...
  • Solmaz
  • Nurlanə Cərullaqızı
  • Qışın ortaları idi. İki gün idi ki, hər yerə olduğu kimi Bakıya da aramsız qar yağırdı. Avtomobillər, hündürmərtəbəli binaların həyət evlərinin damları və peyk antenlərinin üzəri qarla örtülmüş, yol kənarında sıralanan ağaclar bəyaz qara bürünmüşdü. Qarlı hava şəraitilə əlaqədar məkdəblər və bəzi iş yerləri bağlanmış, şəhər sözün həqiqi mənasında qatı səsizliyə qərq olmuşdu. .
    Nülufər isə belə havada hamı kimi isti evində yox, Zabrat qəsəbəsindəki qəbiristanlıqda idi. O, on dəqiqə idi ki, üstündə Solmaz adı yazılmış qara mərmərdən olan məzar daşını qucaqlayıb dayanmadan göz yaşı tökürdü.
    Solmaz Nülufərin üç övladından biri idi. Uşaqları körpə ikən ərini avtomobil qəzasında itirən Nülufər övladlarını restoranda aşpaz işləyərək böyüdürdü. Uşaqların ən böyüyü Solmaz sinif əlaçısı idi. Qızcığazın rəssamlığa həvəsi olsa da Nülufər qızının həkim olmasını istəyirdi. Solmaz da təbiətcə sərt olan anasının sözündən çıxa bilməyərək könülsüz də olsa, sənədlərini tibb universitetinə verir, ancaq imtahanda aşağı bal topladığı üçün həmin universitetə qəbul ola bilmir. Buna görə Nülufər qızını möhkəm döymüş, işə gedəndə isə bunları demişdi: "mən qayıdana qədər özünü öldür". Zavallı qız da elə onun dediyi kimi edir. Özünü yaşadıqları binanın altıncı mərtəbəsindən ataraq həyatına son qoyur. İndi istəmədəndə olsa qızının ölümünə səbəb olan bu qadın yeddi ay idi ki, hər gün qızının məzarına gəlirdi.
    -Allahım, məni bağışla- deyə Nülufər əllərini açıb yalvarmağa başladı,- övlad valideynə onun əmanətidir. Mən isə bunu bilə-bilə əmanətə xəyanət etdim. İstəmədən də olsa, doğma övladımın, ən əsası isə bir qulunun öz canına qıymaq kimi böyük bir günaha batmağına səbəb oldum. Yalvarıram sənə, ey uca rəbbim, haqq-hesab günü gələndə qızımı yox, məni hesaba çək.
    Sonra o, əlləri ilə qızının məzarı üstündəki qarı təmizləyə-təmizləyə sözünə davam etdi:
    -Sən də məni bağışla, qızım, sənin adını "Solmaz" qoyan da mən oldum, səni solduranda. Dünyaya gəlməyinnə də səbəb mən oldum, ölməyinə də. Valideynin olduğum üçün fikrini belə öyrənmədən sənin yerinə qərar vermək, işlərinə qarışmaq haqqımım olduğunu düşünür, səni özümə aid mülkiyyət kimi görürdüm.Sənin də bir insan olduğunu, arzularının, xəyallarının ola biləcəyini isə anlamaq istəmirdim. Hamı kimi sənə də bir dəfə verilən ömrü rahat yaşamağa imkan vermədiyim üçün mən Allahın qarşısında və sənin qarşında günahkaram. Sən bu günahkar ananı bağışla, qızım.
    Nülufər bunları deyib ağlamaqdan şişib qızaran gözlərini silə-silə, yavaş addımlarla kim bilir bundan sonra necə dəfə gələcəyi qəbiristanlıqdan çıxdı.son
  • mart 2025, Nurlanə C.

  • 224
Bir televiziya əməkdaşının başına gələn komik hadisə (pyes)

Tural İsmayılov

Efirdə hər şey mümkündür Personajlar: * Elçin – televiziyada 20 ildir çalışan redaktor. * Kamran – gənc aparıcı. * Aygün – prodüser. * Operator –......

Poetik Tərcümələr

Firuz Mustafa

Kitabda Firuz Mustafanın dünya ədəbiyyatından etdiyi poetik tərcümə nümunələri toplanmışdır. Həmin tərcümələrin əksəriyyəti müxtəlif illərdə ədəbi qəzet, jurnal, sayt və məcmuələrdə dərc edilmişdir......

Bu gələn payız da mənə bənzəyir

Təranə Dəmir

Dumanı tanışdı,çəni tanışdı. Bulud gözlərindən ayrılıq yağır, Həsrəti tanışdı,qəmi tanışdı. Başdan ayağacan bahar xəstəsi, Təpədən dirnağa vüsal acıdı. O......

Oxuya bilmədiyim hekayə.

Feyruz Muradov

Mən redaksiyaya ilk dəfə ayaq basanda Vaqif Abbasovu tanımırdım. Onun haqqında heç nə bilmirdim. Redaksiyada yalnız bir nəfəri şair Tofiq Hüseynovu tanıyırdım. Tofiq Hüseynovu tanımağım......

Avropalı görkəmli məsul katib.

Feyruz Muradov

Avropalı görkəmli məsul katib Xeybər İgidəliyev redaksiya ilə əməkdaşlığa başladığım vaxt məsul katib işləyirdi. Onunla redaksiyada az-az rastlaşırdım. O vaxtlar aramızda demək olar ki, heç......

Bir məqalənin izi ilə.

Feyruz Muradov

Ön söz : Uzun illər Şirvannın yerli mətbuatıda müxtəlif mövzuda yazılarla çıxış etmişəm. Mənim haqqımda bir yazı yazıla biləcəyi haqda heç vaxt düşünməmişəm. Amma uzun......

Mən bir payız yolçusuyam

Təranə Dəmir

Küləyim var,yağışım var, Enişim var,yoxuşum var, Hər açılan səhərlərin, Hər qaranlıq gecələrin Yanağında göz yaşım var. Baxışımda xatirələr, Kirpiyimdə qəm gül......

Pəncərədən uçan balıq (absurd hekayə)

Tural İsmayılov

Bir gün balıq akvariumdan çıxıb pəncərəyə qondu. Evdəki pişik təəccüblə soruşdu: — Sən nə edirsən? Balıq cavab verdi: — Uçmağı öyrənirəm. — Axı sən balıqsan!......

Doğma rayon

Şəhriyar Mürsəl

Mən məcburi köçkün ailəsində doğulsam belə, məcburi köçkün sayılmıram. Laçın ata-baba vətənimdir. Laçının təbiətinin vurğunu olsam belə, öz vətənim sayılmır. Uşaqlığım Ağcabədi rayonunda keçib. Bütün......

Məmmədəli kişi ilə dioloq

Şəhriyar Mürsəl

Məhəllədə qonşumuz Məmmədəli kişi mənə yaxınlaşdı, başladı yenə söhbətə: — Ayə, filankəsin oğlu, filankəsin qızı 50 bal yığdı, 500 bal yığdı. Bəhmənkəsin qızı ərə getdi,......