...
  • Doğma rayon
  • Şəhriyar Mürsəl
  • Mən məcburi köçkün ailəsində doğulsam belə, məcburi köçkün sayılmıram. Laçın ata-baba vətənimdir. Laçının təbiətinin vurğunu olsam belə, öz vətənim sayılmır. Uşaqlığım Ağcabədi rayonunda keçib. Bütün xatirələrim buradadır. Uşaqlıqda isti və soyuq havada şorlu torpaqda oynadığım oyunlar, bağımızdakı su arxlarında kirli sularla çimdiyim günlərin xatirəsi məni bura bağlayır. Mən bu gündən sonra nə qədər təmiz çimərliklərə getsəm belə, o kirli arx suyuna dəyməz. Çünki nə qədər təmiz çimərliyə getsəm də, kirli suda tapdığım xoşbəxtliyi tapa bilmərəm. Ailəmlə xoş günlərim bu yerlərdə keçib. Mən böyüklərin Laçından ötrü çəkdiyi həsrəti nə qədər anlaya bilərəm ki? Nə etsəm də, o həsrəti çəkə bilmərəm. Ailəm üçün bura isti və səhra olduğu üçün doğma olmaya bilər. Amma mən sanki şorlu torpağı duyğularımda hiss edirəm. Mən nə vaxtsa Ağcabədidən başqa rayona köçsəm, xatirələrim qaçqın düşəcəkdir...
    ~Şəhriyar Mürsəl
  • noyabr 2026, Şəhriyar M.

  • 7
Doğma rayon

Şəhriyar Mürsəl

Mən məcburi köçkün ailəsində doğulsam belə, məcburi köçkün sayılmıram. Laçın ata-baba vətənimdir. Laçının təbiətinin vurğunu olsam belə, öz vətənim sayılmır. Uşaqlığım Ağcabədi rayonunda keçib. Bütün......

Məmmədəli kişi ilə dioloq

Şəhriyar Mürsəl

Məhəllədə qonşumuz Məmmədəli kişi mənə yaxınlaşdı, başladı yenə söhbətə: — Ayə, filankəsin oğlu, filankəsin qızı 50 bal yığdı, 500 bal yığdı. Bəhmənkəsin qızı ərə getdi,......

Patriarxal nədir? Azərbaycan cəmiyyətində varmı?

Şəhriyar Mürsəl

Patriarxal — kişilərin ailədə, cəmiyyətdə və idarəetmədə əsas söz sahibi olduğu sosial quruluşa deyilir. Azərbaycanda patriarxallıq dövlət idarəçiliyi səviyyəsində olmasa da, cəmiyyətin bir hissəsində və......

Arazın taleyi

Şəhriyar Mürsəl

Bu gün qonşumuz Məmmədəli kişi zəng edib dedi: — Bəs bizim uşaq 11-ci sinifdə oxuyur. Ona məsləhət ver. Nəsə, telefonu verdi oğlu Araza. Söhbətə başladım.......

Sevmədim dünyanın mən tərəfini

Təranə Dəmir

Heç kimə qaynamır qanım haçandı, Açılmır sabahım,danım haçandı, Neynirəm isinmir canım haçandı, Don vurub könlümün gün tərəfini. Baş əyib getmişəm qədərə,neynim, Vermişəm bir ömrü hədərə,neynim,......

Fəlsəfə işığında

Firuz Mustafa

Bir daha fəlsəfə haqqında... Təkcə hansısa elmi auditoriyada deyil, hətta sosial şəbəkələrdə də arabir bu cür suallarla rastlaşırıq: “Filosof kimdir?”......

Пьесы. Pyeslər. Rusca-3

Firuz Mustafa

Iıı том Pièce Баку -2026 Фируз Мустафа Пьесы Iıı том Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Adamın kölgəsi

Tural İsmayılov

Bir səhər bir adam oyandı və gördü ki, kölgəsi yoxdur. Əvvəlcə qorxdu. Sonra güzgüyə baxdı. Hər şey qaydasında idi. Üzü, əlləri, ayaqları yerindəydi. Sadəcə kölgəsi......

Повесть. Рассказы. Rusca

Firuz Mustafa

Творчество Фируза Мустафы, как философа, прозаика и драматурга, знакомо широкому кругу......

Pоманы. Romanlar. Rusca

Firuz Mustafa

В новую книгу Фируза Мустафы включены два его романа. Автор представляет своим читателям возможность......