...
  • Öyrədərək, öyrənək!
  • Sima Ənnağı
  • Bu ifadə nəsə qəribə səslənir elə bil :). Necə yəni, öyrət və öyrən? Öyrətmək üçün əvvəl özün nəsə bilməlisən ki, öyrəndiyini başqasına ötürəsən, öyrədəsən. Yəni, öyrədərək, öyrən ifadəsini eşitcək, qəlibləşmiş ağlımıza ilk olaraq bu fikir gəlir.

    Amma bu fikirdə rasional bir məğz var. Həqiqətən, öyrətməklə, öyrənirik. Yazıları və ya mühazirələri ilə auditoriya qarşısında çıxış edənlərin fəaliyyətinə diqqət etsək, görərik ki, onlar biliklərini və bildiklərini bizə ötürərkən, eyni zamanda, bizi öyrətməklə, özləri də nəsə öyrənirlər. Sirr deyil ki, informasiya (biliklər) sürətlə köhnəlir, və ya daim yeni araşdırmaların nəticəsi ilə zənginlənir. Odur ki, kimisə öyrədəndə, özün də öyrənirsən - biliyinə başqa, yeni bucaqdan baxırsan, nəyin köhnəldiyini, nəyin hələ də aktual olduğunu aydın görürsən, müəyyən nöqtələrdə boşluğu anlayıb, onları məlumatlarla doldurursan...

    Qədim roma filosofu, şairi, dövlət xadimi Seneka əbəs yerə deməyib ki, başqalarını öyrətdikcə, özümüz də öyrənirik. Hər halda, dövrünün ən parlaq nümayəndələrindən biri olan Seneka bilir, nə deyir :)



    Həəə, gəldik indi əsas məsələyə.

    Mən niyə öyrədərək, öyrən ifadəsini indi əlimdə bayraq etmişəm? Əslində, mətn yazmağı, yazı texnikalarına yiyələnməyi öyrətmək istəyirəm. Və öyrətməklə də öyrənmək istərəm, təbii.

    Düzdü, bir yazar kimi gündəmdə olmasam da (bunun üçün əsər sandığım çox yüngüldür :) ), amma müəyyən yazı bacarıqlarına və texnikalara malikəm, üstəlik hələ də öyrənirəm - sağ olsun internet, yazarlığa aid xeyli vebinar və seminarlarda iştirak etməklə, xeyli pdf kitablarını kompüterimə pulsuz endirib oxumaqla yazarlıqda, deyə bilərəm ki, müəyyən qədər irəliləmişəm.



    İndi də hesab edirəm ki, öyrətməklə daha çox öyrənmək vaxtıdır mənim üçün.
  • dekabr 2021, Sima Ə.

  • 185
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......