...
  • Özü - özü ilə döyüşən millət...
  • Nurəddin ƏDİLOĞLU
  • AzərNUR
    Özü - özü ilə döyüşən millət, aqibətin xeyir olsun!
    “...Milləti gördükcə belə hərcü mərc,
    Könlüm olur dopdolu qan qatbaqat”.
    (M.Ə.Sabir).
    İndi “Bakubus” adlanan marşrut abtobuslarında işğal altında olan yurd yerlərimizin siyahısı göstərilən lövhədə sürücülərin də adı və soyadı yazılır. Dünən işə gəldiyim marşrut avtobusunun sürücüsünün adı Babək idi, bu günsə Spartak! Sabah, o biri gün Allah bilir, ya Koroğlu olacaq, ya da Nəbi?!
    Amma heç fərq etmir! Hər gün işə gələndə, ya da işdən gedəndə avtobusda mübahisələrə,dava-dalaşa şahid olursan! Düzü, bu gün Spartak adı mənə “Saptak” filmindəki qladiatorların döyüşünü xatırlatdı. Bir AN mənə elə gəldi ki, bir avtobus sərnişinin hamısı qladiatordur. Tarixdən məlumdur ki, qədim Romada qladiatorların əksəriyyəti qullar, əsirlər və cinayətkarlar olub... Biz ki, nə quluq, nə əsir, ucdantutma cinayətkar da deyilik!
    Hə, deməli, sürücü Spartak səsgücləndirici vasitəsi ilə elan etsə də, ənənəvi olaraq sərnişinlər var gücləri ilə müqavimət göstərib arxaya sıxlaşmaq istəmədilər. Ön qapıdan minənlər həm arxaya sıxlaşmayanların, həm də Spartakın üstünə çığırdılar. 25-30 dəqiqəlik yolboyu düşündüm ki, biz təkcə marşurutda deyil, hər yerdə qladiatorluq edib, var gücümüzlə özümüz-özümüzlə döyüşürük. Bəs bir-birimizi didmək üçün bu kin-küdurət, harda, nə zaman dolub içimizə?..
    Doğrudan da çox qəribədir, marşurutda gedəndə bir-birimizin ayağını tapdayanda dözmürük, haray-həşir salıb etirazımızı bildiririk, amma bir millət kimi hüquqlarımız tapdananda dözürük, etiraz edə bilmirik... İstər, bu gözəlim məmləkətimizdə olsun, istər beynəlxalq aləmdə bir millət kimi, xalq kimi haqqımız-hüququmuz azmı tapdalanır?
    Bir-birimizə bəzən 5-10 manatı pulu qıymırıq, yaxud banka kredit borcunu ödəyə bilməyənlərə cinayət işi açıb, əmlakını müsadirə edirik, amma dövlət büdcəsindən milyonlar talayan, vəzifəsindən sui-istifadə edən, öz gəlirlərini vergidən gizlədən məmur-sahibkarların firıldaqlarına göz yumuruq, bunu az qala normal sayırıq.
    Görəsən niyə öz zamanəsinin zalım xanlarına, paşalarına qarşı mübarizə aparan, kasıbların haqqını müdafiə edən Koroğluya xalq qəhrəmanı deyib, heykəlini qoyuruq, amma bu gün söz qılıncıyla nahaqqı kəsmək istəyən, haqqı deyənləri düşmən sayırıq?
    ...140 il əvvəl “Bakı qlavasının başı yoxdur!” yazan Həsən bəy Zərdabini hər il yad edirik, adına təsis olunan mükafatı ilin yaxşı jurnalistlərinə təqdim edirik. Amma bu gün nəinki Bakı “qlavası”ndan, hər hansı kiçik məmurdan yazan jurnalisti ələ almağı, tələyə və sıxma-boğmaya salmağı “peşəkarcasına” bacarırıq.
    Yaxşı, necə olur, Mirzə Ələkbər Sabiri öz dövrünün, ədəbiyyatçünas alimlərin təbirincə desək, “kafir möminlər”ini, “cahil üləmalar”ını, “mundirli nadanlar”nı, “alimi-biəməllər”ni, “lakey ərbablar”nı, “nökər millət vəkilləri”ni, “manqurt ziyalılar”nı, “məlun məmurlar”ını, “qlasnılar”ını, “dərzi çar nazirləri”ni, “alverçi şah və sultanlar”nı tənqid edib, onların tipik ədəbi obrazlarını yaratdığına görə, millətpərvər, xalqsevər şair adlandırıb, adı ilə fəxr edirik. Amma bu gün onun yolunu davam etdirən satirik şairlərin sorağı gah qazamatdan, gah da qürbətdən gəlir?! Axı, Sabirin tənqid etiyi zümrənin bir çoxu indinin özündə də mövcuddur...
    Bəs görəsən niyə KİV-lərdə keçmişimizə divan tutub, dahiləri – görkəmli sərkədələri, dövlət xadimlərini, şair və yazıçıları, müstəqilliyimiz naminə fədakarlıq göstərənləri topa tuturuq, amma əldə edilən müstəqilliyi gözdən salıb, öz əmməlləri ilə sövet dövrü çinovniklərinə rəhmət oxutduran səlahiyyət sahiblərini mədh edirik?
    Hətta sosial şəbəkələrdə bir-biri ilə döyüşür, bir-birimizi təhqir edirik. Bir-birimizin xətrinə dəyməkdən sanki zövq alırıq. Ən nəhayət, qərinələr boyu torpaqlarımızı dördbir yandan gəmirən düşmənlərin işğalına getdikcə vərdişkar oluruq, amma doğma qohum – qardaşın xoruzu çəpərimizdən tullanıb həyətimizə keçəndə ona müharibə elan edirik. Bu mənada M.Ə Sabir 120 il öncə təkcə öz zamanəsini deyil, həm də bizim -XXI yüzilliyn bugünkü faciəsini nəzmə çəkmişdi:
    Qardaşa bax, qardaşını öldürür,
    Vəhşi olub əhli-cahan sərbəsər...
    Bəli biz illərdir ki, MƏĞLUB millət olaraq içimizdə erməni kimi düşmənə nifrət bəslyir və onlardan intiqam almaq hissi ilə yaşayırıq. Fəqət bütün enerjimizi, biliyimizi özümüzlə savaşa sərf edib gücdən –heydən düşürük!
    Qəzan mübarək, özü-özüylə döyüşən millətim, aqibətin xeyir olsun!
    01.11.2017.
  • noyabr 2017, Nurəddin Ə.

  • 139
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......