...
  • Ölüm qorxusu və mübarizə
  • Nurlan Tahirli
  • Yazının predmeti cəhətdən, ilkin olaraq həyatın və ölümün nə olduğunu müəyyənləşdirmək lazımdır. Ölüm həyatın nəticəsidir. Həyat bitdikdən sonra ölüm “var” olur. Ölüm həyatın inkarıdır. Həyat assimilyasiya (üzvi maddələrin mənimsənilməsi) və dissimilyasiya (üzvi maddələrin parçalanması) proseslərinin ziddiyyətidir, bu ziddiyyətin tərəfləri arasındaki mübarizədir. Bu ziddiyyətin həll olunması “ölüm” deməkdir. Lakin təqdimatda zəruri olaraq istifadə etdiyimiz, qüsurlu cümlələri kənara qoyub, elmi-dialektik təfəkkür baxımından düşünsək: “Ölümü həyatın mühüm momenti hesab etməyən fiziologiyanı artıq indi də elmi fiziologiya hesab etmirlər; belə bir fiziologiya anlamır ki, həyatın inkarı əslində həyatın özündədir, belə ki, həyat həmişə, daim onun daxilində rüşeym halında olan ən zəruri nəticəsi – ölüm ilə qarşılıqlı nisbətdə başa düşülür. Həyatın dialektikcəsinə anlaşılması məhz bundan ibarətdir. Bunu bir dəfə anlamış olan üçün isə, canın ölməzliyi haqqında daha heç bir danışıq ola bilməz. Ölüm, özündən sonra, ya öz substansiyasını təşkil edən kimyəvi tərkib hissələrindən başqa heç bir şey qoymayan üzvi cismin parçalanmasıdır, ya da ölmüş bədən özündən sonra müəyyən həyat prinsipi, can ilə az-çox eyniyyət təşkil edən bir şey qoyub gedir; elə bir prinsip ki, yalnız insandan deyil, bütün canlı orqanizmlərdən də çox yaşayır. Beləliklə, qədimdən qalan mövhumatı aradan qaldırmaq üçün burada həyatın və ölümün təbiətini dialektikanın köməyi ilə sadəcə anlamaq kifayətdir. Yaşamaq ölmək deməkdir”.”Həyat zülali cisimlərin yaşamaq üsuludur ki, bunun da mühüm momenti həmin cisimlərin ətrafındakı xarici təbiətlə daimi maddələr mübadiləsindən ibarətdir, həm də həmin maddələr mübadiləsi kəsildikdə, həyat da kəsilir və bu da zülalın parçalanmasına gətirib çıxarır”. “...üzvi cisimlərdə isə maddələr mübadiləsi onların yaşamasının zəruri şərtidir”.<1>
    Gətirilən sitat, bizi ölümdən sonraki həyat haqqındaki darıxdırıcı və mənasız məsələyə toxunmaqdan azad etdi. Deməli qarşımızdaki problemlərə materialist kimi yanaşırıq. Bizə hər tərəfdən idealistcəsinə təzyiq edən suallara kobudca belə cavab verə bilərik: “Mənə belə şeylər lazım deyildir”.<2>
    Bəs insanlar ölümdən niyə qorxur? İbtidai dinlərin əsaslarından biri də “ölüm” qarşısındaki qorxudur yaxud da ölümün “müəmmalılığı”. Günahkarlar və ifrat dindarlar ölümdən dini səbəblərə görə qorxurlar. Bəzi insanlar isə tam əksinə, dünyadan yapışmaq mənasında ölümdən qorxurlar: Yaşamaq şirin şeydir. Bu və digər səbəbdən ötrü insanların çoxu ölümdən qorxur və ya ölmək istəmir.
    Lakin Epikürün ölüm haqqındaki fikrini yada saldıqda, insan ölüm qorxusunun nə qədər mənasız olduğunu başa düşür. Materialist olan Epikür belə deyirdi: “Ölümdən qorxmaq mənasızdır, çünki yaşadığımız müddətdə ölüm yoxdur, ölüm gəldiyi anda da artıq biz yoxuq”.

    İnsan mübarizə aparan canlıdır. O daim mübarizə aparır, iradəsini mübarizəyə tabe edir. Qarşı çıxmaq, sorğulamaq, tənqid etmək insani keyfiyyətlərdir. İnsan mübarizə apararaq təkamül etmişdir və bugün də buna davam edir.
    Lakin bizi maraqlandıran məsələ, sırf hər hansı bir mübarizə forması və ideoloji-siyasi mübarizə yox, məhz dövrün tək mütərəqqi mübarizəsi, tarixi şəraitin zəruri etdiyi mübarizə - inqilabçı marksizm mübarizəsidir, işçilərin sosializmi qurmaq uğrunda mübarizəsidir. Kapitalizm bəşəriyyəti məhvə doğru aparmaqdadır. İnsanın tarixi prosesdə qazandığı nailiyyətlər təhlükədədir. Bəşəriyyəti xilas edəcək tək yol – sosializmdir.
    Məlum məsələdir ki, dünyanı qorxaqlar xilas edə bilməzlər. Onlar bu həyatdan həqiqi zövq də ala bilməzlər. Qorxu xəstəlikdir: “Sistemin adamı, itaətsizlik bacarığını itirmişdir, itaət etdiyi həqiqətinin heç fərqində deyildir. Tarixdə bu nöqtədə, şüphələnmə, tənqid və itaət etməmək bacarığı, insanlıq üçün gələcək ilə sivilizasiyanın sonu arasında duran tək şey ola bilər”.<3>
    Burada ümumi insanlıq və insanın keyfiyyətləri baxımından məsələyə yanaşılır. Əgər daha da məsələni dəqiqləşdirsək, “...qarşımızdaki tarixi dövrdə, sosialist inqilab olmasa, bütün insanlıq mədəniyyətini fəlakət hədələyir. İndi artıq hər şey proletariatdan, əsasən də proletariatın inqilabçı avanqardından asılıdır, insanlığın tarixi böhranı inqilabçı öndərliyin böhranına müncər olmuşdur”.<4>

    İşçilərin azadlığı uğrunda mübarizə iqtisadi münasibətlərin təzahürü kimi başa düşülməlidir. Maddi istehsal prosesinin zəruri nəticəsi sinfi mübarizədir. İnqilabçı marksistlər bu sinfi mübarizədə işçilərin və bütün əzilənlərin tərəfində durmalı və kapitalizmi məhv etməlidir. Başqa alternativimiz yoxdur, bəşəriyyətin də xilas olması üçün bizdən başqa alternativi yoxdur!

    Ölümdən qorxan şəxs inqilabçı ola bilməz və inqilabçı deyildir. İnqilabçı xalqların, insanlığın “uğrunda soyuqqanlı və yorulmadan çalışarkən, birbaşa özünün ölümünə və məqsədin gerçəkləşməsinə mane olan hər şeyi öz əlləri ilə məhv etməyə hazırlıqlı olmalıdır”.<5>
    Ölmək istəyən yox, ölümü ilk andan etibarən qəbul edən insan inqilabçıdır. Vəzifə ağırdır, heç vaxt tanımayacağı insanlar üçün, bəlkə də özü görməyəcəyi bir dünya üçün mübarizə aparmaq! Fərdiyyətin özünü kollektivə qurban verməsi prinsipinin ən mükəmməl forması budur. Bu qəhrəmanlıqdır.

    Bizim qəhrəmanlara ehtiyacımız var.

    .....

    <1> Fridrix Engels – “Təbiətin dialektikası” əsəri. “Biologiya” bölməsi.
    <2> Fridrix Engels – “Təbiətin dialektikası” əsəri, “Tarix sahəsindən”.
    <3> Erik Fromm – “İtaətsizlik haqqında” əsəri, “Psixoloji və əxlaqi problem kimi itaətsizlik” adlı fəsil.
    <4> “Kapitalizmin can verməsi və Dördüncü İnternasionalın vəzifələri” (1938, Keçid proqramı)
    <5> Sergey Neçayev – “İnqilabçının açar kitabı” əsəri. “İnqilabçının özünə qarşı yanaşması” bölməsi.
  • oktyabr 2017, Nurlan T.

  • 288
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......