...
  • Insanlıq Kompleksi.
  • Nurəddin ƏDİLOĞLU
  • İNSANLIQ KOMPLEKSİ.
    (esse)
    Bəli, bu gün BİZ BİR MİLLƏT KİMİ İNSANLIQ KOMPLEKSİMİZİN HƏDSİZ FACİƏSİNİ YAŞAYIRIQ. Paytaxtda düz 10 ilə yaxındı ki, səhər gəzintisinə çıxdığım, təqribən 50 hektarlıq (!) Əhmədli yaylasında böyüklü-kiçikli, cins və ya nacins it-pişik gəzdirən çox adama rast gəlirəm. Burada Xəzərin neftindən böyük qazanc götürən İngilis iş adamının itini 600 avroya gəzdirən və qazandığı ÇÖRƏK PULUNA xatir həmin itlə ingiliscə danışan azərbaycanlı kişinin obrazını “Mavi prezidentin iti” hekayəmdə yaratmışam. Amma bu yaylada rastlaşdığım, fəqət yaza bilmədiyim ağrılı-acılı mövzular o qədərdi ki...
    Bir dəfə qəfildən “Haski”cinsli iti üstümə hucum çəkən ortayaşlı rus qadına dedim ki, axı görürsüz ki, bu çığırda adamlar idman edirlər, itinizi başqa yerdə gəzdirsəniz yaxşı olar! Əsəbləşib dedi ki, gedin siz başqa yerdə gəzin!
    Rus tulaları, ingilisin ov iti, ərəbin qum pişiyi, erməninin nacins iti... Hə, hə, hətta erməni də bu yaylada it gəzdirir. İki –üç il bundan öncə publisistik məqalələrimin birində Unibankın Xətai filialının qarşısında bahalı maşınları olan üç erməni avtoLEDİdən bəhs etmişdim. Xətai metrosuna bu günəcən Şaumyan deyirlər. O erməni avtoledilərin Bakıda yaşadığı geniş mənzili, sürdüyü o maşını almaq üçün quruca maaşa qulluq edən Azərbaycan ziyalısının orta hesabla 150 il ömür sürməsi gərəkdir...
    Əlqərəz, uzun müddətdi yaylada bir qoca erməni qarı yalan olmasın, özü boyda NACİNS (cinsi bilinməyən) yekə İT gəzdirir. Özü də xaltasız-zadsız, sağlamlığının qeydinə qalan onlarca adamın keçib-getdiyi çığırlarda... O qədər saymazyana gəzir ki, elə bil bu YAYLA dədə-babasından ona miras qalıb!.. Açığı, üzbəüz gələndə, o yekə itə görə mən ÖZ yolumu dəyişməli oluram. Bəzən bizimkilər yüksək humanistlik göstərib o qarıya rus dilində “Salam” verib,“Sabahın xeyir” də deyir. Bu zaman gəzə-gəzə düşünürəm ki, görəsən, İrəvanın qədim Təpəbaşı məhəlləsində türk- müsəlman qarısı belə sərbəst gəzə bilərmi? Və o türk- müsəlman qarıya ermənilər rus dilində salam verərdilərmi? Əsla yox! Heç axtarsan İrəvanda azad-asudə gəzən bir türk qoca qarıya da rast gəlməzsən. Olsa-olsa ancaq ermənilərin əsir düşərgəsində olar!
    Günlərin bir günü o yekə nacins iti görən bir nəfər erməni qarının qarasınca astadan gileylənə-gileylənə mənə yaxınlaşdı: “Zalımın qızı, səhər tezdən elə bil əziz-girami "dədəsi" ilə gəzməyə çıxıb! İraq olsun durub bir söz desən, ya adamı borclu çıxarar, ya da polisə şikayət edər! Əşi, cəhənnəm olsun qoy… Sonra başımız ağrayar, gəl YOLUMUZU dəyişək!”
    Beləcə YOLUMUZU dəyişdik… Qədim şərq fəlsəfəsindən deyilir ki, hər şey YOLdan başlayır. Biz isə yolumuzu dəyişə-dəyişə ağrı-acı qazanmışıq.
    Ən qəribəsi də, hər səhər bizim gözümün önündə o qarının yaylanın ən hündür yerində üzü erməni kilsəsi istiqamətinə dayanıb, dualar etməsidir... O, dua edəndə YEKƏ iti də quyruq bulaya-bulaya onun başına dolanır.
    Kim bilir, bəlkə Ermənistanda aclıq çəkən qohum-əqrabası üçün Allahdan kömək istəyir? Axı bizim TV-lərin dediyinə görə ermənilər aclıqdan əziyyət cəkir. Sosial şəbəkədə isə işğal etikləri Şuşada yeyib-içən, kef edən ermənilər öz şəkillərini paylaşırlar. Adam heç bilmir hansına inansın... Amma hər dəfə yaylada qamətini ŞAX tutub, qalibanə addımlayan o erməni qarını görəndə atalarımızın “Arxalı köpək QURD basar” məsəlini xatırlayıram. Və bu ATA-BABA məsəlində öz aciyiyinə bəhanə donu geyindirən Qurların halına acıyıram...
    Son olaraq, düşünürəm ki, Mirzə Ələkbər Sabir, (“Beynəlmiləl” şeiri) Cəfər Cabbarlı (“1905-ci ildə” pyesi ), Mirzə Cəlil (“Kamança” faciəsi), Nəriman Nərimanov (“Bahadur və Sona” romanı) və XX əsrin əvvəllərindən üzü bəri yazıb-yaran bütün qələm sahiblərimiz BİZİM içimizdə düşmənə qarşı kin-küdurət yox, yalnız humanist İNSANLIQ kompleksi yrada biliblər. Fəqət belə İnsanlıq kompleksi ilə qazandığımız ÜSTÜNLÜKLƏR bizə böyük itkilərlə - vətən, yurd, torpaq itkisi ilə başa gəlib!..
    “Pişik öz pisliyini sitr etdiyi kimi, bunlar da (erməni millətçiləri –N.Ə) öz qüsurlarını, öz qəbahətlərini, öz vəhşətlərini söz tufanı içində gizləyib, bizim isə ən kiçik qəbahətimizi birəni dəvə edərcəsinə mübaliğələndirirlər” Əfsus ki, Əli bəy Hüseyinzadənin pişiklə müqayisə etdiyi “erməni xisləti” barədə dediyi bu fikrə isə zamanında əhəmiyyət verilmədi.
    Görəsən Şəhriyar bir şeirində niyə belə deyib:
    Azər qoşunu Qeysəri, Rumu əsir etmiş,
    Kəsra sözüdür, bir belə tarix nağıl olmaz...
    Bəs nağıl olmayan o Tarix görəsən nə vaxt təkrar olunacaq?
    Bəlkə, mənim Bağdagül nənəm demişkən, bir müddətə İNSANLIQ KOMPLEKSİMİZİ səliqə ilə qatlayıb Alı bəyin sandığına qoyaq?!
    Lazım gələndə yenə o kompleksi “çıxararıq” meydana...
    Nurəddin ƏDİLOĞLU.
  • oktyabr 2017, Nurəddin Ə.

  • 216
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......