...
  • Mənzum rəvayət
  • Səmi
  • Soyuq gəldi,ilin qəlbi qaraldı.
    Yay dövrünü təhvil verdi payıza.
    Yaşıl nə var sarım-sarım saraldı.
    Yol açıldı şaxta,boran,ayaza.
    Yorqan sərib öz üstünə xəzəldən,
    Çayır-çəmən qızılı don geyindi.
    Mən istinin vurğunuyam əzəldən,
    Məsləhətim:-Sən də isti gey indi.
    Halaylanıb ətrafında tonqalın,
    Yaxşı nədir,yaman nədir?Anışaq.
    Bir kəsdə ki,əgər oldu gön qalın,
    Beləsindən nə söyləyək,danışaq?
    Deyəsən uzatdım axı,mətləbi.
    Qoyub bir kənara dərsi,məktəbi,
    Keçim rəvayətə,ərz edim,bilin.
    Sizcə alınmasa,yaddaşdan silin!
    Keçmiş zamanlarda,bizim diyarda,
    Çox varlı,dövlətli bir şəhər varmiş.
    Kimsəni qoymazmış əmiri darda,
    Hamı çox firavan,xoşbəxt yaşarmış.
    ,Günlərin bir günü həmin şəhərin.
    Karvan jollarını qırx quldur tutdu.
    Dözərək zülmünə yolkəsənlərin,
    Xoşbəxtlik sözünü millət unutdu.
    Gün ayı bitirdi,aylar illəri,
    Şəhərə bir karvan gəlib-getmədi.
    Hırsıza baş əyib qalandan bəri,
    Dövlət öz dərdinə əlac etmədi.
    Bir iri cüssəli,qolları zorlu,
    Sinəsi alovlu.ürəyi qorlu
    Gəlib hüzuruna karvanbaşının,
    "Köhnə fikrinizdən-dedi:-daşının.
    Sizi qoruyaram lap yüz quldurdan.
    Gedək mal gətirək,şəhər dirçəlsin!
    Qovaq hırsızları biryolluq burdan,
    Eşidib insanlar Vətənə gəlsin!"
    Baxıb cüssəsinə həmin igidin.
    Karvanbaşı dedi:-"Durmayın,gedin.
    Lazım olanları öyrənin,sorun,
    Əsiri olmayaq,biz zülmün,zorun,
    Hazırlaşın çıxaq yenə səfərə.
    İnsanı öldürmək olar bir kərə!"
    Yığışıb tacirlər bir səhər erkən,
    Günəş oyanmamış düşdülər yola.
    Gündüz yol getdilər canda can varkən,
    Gecələr karvandan quraraq qala,
    Çatdılar Bağdada,qədim şəhərə.
    Qoymadılar işlər qalsın səhərə.
    Burub dəvələrə parçadan,şaldan,
    Əntiqdən,geyimdən,hər cürə maldan.
    Durmayıb tələsik döndülər geri,
    Yolçunun yollarda gərəkdir yeri.
    Yolda nə dincəlib,nə də yatdılar.
    Vətən torpağına gəlib çatdılar.
    Şəhərə çatmağa bir xeyli qalmış
    Karvanın üstünü quldurlar almış.
    Alıb mallarını,söküb-soydular.
    Tacirləri yaman günə qoydular.
    Onları qoruyan igid qəhrəman
    Dayanıb baxırdı sakit,dinmədən.
    Karvanbaşı görüb hirsləndi yaman!
    Acıqla söylədi:-Cavan oğlan,sən,
    Dedin qoruyaram sizi hər yerdə.
    Biz sənə inanıb düşdük bu dərdə.
    Quldurbaşı bunu eşidib aman,
    Cin vurdu başına,gözlərində qan
    Əmr etdi:-Baxmayıb cavan yaşına,
    Pis oyun gətirin onun başına.
    Hərəniz bir zopa vurun yanına,
    Ömürlük iz salsın axmaq canına.
    (Oxucum,mən zopa yazdım,amma,sən
    Düz olar başqa şey əgər düşünsən.
    Onlar eliyəni yaza bilmərəm.
    Başqa bir söz ilə yoza bilmərəm!)
    Quldurlar başladı növbəylə işə,
    O isə düşmədi bundan təşvişə.
    Sakitcə dayanıb buna dözürdü.
    Kim bilir beynində nələr çözürdü?
    Növbə qırxıncıya çatdığı zaman,
    Necə hirsləndisə bizim qəhrəman,
    Əl-qolu bqğlanan ipləri qırdı.
    Sıçrayıb bir anda ayağa durdu.
    Vurub hərəsini bir yana yıxdı!
    Hırsızın beləcə sonuna çıxdı.
    Bağlayıb onları biri-birinə
    Gətirib divana təslim elədi.
    Başqası olsaydı onun yerinə,
    Deyərdi:-Ellədi,ya da belədi.
    O isə sakitcə getdi evinə,
    İstədi bu işdən hamı sevinə.
    Ay keçdi,il bitdi,olmadı,qardaş,
    Onu ya axtaran,ya da itirən!
    Elə bil quyuya düşmüşdü bir daş.
    Nə aparan vardı,nə də gətirən.
    Buna dözməyərək günün bir günü
    Salıb səliqəyə igid özünü,
    O,karvanbasının yanına gəlib
    Dedi ki,deyəsən,işlər düzəlib.
    Məni çıxarmısız Siz tamam yaddan.
    Qoruyan tapırsız özgədən,yaddan.
    Mənim elədiyim yaxşılığı,bil,
    Çox tez unutdunuz,insafdan deyil!
    Karvanbaşı dedi:-Incimə,cavan.
    Bilirsənmi nədir bizi yandiran?
    Sənin bir eybin var:qırxında qızmaq!
    İstəməzdim bunun altını cızmaq.
    Bir özün fikirləş,bizləri soyan,
    Alıb malımızı,pis günə qoyan
    Otuz doqquz oldu,qırx olmadı heç.
    Səni qızdıracaq qırxıncını bəs,
    Biz hardan alarıq çəkmədən nəfəs?
    Özün insafa gəl,o sevdadan keç!
    Oxucum,qoyardım burda nöqtəni.
    Bir haşiyə çıxım,qınama məni.
    Qayıdaq səninlə bu günlərə,gəl,
    İndimizə keçmiş olmasın əngəl.
    Görək kim olmuşuq,necə olmuşuq?
    Yüklənib yüküylə ağır zamanın,
    Gecələr boşalıb,gündüz dolmuşuq.
    Qədrini bilmədik xeyirli anın.
    Dözürük əzəndə bizi özgələr.
    Birdən üzümüzə,aman,söz gələr.
    Dözdük,sapı bizdən dəmir baltalar,
    Saldı boynumuza hər cür xaltalar.
    Özümüzdən olan alcaq satqınlar,
    Millətə qarışmış qanı qatqınlar,
    Satdılar bu xalqin namus,arını.
    Mənliyin,qürurun,dövlət,varını.
    Kisəçi bəy oldu,bəylər dilənçi.
    Millət görməmişəm vallah,belənçi.
    Hər cürə pisliyə,təhqirə dözür.
    Alçaqlar yağ-balın içində üzür,
    O isə yeməyə çörək tapmayır.
    Di gəl,ətalətdən heç cür qopmayır.
    Dərdimiz,sərimiz aşsa da başdan,
    Ruzimiz çıxsa da torpaqdan,daşdan,
    Qəflət yuxusunda xor-xor yatıtıq.
    Utanmaz-utanmaz göbək atırıq.
    Özümüzü öyüb,oluruq Babək,
    Ya da Koroğlunun igid nəslindən.
    Düzünə qalanda budurmu gerçək?
    Uzaqdır bu fikir yoxsa əslindən?
    BəlkəYalançıqdan,ya Həmzəbəydən,
    Ya Səhl Sumbatdan,hansısa səydən
    Törəyib artanıq.Anla sən himi.
    Heç zaman,heç yerdə bir millət kimi
    Deməm,yolumuzu azanlardanıq!
    Qardaş,biz qırxında qızanlardanıq!

    28.01.2018
  • yanvar 2018, Səmi

  • 328
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......