdüm onlarla! Ətrafdan gördüyüm biganəlik, soyuqluq, görməməzlik məni yazmaqdan uzaqlaşdırmadı, əksinə cuşa gətirdi, çünki, gənclik çağlarımdan qələm mənə, mən qələmə vuruldum, hər ikimiz sözün aşiqi olduq! Bu aşiqlik bugünə kimi mənimlə yol yoldaşı oldu, nə yorulmadı, nə təntimədi...Uzun yolların eniş-yoxuşunu birgə adladıq, bir-birini sevə-sevə. Bu Məcnun sevgisi bir an belə bizi tərk etmədi.Hələ də söz məni sevir, mən sözü...Bir də yazdıqlarımın ağrı-acısını mənimlə birgə çəkən ömür-gün yoldaşım Əli Abdulla var həyatımda. Kitabın redaktə və korrektə işini, necə deyərlər mənəvi və maddi yükünü o çəkir. Allah hamının sevdiklərini qorsun. Kitabda bayatılar, dördlüklər, qəzəllər, poemalar, dediklərim, fecebookda paylaşdıqlarım, ədəbi və günümzü əks etdirən məqalələr toplanmışdır.
    Dəyərli oxucu, “Ömür yükü” kitabımla görüşünüzə gəlirəm, ömrün elə bir çağındayam ki, bəlkə də bu görüş sizinlə son görüş oldu. Qismət İlahidəndir deyirlər, mən də İlahi eşqə tapınıb bənd-bənd, misra-misra boylanacam yollarınıza, göyərçintək uçub qonacam çiyninizə, əllərinizin hərarətində, gözlərinizin nurda qalacam. “Ömür yükü”mü götürüb söz karvanımla yola çıxmışam. O yolun enişinə, yoxuşuna bələdəm, özüm-özümə bələdçiyəm bir ömür boyu...Rica edirəm, “Ömür yükü” tutmuş bələdçinizə azacıq da olsa nəfəslik açın. O nəfəslikdən misralarım ruhunuza axsın dağ çeşməsi təki, acışan könlünüzə bir damla ümid, bir içim su olum...islansın çatlamış dodaqlarınız misralarımın yağmuruna...Çünki hər bir yazarın ruhunun dairəsi oxucu gerçəkliyi, oxucu baxışıdır. Baxışlarınız yazılan kitablara yönəlsin, mütaliyə eşqiniz günbəgün artsın. Özümüzün, sözümüzün dəyəri azalmasın, diqqətimiz yadlara yönəlməsin, ruhumuz ucalıqdan enməsin.Bir siz olun, bir yazan əlimiz, bir parlayan elimiz, bir də sözümüzə misra tutan dilimiz...Sözə gəlin...
    13.04.2020


    “Ömür yükü” kitabımdan-Şirinxanım Kərimbəyli ŞADİMAN











  • mart 2021, Şirinxanım K. Ş.

  • 140
Bir televiziya əməkdaşının başına gələn komik hadisə (pyes)

Tural İsmayılov

Efirdə hər şey mümkündür Personajlar: * Elçin – televiziyada 20 ildir çalışan redaktor. * Kamran – gənc aparıcı. * Aygün – prodüser. * Operator –......

Poetik Tərcümələr

Firuz Mustafa

Kitabda Firuz Mustafanın dünya ədəbiyyatından etdiyi poetik tərcümə nümunələri toplanmışdır. Həmin tərcümələrin əksəriyyəti müxtəlif illərdə ədəbi qəzet, jurnal, sayt və məcmuələrdə dərc edilmişdir......

Bu gələn payız da mənə bənzəyir

Təranə Dəmir

Dumanı tanışdı,çəni tanışdı. Bulud gözlərindən ayrılıq yağır, Həsrəti tanışdı,qəmi tanışdı. Başdan ayağacan bahar xəstəsi, Təpədən dirnağa vüsal acıdı. O......

Oxuya bilmədiyim hekayə.

Feyruz Muradov

Mən redaksiyaya ilk dəfə ayaq basanda Vaqif Abbasovu tanımırdım. Onun haqqında heç nə bilmirdim. Redaksiyada yalnız bir nəfəri şair Tofiq Hüseynovu tanıyırdım. Tofiq Hüseynovu tanımağım......

Avropalı görkəmli məsul katib.

Feyruz Muradov

Avropalı görkəmli məsul katib Xeybər İgidəliyev redaksiya ilə əməkdaşlığa başladığım vaxt məsul katib işləyirdi. Onunla redaksiyada az-az rastlaşırdım. O vaxtlar aramızda demək olar ki, heç......

Bir məqalənin izi ilə.

Feyruz Muradov

Ön söz : Uzun illər Şirvannın yerli mətbuatıda müxtəlif mövzuda yazılarla çıxış etmişəm. Mənim haqqımda bir yazı yazıla biləcəyi haqda heç vaxt düşünməmişəm. Amma uzun......

Mən bir payız yolçusuyam

Təranə Dəmir

Küləyim var,yağışım var, Enişim var,yoxuşum var, Hər açılan səhərlərin, Hər qaranlıq gecələrin Yanağında göz yaşım var. Baxışımda xatirələr, Kirpiyimdə qəm gül......

Pəncərədən uçan balıq (absurd hekayə)

Tural İsmayılov

Bir gün balıq akvariumdan çıxıb pəncərəyə qondu. Evdəki pişik təəccüblə soruşdu: — Sən nə edirsən? Balıq cavab verdi: — Uçmağı öyrənirəm. — Axı sən balıqsan!......

Doğma rayon

Şəhriyar Mürsəl

Mən məcburi köçkün ailəsində doğulsam belə, məcburi köçkün sayılmıram. Laçın ata-baba vətənimdir. Laçının təbiətinin vurğunu olsam belə, öz vətənim sayılmır. Uşaqlığım Ağcabədi rayonunda keçib. Bütün......

Məmmədəli kişi ilə dioloq

Şəhriyar Mürsəl

Məhəllədə qonşumuz Məmmədəli kişi mənə yaxınlaşdı, başladı yenə söhbətə: — Ayə, filankəsin oğlu, filankəsin qızı 50 bal yığdı, 500 bal yığdı. Bəhmənkəsin qızı ərə getdi,......