...
  • Yazarlıq sənəti. Mövzu və material
  • Sima Ənnağı
  • Heç bir təcrübəli yazar əlində tor oturub ilham pərisini gözləmir ki, onu tovlayıb tora salsın və əsər yazmağa ruhlansın. Yazarın həyat təcrübəsi ilə yoğrulmuş təxəyyülü və fantaziyası əsər yazmağa kifayət etmir.

    Əsərin mövzusu təyin edildikdən sonra ona aid xeyli material toplanmalıdır. Maraqlansanız, görərsiniz ki, peşəkar yazarların rəflərə, qutulara yerləşməyəcək qədər qeyd dəftərçələri, bloknotları, qovluqları vardır. Bunların hamısı yazarlıq sənətinin xəzinəsidir. Bu dəftərçələrdə yazarlar nə vaxtsa eşitdikləri ifadələri, məzəli və ya dramatik hadisələri, lətifələri, şeirləri, atalar sözünü - nə vaxtsa yazıda tətbiq edilə biləcək minlərlə material vahidini qoruyub saxlayırlar. Az yazar var ki, içindəki hisslərə, beynindəki fikirlərə istinad edərək, oturub birnəfəsə bir roman yazsın. Nəfəskəsici romanların "zirzəmisində" yazarın illərlə topladığı materialdan, məlumatdan zərrələr gizlənir. Müasir Amerika yazarı Çak Palanik qeyd edir ki, müəllif araşdırdığı mövzuya dair ən xırda materialı bloknotuna yazmalı və yalnız bundan sonra topladığı material kütləsindən uyğun olanı seçməlidir.

    Yazar həqiqi mənada detal, obraz, söz ovuna çıxır. Və ona lazım olan material vahidini görəndə, eşidəndə, həmən bloknotuna qeyd edir. H ə m ə n. Çünki bir an sonra ovlanmış detal, obraz, hiss və ya söz ya kəsərini itirə bilər, ya da unudular.

    Qeyd dəftərçəsində mütəmadi yazmaq ümumən yazı texnikasını cilalayır. Yazar material vahidini kor-koranə bloknotuna yazmır, əksinə, bu vahidlə əlaqəli fikirlərini, assosiasiyalarını, xatirələrini də qeyd edir. Belə bir fikir var ki, hər hansı sahədə peşəkar kimi yetişmək üçün 10 min saat işləməlisən. Yazar da əsasən bloknotuyla, qeydləri ilə işləyir, odur ki, əminliklə deyə bilərik ki, yazarlıq sənəti toplanmış materialların xəzinəsi olan bloknotlardan başlanır.

    Piza qülləsi inşaat səhvi üzündən əyildiyi kimi, yazarın səhvi üzündən də əsər "əyilə" bilər. Oxucunun diqqətini kitabın ilk səhifəsindən sonuna qədər saxlamaq üçün mətni zərgər incəliyi və dəqiqliyi ilə yazmaq lazımdır. Hər fikir yerində işlədilməli, hər sözün özünəməxsus kəsəri olmalıdır.

    Bədii əsər elmi dissertasiya kimi xətli, hamar yazılmır. Bədii əsər kəskin enişli-yoxuşlu, labirint kimi dolanbac və eyni zamanda hadisələrin məntiqi axınında yazılır. Bu söz və fikir labirintində, süjetin enişi-yoxuşunda azmamaq üçün əsərin planı yazılır - hər fəslin, hissənin öz planı tərtib edilir.

    Plan nəyə lazımdır? Bildiyim kimi yazım, deyirlər çox zaman. Amma yazı prosesində bir də görürsən ki, süjet məcrasından çıxıb uçuruma yuvarlanır və günlərlə yazdığın mətn yerlə-yeksan olur. Buna yol verməmək üçün yazı planı göz önündə saxlanmalıdır.

    Planda süjetin və qəhrəmanların inkişafı addım-addım yazılmalıdır. Plan əsərin kompozisiyasına uyğun tərtib edilir - özünə ekspozisiyanı, yəni başlanğıcı, süjetin inkişafını, kulminasiya nöqtəsini, hadisələrin nəticəsini daxil edir və qəhrəman da bu hadisələrdə necəsə dəyişir, yenilənir, yaxud əclaflaşır :) - bəli, belə də olur.

    https://sima-simacan.blogspot.com/2021/12/2-movzu-v-material.html
  • fevral 2022, Sima Ə.

  • 372
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......