...
  • Arazın taleyi
  • Şəhriyar Mürsəl
  • Bu gün qonşumuz Məmmədəli kişi zəng edib dedi:

    — Bəs bizim uşaq 11-ci sinifdə oxuyur. Ona məsləhət ver.

    Nəsə, telefonu verdi oğlu Araza. Söhbətə başladım.

    Mən: Araz, sən hansı ixtisası sevirsən? Yəni, ora getsən, peşman olmazsan?

    Araz: Hə, mən yaxşı mahnı oxuyuram, səsim var. Azərbaycan Milli Konservatoriyasına getmək istəyirəm.

    Mən: Əlbəttə, əgər o sahə üzrə bacarığın varsa, gedə bilərsən.

    Araz: Amma ki, atam istəmir.

    (Telefonda səs kəsildi.)

    Məmmədəli kişi: Ayə, bu nə məsləhətdir uşağa verirsən? Mən istəyirəm ki, uşaq universitetə qəbul olsun.

    Mən: Nə ixtisası istəyirsiniz ki?

    Məmmədəli kişi: Başına dönüm, mən ixtisas nədir, bilmirəm, amma istəyirəm ki, müdir-zad olsun. "Kənd savet sədri" zad olsun.

    Mən: Məmmədəli əmi, müdirlikdən başqa şey bilmirsən?

    Məmmədəli kişi: Başına dönüm, mənim başım çıxmır axı, sən baxarsan da.

    Mən: Energetika mühəndisliyi, yanğın təhlükəsizliyi mühəndisliyi və sair ixtisaslar var.

    Məmmədəli kişi: Yox e, indi onu oxuyub müdir olacaq?

    Mən: Niyə qoymursan Araz özü seçim etsin?

    Məmmədəli kişi: Əşi, Araza qalsa, səy-səy şey seçəcək!

    Araz: Mən xanəndəlik üzrə təhsil almaq istəyirəm.

    Məmmədəli kişi: Ə hə, bugün-sabah kənd camaatı deyə ki, Məmmədəlini oxuyan bayquş oğlu gəlir. Hə, bizə qismət olmaz ki, deyələr:
    "Məmmədəlinin oğlu idarənin müdiridir".

    sonra dedi:Məndə səni Ali təhsilli adam bilib zəng etdim. nəsə sağol.

    Mən də çarəsiz şəkildə sağollaşıb telefonu söndürdüm.

    Arazın da taleyi Araz çayının taleyi kimi böyüklər tərəfindən həll olunur...😔

    ~Şəhriyar Mürsəl
  • noyabr 2026, Şəhriyar M.

  • 9
Doğma rayon

Şəhriyar Mürsəl

Mən məcburi köçkün ailəsində doğulsam belə, məcburi köçkün sayılmıram. Laçın ata-baba vətənimdir. Laçının təbiətinin vurğunu olsam belə, öz vətənim sayılmır. Uşaqlığım Ağcabədi rayonunda keçib. Bütün......

Məmmədəli kişi ilə dioloq

Şəhriyar Mürsəl

Məhəllədə qonşumuz Məmmədəli kişi mənə yaxınlaşdı, başladı yenə söhbətə: — Ayə, filankəsin oğlu, filankəsin qızı 50 bal yığdı, 500 bal yığdı. Bəhmənkəsin qızı ərə getdi,......

Patriarxal nədir? Azərbaycan cəmiyyətində varmı?

Şəhriyar Mürsəl

Patriarxal — kişilərin ailədə, cəmiyyətdə və idarəetmədə əsas söz sahibi olduğu sosial quruluşa deyilir. Azərbaycanda patriarxallıq dövlət idarəçiliyi səviyyəsində olmasa da, cəmiyyətin bir hissəsində və......

Arazın taleyi

Şəhriyar Mürsəl

Bu gün qonşumuz Məmmədəli kişi zəng edib dedi: — Bəs bizim uşaq 11-ci sinifdə oxuyur. Ona məsləhət ver. Nəsə, telefonu verdi oğlu Araza. Söhbətə başladım.......

Sevmədim dünyanın mən tərəfini

Təranə Dəmir

Heç kimə qaynamır qanım haçandı, Açılmır sabahım,danım haçandı, Neynirəm isinmir canım haçandı, Don vurub könlümün gün tərəfini. Baş əyib getmişəm qədərə,neynim, Vermişəm bir ömrü hədərə,neynim,......

Fəlsəfə işığında

Firuz Mustafa

Bir daha fəlsəfə haqqında... Təkcə hansısa elmi auditoriyada deyil, hətta sosial şəbəkələrdə də arabir bu cür suallarla rastlaşırıq: “Filosof kimdir?”......

Пьесы. Pyeslər. Rusca-3

Firuz Mustafa

Iıı том Pièce Баку -2026 Фируз Мустафа Пьесы Iıı том Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Adamın kölgəsi

Tural İsmayılov

Bir səhər bir adam oyandı və gördü ki, kölgəsi yoxdur. Əvvəlcə qorxdu. Sonra güzgüyə baxdı. Hər şey qaydasında idi. Üzü, əlləri, ayaqları yerindəydi. Sadəcə kölgəsi......

Повесть. Рассказы. Rusca

Firuz Mustafa

Творчество Фируза Мустафы, как философа, прозаика и драматурга, знакомо широкому кругу......

Pоманы. Romanlar. Rusca

Firuz Mustafa

В новую книгу Фируза Мустафы включены два его романа. Автор представляет своим читателям возможность......