...
  • Körpə nar ağacı
  • Rövşən Vəziroğlu
  • (Hekayə)
    Müəllif: Rövşən Ziya VƏZİROĞLU

    İyun ayının ortalarıdır. Göyçayın ucqar kəndlərindən biridir. Bu kənd özünün nar ağacları ilə məşhurdur. Kəndin bağlarında yetişdirilən Çəhrayı gülöyşə, Vələs, və İri gilə növləri dünyanın bir çox ölkələrində çox baha qiymətə satılır.
    Bağlarda meyvələr artıq yetişməyə başlayıb. Əsasən də nar ağaclarının üstündə olan meyvələr günü-gündən qızarır və əsl meyvə şəklini alırlar.

    İyul ayına məxsus isti hava səhər saatlarından axşam saat 7-8-ə qədər insanları günlərlə evlərində məhkum vəziyyətdə yaşamağa məcbur edib. Yalnız saat 7-dən sonra insanlar başlarını evdən çölə çıxara bilirlər.
    Belə isti günlərdən biridir. Axşam saat 6-dan sonradır. Rəşad kişi həyətdə üzüm tənəyinin altında qoyulmuş masanın arxasında oturaraq qəzet oxuyur. Masanın üstündə isə çay stəkanı və qənd qabı qoyulub. Dirəkdən asılmış radio aparatında isə hansısa qadın müğənni caz musiqisi səsləndirir.

    Bu vaxt 7 yaşlı Rahim qaçaraq ona yaxınlaşır və həyəcanla, “Ata, ay ata” – deyə səslənir. Atası onun səsni eşidib qəzeti masanın üstünə qoyur. Rahim bir addım da ona yaxınlaşır və təngənəfəs şəkildə dillənir:

    - Ata, bilirsənmi, nə olub?

    - Nə olub ay bala? Nəyi bilməliyəm? – soruşur və maraqla onun üzünə baxır.

    - Keçən yaz həyətin aşağısında əkdiyimiz nar ağacı vardı haa, yadına gəlirmi?

    - Hə, yadıma gəlir. De görək, ağaca nə olub?

    Oğlu asta səslə:
    - Kimsə ağacın bütün budaqlarını qıraraq yerə töküb - deyə oğlu cavab verir.

    - Nə dedin? – deyə atası yerindən dik qalxdı. Bir anda ağacın olduğu yerə qaçmağa başladı.

    Ora çatanda, budaqların həqiqətən də qırılaraq yerə töküldüyünü görür və gördüyü mənzərədən dəhşətə gələrək dizləri üztə yerə çökür. Bu vaxt böyük oğlu Arif də təngənəfəs özünü çatdırır və yanında yerə çökür. Atası başını qaldırıb diqqətlə üzünə baxdı. Handan-hana özünə gəlib soruşdu:

    – Arif, de görüm, bu ağacı kim qırıb?

    Əlini onun çiyninə qoyaraq dilləndi:

    - Yox, ata, bilmirəm. Sən əvvəlcə özünü topla, dur ayağa. İndi mən kəndin meydanına gedib, ağacı kimin qırdığını öyrənəcəm.

    Atası razılıqla başını tərpətdi və əlini dizinə qoyaraq ayağa qalxdı. Oğlu da ayağa qalxır. Birlikdə ağaca yaxınlaşırlar.
    Rəşad kişi acı təəssüf içində əlləri ilə ağacın qırılmış yerlərinə sığal çəkir. Hər sığal çəkdikcə, gözlərindən iri yaş damlaları axırdı.

    ...O, bir il əvvəl Türkiyədən 5 ədəd nar tingi gətizdirir və onları öz həyətində əkir. Tinglərdən dördü şəraitə uyunlaşmayaraq qısa müddət ərzində tamamilə quruyur. Ancaq tinglərdən biri dərinə kök atmağı və həyatda qalmağı bacarır. Rəşad kişi salamat qalan yeganə ağaca bir il ərzində xüsusi diqqətlə qulluq göstərmişdi. Hətta Bakıdakı tanışları vasitəsi ilə xarici ölkələrdən dövlət sertifikatı ilə ölkəmizə gətirilən mineral gübrələrdən istifadə etmişdi. Ancaq bu gün bütün əziyyətləri bir anda yerlə yeksan edilmiş və ağacın bütün budaqları qəsdən kəsilərək yerə atılmışdır.
    Arif atasının üzgün vəziyyətinə çox davam gətirə bilmir və iti addımlarla atasından uzaqlaşır. Darvazadan çölə çıxaraq kəndin ortasına tərəf gedir. Atası isə üzgün halda ayaqlarını sürüyərək evə tərəf gedir.

    ...Bu zaman həyat yoldaşı Validə xanım eyvanda oturaraq ətrafı seyr edir. Birdən həyat yoldaşının əzgin və yorğun halda bağdan çıxdığını görür. Əvvəlcə təəccüblənir, amma bir qədər sonra onun rənginin tamamilə solduğunu, belinin büküldüyünü və ağlamsınaraq gəldiyini görərək narahat olur. Stuldan qalxaraq tez pilləkənlərdən aşağı düşür və sürətlə ərinə tərəf gedir. Qolundan tutaraq pilləkənin yanına aparır, stulların birində otuzdurur və ttez su qrafinindən stəkana su süzür və ona verir. Rəşad əlləri əsə-əsə zorla sudan bir-iki qurtum içir.

    Bir qədər keçir. Bir az özünə gəlir. Yoldaşı isə yanında dizi üstə çökərək diqqətlə üzünə baxır. O, handan-hana dillənir:

    - Validə, bu köpək uşağı mənim evimi yıxdılar.

    - Hansı köpək uşağı? – deyə yoldaşı soruşur: - De görək, nə baş verib? Sən niyə bu vəziyyətə düşmüsən? Kimsə sənə qarşı pis hərəkətlərə yol verib?

    - Keçən il bağın aşağısında əkdiyim balaca nar tingi yadına gəlirmi?

    - Hə, yadımdadır? Ağaca nə isə olub?

    - Kimsə qəsdən ağacın bütün budaqlarını qıraraq yerə töküb. Bir il ərzində çəkdiyim bütün əziyyətim yerə düşdü.

    - Sən nə danışırsan? – deyə Validə eşitdiyi sözdən dəhşətə gələrək ayağa qalxdı: - Ağacı hansı əli qurumuş edə bilər?

    Rəşad kişi heç nə deməyib başını aşağı saldı, Validə isə əsəbi halda həyətdə var-gəl etməyə başladı. Bu vaxt darvaza qapısı açıldı və Arif həyətə daxil oldu. Anası onu görüb dayandı və diqqətlə oa baxdı. Atası da onun gəldiyini görüb ayağa qalxdı və tez ona yaxınlaşdı.

    Arif isə sakit və aramla söz başladı:

    - Ata, indicə kəndin mərkəzindəydim. Hamıdan nar ağacını kimin qırdığını soruşdum. əvvəlcə heç kim cavab vermək istəmədi. Evə gəlmək istəyirdim ki, Kəndin aşağısında yaşayan Hüseyn dayı mənə yaxınlaşdı.

    - Oğlum, Hüseyn dayı sənə niyə yaxınlaşdı? – deyə anası səbrini saxlaya bilməyib soruşdu: - Ağsaqqal kişinin səninlə nə işi ola bilər?

    - Ana, bir az səbrli ol, mən hər şeyi izah edəcəm! – deyə Arif anasının sözünə reaksiya verdi: - Hüseyn dayının deməyinə görə, ağacın üstündə bir neçə kal meyvə olub. Uşaqlar da onları dərmək üçün ağaca dırmaşmaq istyiblər, ancaq budaqlar kövrək olduğu üçün ağırlıqlarına davam gətirməyib və bütün budaqlar qırılıb. Uşaqlar da qorxularından tez bağdan çıxaraq evlərinə gedib. Hadisəni də olduğu kimi babalarına danışıblar.

    Valideynləri onun dediklərindən quruyub qaldılar və heç nə deyə bilmədilər. Handan-hana atası ona yaxınlaşdı və soruşdu:

    - Oğlum, hadisə dəqiq belə olub? Özündən heç nə uydurmursan? Bəlkə bizi sakitləşdirmək üçün belə deyirsən?

    - Yox, ay ata! Nəyə görə uydurmalıyam axı? Hüseyn dayı mənə nəyi deyibsə, mən də sizə dedim. Özü də bir azdan nəvələrini də götürüb bizə gələcək. Uşaqlar səndən üzr istəyəcəklər.

    Valideynləri heç nə demədilər. Rəşad kişi keçib yerində oturdu. Anası isə pilləkənlə ikinci mərtəbəyə qalxdı.

    ****
    Axşam saat 7 radələridir. Bütün ailə yemək masasının arxasında oturaraq çay içir. Bu vaxt darvaza döyülür, ardınca da Hüseyn kişi nəvələri ilə birlikdə həyətə daxil olurlar. Bütün ailə ayağa qalxır. Rəşad kişi onları masaya dəvət edir. Hüseyn dayı masaya yaxınlaşır, onunla əl verib görüşür və bir kənarda qoyulmuş skamyada əyləşir. Nəvələri isə onun yanında ayaq üstə dayanırlar. Hüseyn kişi nəvələrinin üzünə baxaraq dillənir:

    - Rəşad, nəvələrim səndən üzr istəmək üçün gəliblər.

    Rəşad cavab vermir və balacaları yanına çağırır. Uşaqlar ona yaxınlaşırlar. Rəşad aşağı əyilib ikisinin də üzüdən öpür, sonra ayağa qalxaraq sözə başlayır:

    - Ağıllı balalarım yəqin ki, etdikləri səhvin fərqindədirlər. Düzdür, balalarım?

    - Hə, Rəşad baba, düz deyirsiniz! Etdiyimiz səhvi başa düşmüşük. – deyə uşaqlardan biri tez cavab verdi: - Buna görə də səndən üzr istəyirik. Bir də belə səhvlər etmərik.

    - Bəs adam da kal meyvədən ötrü cavan ağacı qırarmı?

    - Yox, ay baba, qırmaz – deyə bu dəfə ikisi də birdən cavab verdi.

    -Ay sağ olun, əziz balalarım. Bir şeyi də yadınızda saxlayın. Körpə ağacları qırmaq günah sayılır, çünki onlar yenicə torpağa kök salırlar və böyümək istəyirlər. Necə ki, siz tez böyümək və cəmiyyət üçün xeyirli işlər görmək istəyirsinizsə, körpə ağaclar da tez böyümək, bar vermək və təbiətə yararlı olmaq isəyirlər. Buna görə də ağacları sevmək və onlara qulluq lazımdır ki, tez böyüsünlər və və meyvə versinlər. Əgər biz ağaclara qulluq etməsək və sevməsək, onlar da bizi sevməz və bizim üçün meyvə gətirməzlər. İndi məni başa düşdünüzmü?

    - Bəli, Rəşad baba, başa düşdük. - deyə uşaqlardan biri tez cavab verdi: - Bizi bağışla!

    - Hə, Rəşad baba, qardaşım düz deyir – deyə bu dəfə o biri qardaş cavab verdi: - Bundan sonra biz də ağacları sevəcəyik və onlara daim qulluq edəcəyik. Sizə söz veririk.

    Rəşad uşaqların bu sözündən sevinib aşağı çökdü və onları özünə çəkərək üzlərindən öpdü, sonra ayağa qalxaraq onları yanında oturdu. Validə xanım isə daha üç stəkana çay süzdü.
  • oktyabr 2019, Rövşən V.

  • 86
Belə Ayrılıq Olmur

Dəhnəli Məmməd Hacızadə

Dərddi dərdə calanan, hey üst-üstə qalanan. Baxma ki ortalıqda iztirabdı dolanan, . Dözmərəm göz yaşına, qəm dolu baxışına. Qəlbimdəsən getsəm də, dünyanın o......

Ağrının ssenarisi - (psixoloji-fəlsəfi janrda hekayə)

Tural İsmayılov

Gecənin sükutu mürəkkəb qurumamış vərəqlərimin üzərinə ağır bir duman kimi çökürdü. Pəncərənin önündə dayanıb, uzaqda, qaranlığın içində batan şəhərin işıqlarına baxırdım. Masamın üzərində on birinci......

Daha Səsləməyir Dan Yeri Bizi

Dəhnəli Məmməd Hacızadə

Göydə ay,ulduzlar yerdə sən və mən, Bir onlar oyaqdır, bir də, sən və mən. Qapılıb gecələr xoş xəyallara, Onlar bizə baxar, biz də onlara. Qalardı......

Ağ dumanın içindəki görən kor (fəlsəfi hekayə)

Tural İsmayılov

Atam deyirdi ki, dünyanı görmək üçün göz lazımdır, mən isə indi buna şübhə edirəm. O kitabı – vərəqləri künclərindən didilmiş, cildi günəşdən solmuş o qəribə......

Zaur Ustac - Zenitdəki Zenitçi

زائـــور اوستاج

Zenitdəki Zenitçi (oçerk) Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi yüz illər boyu Vətən uğrunda canından keçən igid oğulların adı ilə zəngin olmuşdur. Bu qəhrəmanlar yalnız bir ailənin......

Sona İsmayılova – Zakir Kaya’nın Medya ve Yayıncılık Çalışmaları

زائـــور اوستاج

Röportaj Editör Girişi Dr.profesor Zakir Kaya, Türkiye merkezli araştırmacı gazeteci, yazar olarak medya, yayıncılık ve edebiyat......

Araşdırmaçı jurnalist Zakir Kaya: Media, Ədəbiyyat və Müstəqil Düşüncənin Kəsişm...

زائـــور اوستاج

Müsahibə Mətni Müasir mediada sürət, görünürlük və rəqəmsal intensivlik artdıqca, məzmun istehsalının keyfiyyəti və......

Zaur Ustac - Mən

زائـــور اوستاج

Mən “Sizin yanınızda oturmaq istəyirəm” … (Qəndab – Ara-sor məni) Hər gün oyananda səhər mehində, Sübhün şəfəqində, danındayam mən. Telinin cığasın pozan küləyəm, Hər zaman......

Zaur Ustac - Aşiq gecələr

زائـــور اوستاج

Aşiq Gecələr (Qəndab – Aşiq gecələr) O zülmət gecənə şam olum, gülüm, O gül cəmalına aşiq gecələr! “İşıldaquş”ların işığı vecsiz, Əriyən mumlara aşiq gecələr! Pərvanə......

Abşeron təhsilində sözün və yaddaşın böyük bayramı

زائـــور اوستاج

Abşeron-Xızı Regional Təhsil İdarəsi müdiri hörmətli Ilhamə xanım Abdullayevanın dəstəyi ilə Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil......