...
  • Show, don't tell!
  • Sima Ənnağı
  • İnternet insanın söz deməyə nə qədər ehtiyacı olduğunu aşkarladı. Az-çox savad sahibi olan kəslər sosial şəbəkələri öz həyat tarixçələri ilə doldurmuş və doldurdumağa davam edirlər. Hər kəs savadından, həyat fəlsəfəsindən, psixologiyasından asılı olaraq, forumlarda, bloqlarda, çatlarda özünə xoş olan qrupa üzv olaraq, dərdləşir, fikir bölüşməsi edir, öyrənir və ya vaxtını öldürür. Yazan çoxdu. Bu insanlar sadəcə ünsiyyət qıtlığını internetdə aradan qaldırırlar, yazarlıq sənətini öyrənməyə və ya peşəkar yazar olmağa can atmırlar.

    Keçmişdə formalaşmış bir mif insanları yazarlıq sənətindən hələ də uzaqlaşdırır. Bu mif, kitabın müqəddəs, ali bir əşya olduğunu, yazarın isə fitri istedadla doğulmuş, Allahın seçdiyi qeyri-adi şəxs qismində bu dünyaya gəldiyini insanların təsəvvüründə formalaşdırmış bir mifdir. İnsanlara elə gəlir ki, yazarlıq sənəti gendən, qandan, nə bilim, təhtəlşüurdan gələn bir qabiliyyətdir və ona bir peşə kimi yiyələnmək mümkün deyil. Və eşidəndə ki, yazarlıq sənətinə yiyələnmək olar, biləndə ki, müəyyən yazı texnikaları, mətnlə iş formaları mövcuddur – mat qalırlar. İnandırıcı görünmür onlara. Və yenə də şairə ya yazara qeyri-adi məxluq kimi, aşağıdan yuxarı baxırlar.
    Sözsüz ki, yazarlıq üçün bədii istedad, yazı qabiliyyəti lazımdır, amma sırf istedad və ya qabiliyyət yaxşı mətn yazmağa zəmanət vermir. Yaxşı mətn yazmaq üçün istedadla yoğrulmuş yazı texnikalarının tətbiqi vacibdir.

    Bəlkə qeyri-adiliyin gözləntisi insana yazarlıqla məşğul olmağa mane olur. Ağ kağız qarşısında onun dili tutulur, əlləri əsir, fikirləri qarışır. Həmən ağlından keçir ki, şedevr yaratmalısan, özü də dildə mövcud olan bütün ibarələri, gözəl ifadələri, kəlamları, müdrik sözləri mətnində işlətməlisən, cümlələrin hökmən mürəkkəb, qəliz olmalıdır... Bax, əsil ədəbiyyat belə olur, belə olmalıdır.

    Sevincək halda bu mifi dağıdaraq demək istəyirəm ki, mətndə əsas prinsip – artıq sözlər yazmamaqdır, yəni fikri lakonik, qısa və anlaşılan şəkildə oxucuya çatdırmaq lazımdır. Acı bağırsaq kimi uzanan mürəkkəb budaq cümlələrinin labirintində oxucu cümlənin sonuna çatana qədər əvvəlini unudur, dolanbac fikirlər və cümlələr onu çaşdırır və darıxdırır. Ən yaxşı, maraqlı əhvalat uyğunsuz üslubda yazılarsa, tamam vecsizləşir.

    Burada “show, don't tell” (göstər, nəql etmə!) prinsipi köməyə gəlir. Bu prinsip müəllifin əhvalatı nə qədər dərindən bildiyini göstərir. Məsələn, “Hava çox isti idi. Yaman susamışdım” – bu nəql etməkdi, hadisəni danışmaqdı. “Günəş şüaları bədənimi yandırırdı. Bir qurtum sudan ötrü kimisə öldürməyə hazır idim. Susuzluqdan partlamış dodaqlarım göynəyirdi” – bu parça isə qəhrəmanın susuzluğunu təsvir edir, göstərir və bu göstərmə mətni daha canlı, emosional edir.

    Digər misal. “Məmməd qocalmışdı” – bu cümlə hadisəni nəql edir. “Məmməd yorğun, taqətsiz ayaqlarını sürüyərək, asta-asta pillələri düşürdü.Titrək əli ilə məhəccərdən bərk yapışmışdı ki, yıxılmasın” – burada isə Məmmədin qoca olduğunu biz təsvirdən, göstərmə cümlələrindən anlayırıq.

    Göründüyü kimi, göstərmədə mətnin həcmi artır, digər tərəfdən isə mətn emosional, oxucuya yaxın, anlaşılan və bədii, obrazlı olur.

    «Show, don't tell» texnikası oxucunun özündə məhz ona məxsus fikir, əsər və qəhrəmana aid əminlik yaradır. Müəllif hadisəni göstərir, amma həmin hadisənin necə anlanması oxucudan asılıdır. Bu o demək deyil ki, əsər, mətn yalnız göstərmədən, görüntüdən ibarət olmalıdır. Narrativə də yer verilir, çünki bütün mətni «show, don't tell» texnikası ilə yazmaq oxucunu yora bilər. Ona görə səhnədən səhnəyə, epizoddan epizoda keçiddə narrativ tətbiq edilir, dramatik səhnələrdə isə göstərmə, təsviretmə, görüntü, “canlı şəkil” önə çıxır.

    Stiven King görün “show, don't tell” texnikasını necə tətbiq edir. “İndi Corc, Vitçem küçəsi ilə üzü aşağı yönələrək, uzaqlaşan qayığın arxasınca qaçırdı. Sürətlə qaçırdı, amma su daha sürətli idi, və getdikcə Corcla qayıq arasında məsafə artırdı. O, güclənən bir uğultu eşitdi və gördü ki, yolboyu axan yağış seli şərqə tərəf tuşlanıb”. Bu səhnədə Corc yağışlı bir gündə qayığını itirdi.

    Çarlz Dikkensin “Oliver Tvist” romanında Oliver ilk dəfə Londona gələrkən, ilk təəssüratlarını alır: “Buradan murdar və miskin bir yer görməmişdi. Dar küçə çirkli, hava üfunətli idi. Xeyli xırda dükanlar vardı, amma, deyəsən, burada yeganə mal - qapılarda vurnuxan və ya daxmaların içində bağıran uşaqlardı. Bu zibilli yerdə gərəkli olan – yalnız xırda yeməkxanalardı, orda həyatın dibinə düşmüş səfillər boğazlarını cıraraq bağırırdılar. Əsas küçəyə tıxanmış üstüörtülü keçidlərin arxasında, həyətlərdə bir-birinə qıısılmış daxmalar görünürdü, orada da sərxoş kişilər-qadınlar palçığın içində eşələnir, bəzi qapılardan şübhəli gənclər çıxaraq, gözdən itirdilər”.

    “Show, don't tell” texnikasını tətbiq edərkən, özünə sual verməlisən: “Nəyi göstərmək istəyirəm? Və bunu hansı ifadələrlə, sözlərlə etməliyəm?”. X haqqında yazırsan, Y-i göstərirsən. Günəş haqqında onun necə parlaq, işıqlı olduğunu yazmaq əvəzinə, günəş şüalarının büllur güldanda necə oynadığını, və ya gölməçələrin necə parladığını təsvir et, göstər, elə et ki, oxucu epizodu ağlında canlı şəkil kimi “görsün”. “Show, don't tell” texnikası müəyyən mənada, hadisənin, epizodun vizualizasiya edilməsidir.

    Mark Tven demişkən, “yazmayın ki, “qoca qışqırdı”. Qocanı səhnəyə gətirib qışqırmağa vadar edin”.
  • mart 2022, Sima Ə.

  • 1199
Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......

Cənnətiniz batsın

Şümşəd Hüseynova

Hər daim özümdən uzaqlaşan zaman qaçdığım tək yer var: qələm və vərəq. Bu hər daim belə olub. Hələ uşaq zamandan incəsənətə meyilli biri olmuşam. Nəticə?......

Yağış qadın

Şümşəd Hüseynova

İnsanlar gedər, xatirələri qalar. Bir insanın səsini, qoxusunu, hətta üzünü belə unuda bilərsiniz, fəqət heç zaman sözlərini, tutmadığı vədlərini unuda bilməzsiniz. Qələmimdə sevgi daim müqəddəs......

Əzizim

Şümşəd Hüseynova

Mən səni dərman bilərdim Sən dərdimə dərdmi qatırsan? ya gəl yanıma, ya burax məni, Sevgimi oyuncaqmı sanırsan? Sənsiz dözmək olmur, . Hara gedim? Kimə deyim......

Yanılacaqsan

Şümşəd Hüseynova

Bir yaz axşamı Ay işığında görsəm üzünü, duysam səsini. Kim deyər bezmişəm nur camalından. Ay mənim, bəxtimin qara taleyi. Səni sevmişdim günəşli bir gün, necə......