...
  • Sənət və Ədavət
  • Nurəddin ƏDİLOĞLU
  • Nurədddin ƏDİLOĞLU.
    SƏNƏT və ƏDAVƏT

    1982-ci ildə İrəvanda ixtisasartırma kursunda olarkən bizi Matenadaran muzeyinə və “soyqırım” abidəsinə ekskursiyaya apardılar. Məhz elə SSRİ-nin çiçəkləndiyi, necə deyərlər büro-büro dövründə - ötən əsrin 60-cı illərinin ortalarından “soyqıqırm” iddasıyla dünyaya haray-həşir salan ermənilər Azərbaycanın qədim şəhəri İrəvanda bu Memorial Kompleksi yararatmaqla qarşısıalınmaz məkrli missiyaya rəvac verdilər.
    1965-ci il aprelin 23-də uydurma “erməni soyqırımı”nın 50 illiyi Ermənistanda qeyd edilməsi soydaşlarımızın yenidən öz ata-baba torpaqlarında sıxışdırılmasına güclü təkan verdi.
    Bəli, 52 il əvvəl əsası qoyulan Memorial Kompleks hiyləgər erməni siyasətçilərinin uzaqgörənliyi, antitürk təbliğatının bariz təcəssümü, Avropa və Amerikada himayədar qoıtuğuna sığınmaq üçün AÇAR-KART və gələcəkdə "əldə edəcəkləri qələbələrin" qarantı oldu. Memorial Kompleksdə müəyyən pauzalarla qəmli müsiqi səsləndirilir... Bizi bura adına “müəllim” dediyimiz erməni millətçiləri gətirmişdi. Aradan 35 il keçir, indi həmin musiqini xatırlayanda istər-istəməz yadıma Cəlil Məmmədquluzadənin "Kamança" əsəri düşür...
    1920-ci ildə Şuşada qələma aldığı “Kamança” əsərində erməni Baxşının çaldığı dərdli-yanıqlı təranələr türkoğlu Qəhrəman yüzbaşının içindəki intiqam, QİSAS alovlarını söndürürüb, ürəyini yumşaltdığı kimi, uydurma erməni soyqırım memorial kompleks abidəsinin önündə baş əyən xristian, eləcə də bəzi müsəlman (yeri gəlmişkən, Livan qondarma soyqırımı tanıyan yeganə müsəlman ölkəsidi) dövlət başçılarının, baş nazirlərinin, diplomatlarının qəlbində həmin QƏMLİ musiqi “əzabkeş” ermənilərin “halına” yazığı gəlmək, rəhm etmək hissləri aşılıyır...
    “Kamança”da Şirzadı öldürən Vartanın törəməsi, Xankəndində dünyaya gələn Zori Balayan “Ocaq” kitabı iki xalq arasında ocaq qaladı. Bu ocaq Mirzə Cəlinin 60 il öncə “Kamança” ilə söndürdüyü ədavət ocağı idi.
    Mirzə Cəlilin “Kamança”sından 72 il sonra Xocalıdakı soyqırımı törədən bəlkə Qəhrəman yüzbaşının illər öncə güzəşt ediyi erməni Baxşının nəvə-nəticələriydi ?! Çünki “Kamança” əsərində müəllif şəhid anası Zeynəbin dili ilə erməni Başıya belə deyir və bizlərə xəbərdarlıq edirdi ki: “ Vallah, fürsət tapsan sən də haman müsəlman qanına yerikləyən ermənilərin birisən!”
    Amma Xocalıya qədər ermənilər hər il aprelin 23-24-də Azərbaycan türklərini öldürmək üçün fürsət axtarırdılar. Və biz Zeynəb ANAnın o müdrik xəbərdarlığını kamançaya, saza, zurnaya, balabana, qaboya qulaq asa-asa qulaqardı elədik.1967-ci ilin aprelində Xankəndidə bir neçə azərbaycanlını qətlə yetirilməsi faktı belə başbilənlərimiz ört-basdır elədilər. (Budurmu uzaqgörənlik siyasəti?)
    Erməni qəddarlığına qarşı kini-kudurəti dayandıran, Qəhrəman yüzbaşının qəlbində humanist duyğular yaradan “Kamança”nın yazıldığından bu gün 97 il ötür. Deyirəm, xalqımız son zamanlar musiqiyə –xüsusilə, muğama çox qulaq asır. Telekanallar, radiolar səslənən nəğmələr erməninin DAĞ basdığı yaralı ruhumuza güya məlhəm qoyur, bizə bəşəri sevginin ləzzətini dadızdırır və s. Doğurdanmı, sənət ədavəti ortadan qaldırır? Yaxşı, əgər beləsə niyə onda adına sənət dediyimiz DÜNYANIN gözəl MUSİQİ nümunələri erməninin, ATƏT-in Minsk qrupunun (fransız-rus-amerkalı) həmsədrinin qəlbində humanist duyğuları oyadıb, ayağa qaldırmır?

  • oktyabr 2017, Nurəddin Ə.

  • 154
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......