...
  • Patriarxal nədir? Azərbaycan cəmiyyətində varmı?
  • Şəhriyar Mürsəl

  • Patriarxal — kişilərin ailədə, cəmiyyətdə və idarəetmədə əsas söz sahibi olduğu sosial quruluşa deyilir. Azərbaycanda patriarxallıq dövlət idarəçiliyi səviyyəsində olmasa da, cəmiyyətin bir hissəsində və yüzlərlə ailədə problem olaraq qalır.

    Azərbaycanlı kişilərin müəyyən bir hissəsinin düşüncəsinə görə, kişi problemi tək həll etməlidir, qadın isə kişinin işinə qarışmamalıdır. Bu problem iki haldan yarana bilər.

    Birincisi, insanın doğulduğu ailədən asılıdır. Gözünü açandan görürsən ki, ailədə büdcə, alış-veriş və problemlərin həlli əsasən kişinin üzərinə düşür.

    İkincisi, bəzi kişilər qadının hakimiyyəti ələ alacağından qorxaraq süni kişilik siması yaradırlar. Əslində isə ailədə problemlərin həllində qadın və kişi ortaq məxrəcə gəlməlidir. Ailə büdcəsində qadının da payı olmalıdır.

    İslam ölkələrində gender problemi mövcuddur və Azərbaycan da müsəlman ölkəsi olaraq bu problemlərlə üzləşir. Azərbaycanda bəzi ailələrdə oğlan uşaqlarına üstünlük verilir. Azərbaycanda doğulan uşaqların cins bölgüsündə oğlan uşaqlarının payı təxminən 53%, qız uşaqlarının payı isə 47%-dir. Bilirəm, 6% elə böyük fərq deyil. Amma bu göstərici minlərlə uşağın taleyini əks etdirir.

    Gender balansında oğlan uşaqlarının payının çox olmasının bir neçə səbəbi var:

    Bəzi ailələrdə oğlan uşaqlarına üstünlük verilməsi;

    Cinsiyyətin əvvəlcədən müəyyənləşdirilməsindən sonra selektiv abort hallarının baş verməsi;

    Valideynlərin yaşlandıqda oğlan övladının onlara daha çox dəstək olacağına dair gözləntiləri;

    Ailə mülkiyyətinin və ya təsərrüfat işlərinin oğlanlarla əlaqələndirilməsi;

    Ailənin “varis” sahibi olması barədə təsəvvürlər.

    Elə patriarxal düşüncənin təməli də ailələrdə oğlan uşaqlarına üstünlük verilməsindən yaranır.

    Azərbaycanda gender balanssızlığı gələcəkdə əmək bazarında qadın əməyinin rolunun azalmasına səbəb ola bilər. Qadınların əmək bazarında iştirakının azalması işçi qüvvəsinin azalmasına, kadr çatışmazlığına və iqtisadi artımın zəifləməsinə gətirib çıxara bilər. Xüsusilə təhsil, səhiyyə və sosial xidmətlərdə işçi çatışmazlığı yarana bilər.

    ~Şəhriyar Mürsəl
  • noyabr 2026, Şəhriyar M.

  • 2
Doğma rayon

Şəhriyar Mürsəl

Mən məcburi köçkün ailəsində doğulsam belə, məcburi köçkün sayılmıram. Laçın ata-baba vətənimdir. Laçının təbiətinin vurğunu olsam belə, öz vətənim sayılmır. Uşaqlığım Ağcabədi rayonunda keçib. Bütün......

Məmmədəli kişi ilə dioloq

Şəhriyar Mürsəl

Məhəllədə qonşumuz Məmmədəli kişi mənə yaxınlaşdı, başladı yenə söhbətə: — Ayə, filankəsin oğlu, filankəsin qızı 50 bal yığdı, 500 bal yığdı. Bəhmənkəsin qızı ərə getdi,......

Patriarxal nədir? Azərbaycan cəmiyyətində varmı?

Şəhriyar Mürsəl

Patriarxal — kişilərin ailədə, cəmiyyətdə və idarəetmədə əsas söz sahibi olduğu sosial quruluşa deyilir. Azərbaycanda patriarxallıq dövlət idarəçiliyi səviyyəsində olmasa da, cəmiyyətin bir hissəsində və......

Arazın taleyi

Şəhriyar Mürsəl

Bu gün qonşumuz Məmmədəli kişi zəng edib dedi: — Bəs bizim uşaq 11-ci sinifdə oxuyur. Ona məsləhət ver. Nəsə, telefonu verdi oğlu Araza. Söhbətə başladım.......

Sevmədim dünyanın mən tərəfini

Təranə Dəmir

Heç kimə qaynamır qanım haçandı, Açılmır sabahım,danım haçandı, Neynirəm isinmir canım haçandı, Don vurub könlümün gün tərəfini. Baş əyib getmişəm qədərə,neynim, Vermişəm bir ömrü hədərə,neynim,......

Fəlsəfə işığında

Firuz Mustafa

Bir daha fəlsəfə haqqında... Təkcə hansısa elmi auditoriyada deyil, hətta sosial şəbəkələrdə də arabir bu cür suallarla rastlaşırıq: “Filosof kimdir?”......

Пьесы. Pyeslər. Rusca-3

Firuz Mustafa

Iıı том Pièce Баку -2026 Фируз Мустафа Пьесы Iıı том Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Adamın kölgəsi

Tural İsmayılov

Bir səhər bir adam oyandı və gördü ki, kölgəsi yoxdur. Əvvəlcə qorxdu. Sonra güzgüyə baxdı. Hər şey qaydasında idi. Üzü, əlləri, ayaqları yerindəydi. Sadəcə kölgəsi......

Повесть. Рассказы. Rusca

Firuz Mustafa

Творчество Фируза Мустафы, как философа, прозаика и драматурга, знакомо широкому кругу......

Pоманы. Romanlar. Rusca

Firuz Mustafa

В новую книгу Фируза Мустафы включены два его романа. Автор представляет своим читателям возможность......