...
  • Sınaq
  • Səma Seyid
  • Səbinə adlı əxlaqlı və tərbiyəli xanım vardı. Birinci övladını dünyaya gətirməyə
    -ana olmağa hazırlaşırdı. Ancaq bu dövr onun üçün elədə asan keçmirdi.
    Yaşadığı ailədə çoxlu söz-söhbətlər olurdu. Buna baxmayaraq o bacardıqca fikir
    verməməyə çalışırdı. Və artıq vaxtdır, Səbinənin birinci övladı dünyaya gəlir.
    Ancaq uşağın başında gözlə görülə bilən bir şiş əmələ gəlir. Bu Səbinəni çox
    qorxudur. Həkimlərin müayinəsindən sonra balaca körpədə beyin təyziqi
    diaqnosu qoyulur. Bir neçə kurs müalicədən sonra tədricən şiş çəkilməyə
    başlayır.
    Bu körpəyə əvvəl ailə ad qoymaq istəmədi. Körpənin öləcəyini düşünmüşdülər.
    Ancaq körpə bu dünyadan elə bərk yapışmışdı ki, sanki həkimləri belə mat-
    məhəttəl qoymuşdu. Həkimlər artıq körpənin vəziyyətinin yaxşı olduğunu
    dedikdən sonra ad qoymaq məsələsi gündəmə gəldi. Uzun bir söz-söhbətdən
    sonra körpəyə Teymur adının qoyulması qərarına gəlindi. Teymur gündən-günə
    yaxşılaşır, həyata daha da möhkəm sarılırdı.
    Həkim Teymurun valideynlərinə ildə bir dəfə müayinəyə gəlinməsini deyirdi.
    Və beləcə hər il Teymurun valideynləri onu həkim müayinəsinə aparıb
    gətirirdilər. Günlərin bir günü yenə həmin müntəzəm olunan müayinələrdən biri
    idi. Valideynləri Teymuru həkimə aparmaq üçün yola düzəlirdilər ki, Teymurun
    ata nənəsi buna mane oldu. Uşağı həkimə aparılmasına narazı olduğunu dedi.
    Taleh və Səbinə yəni Teymurun valideynləri böyüklərinin sözünə baxaraq
    həkim müayinəsinə aparmadılar.
    Bu hadisədən illər keçdi. Teymur ildən ilə əsəbləri gərginləşirdi. Və artıq
    Teymurun 25 yaşı vardı. Çox əsəbi və sözə qulaq asmayan oğlan olmuşdu.
    Valideyinləri nə etsin heç özləridə bilmirdi. Artıq beş il də belə gərginliklə keçib
    getmişdi. Düzələn heçnədə yox idi,bir az da gərginlik artırdı. Artıq Teymurun 30
    yaşı vardı. Bir qız sevdi, həmdə çox sevdi. Amma təəssüflər olsun ki Teymurun
    belə əsəbi gərginliyinə görə qızın ailəsi bu evliliyə razı olmadı.
    Sevdiyini itirən Teymur birazda pis olmuşdu. Bütün həyatdan ümidini üzmüşdü.
    Bu hadisədən bir il keçir və Teymur ümidsiz bir şəkildə həyatına küsmüş bir
    şəkildə həyatına davam edir. Ad günü gəlib çatır. Həmin gün heç kim
    Teymurdan xəbər ala bilmir. Sən demə Teymur ad günündə intihar edibmiş. Öz
    evlərinin padvalında Teymurun cansız cəsədini görən ana, ata çox pis vəziyyətə

    qalırlar. Amma edəcək heç bir çarə qalmır. Ediləcək çarə indi yox əvvəllər idi.
    Həkim müayinəsinə vaxtı-vaxtında aparılsaydı bu həddə gəlib çatmazdı.
  • iyul 2024, Səma S.

  • 597
Bir televiziya əməkdaşının başına gələn komik hadisə (pyes)

Tural İsmayılov

Efirdə hər şey mümkündür Personajlar: * Elçin – televiziyada 20 ildir çalışan redaktor. * Kamran – gənc aparıcı. * Aygün – prodüser. * Operator –......

Poetik Tərcümələr

Firuz Mustafa

Kitabda Firuz Mustafanın dünya ədəbiyyatından etdiyi poetik tərcümə nümunələri toplanmışdır. Həmin tərcümələrin əksəriyyəti müxtəlif illərdə ədəbi qəzet, jurnal, sayt və məcmuələrdə dərc edilmişdir......

Bu gələn payız da mənə bənzəyir

Təranə Dəmir

Dumanı tanışdı,çəni tanışdı. Bulud gözlərindən ayrılıq yağır, Həsrəti tanışdı,qəmi tanışdı. Başdan ayağacan bahar xəstəsi, Təpədən dirnağa vüsal acıdı. O......

Oxuya bilmədiyim hekayə.

Feyruz Muradov

Mən redaksiyaya ilk dəfə ayaq basanda Vaqif Abbasovu tanımırdım. Onun haqqında heç nə bilmirdim. Redaksiyada yalnız bir nəfəri şair Tofiq Hüseynovu tanıyırdım. Tofiq Hüseynovu tanımağım......

Avropalı görkəmli məsul katib.

Feyruz Muradov

Avropalı görkəmli məsul katib Xeybər İgidəliyev redaksiya ilə əməkdaşlığa başladığım vaxt məsul katib işləyirdi. Onunla redaksiyada az-az rastlaşırdım. O vaxtlar aramızda demək olar ki, heç......

Bir məqalənin izi ilə.

Feyruz Muradov

Ön söz : Uzun illər Şirvannın yerli mətbuatıda müxtəlif mövzuda yazılarla çıxış etmişəm. Mənim haqqımda bir yazı yazıla biləcəyi haqda heç vaxt düşünməmişəm. Amma uzun......

Mən bir payız yolçusuyam

Təranə Dəmir

Küləyim var,yağışım var, Enişim var,yoxuşum var, Hər açılan səhərlərin, Hər qaranlıq gecələrin Yanağında göz yaşım var. Baxışımda xatirələr, Kirpiyimdə qəm gül......

Pəncərədən uçan balıq (absurd hekayə)

Tural İsmayılov

Bir gün balıq akvariumdan çıxıb pəncərəyə qondu. Evdəki pişik təəccüblə soruşdu: — Sən nə edirsən? Balıq cavab verdi: — Uçmağı öyrənirəm. — Axı sən balıqsan!......

Doğma rayon

Şəhriyar Mürsəl

Mən məcburi köçkün ailəsində doğulsam belə, məcburi köçkün sayılmıram. Laçın ata-baba vətənimdir. Laçının təbiətinin vurğunu olsam belə, öz vətənim sayılmır. Uşaqlığım Ağcabədi rayonunda keçib. Bütün......

Məmmədəli kişi ilə dioloq

Şəhriyar Mürsəl

Məhəllədə qonşumuz Məmmədəli kişi mənə yaxınlaşdı, başladı yenə söhbətə: — Ayə, filankəsin oğlu, filankəsin qızı 50 bal yığdı, 500 bal yığdı. Bəhmənkəsin qızı ərə getdi,......