...
  • Liderlik
  • Nigar Tahirli
  • Liderlik
    Bəşəriyyət hər gün inkşaf etməkdədir.Elm, texnika durmadan dünyanı tor şəklində əhatə edir.Dünyaya savadlı işçilər, kadrlar və həmin kadrlara rəhbərlik etmək iqtidarında olan liderlər lazımdır.Bir sözlə, cəmiyyətin bütün təbəqələrində liderlərə ehtiyac var.Lider olmaq hər hansı istedad deyil, ağır zəhmətin, gərgin fəaliyyətin nəticəsidir.Lider olmağın başlıca prinsipləri və özünəməxsus xarakterik xüsusiyyətləri var.İllərdir aparılan tədqiqatların nəticəsi olaraq bu xüsusiyyətləri 5 başlıq altında birləşdirmək olar.
    1.Təsəvvür etmək.
    Ceyms Makfersonun liderlik mövzusunda apardığı araşdırmaların nəticəsi olaraq, liderlərin ən əsas xüsusiyyəti kimi təsəvvür müəyyən edilmişdir.Liderlər rəhbərlik etdiyi müəssisənin gələcəyini təsəvvür etməyi bacarmalıdır.Liderin təsəvvürü o qədər aydın, məqsədyönlü olmalıdır ki, həmin təşkilat və ya müəssisədə ondan yaxşı təsəvvür edə bilən olmasın.Çünki O liderdir.
    2.Cəsarət etmək.
    Liderlər qorxularına sinə gərməlidir.Mənə elə gəlir ki, cəsarət etməkdə ən önəmli faktor liderlərin yalnız özlərini deyil, paralel olaraq rəhbərlik etdiyi qurumun işçilərini də hər şeyin ən yaxşısını etməyə ruhlandırmaqdır.
    3.İnkşaf etmək.
    Liderlər heç vaxt əldə etdiyi bilik və bacarıqlarla kifayətlənməməlidirlər. Onlar daima irəli getməli, biliklərini artırmalıdırlar.Bunun üçün liderlik və rəhbərlik barədə kitablar oxumalı,seminarlara getməli,bu barədə hazırlanmış video materialları,resursları izləməlidirlər.

    4.Özünə inanmaq.
    Özünə inamı zəif olan bir insanı lider kimi təsəvvür etmək mümkünsüzdür.Liderlərin özünəinamı, iradəsi olmalıdır.Çünki özünü nəzarət altında saxlamağı bacarmayan lider, rəhbərlik etdiyi müəssisəni nəzarət altında saxlaya bilməz.
    5.Optimist olmaq.
    Liderlər daima optimist olmalıdır.Hər hansı problem qarşısında bədbin düşünməməli, “Mən bu problemi həll edə bilməyəcəm!” ; “Mən bunu bacarmayacam!” kimi sözləri bir kənara atmalı, onların əvəzinə “Mən bacaracam!” ; “Mən bunun öhdəsindən gələ bilərəm!” kimi ifadələri işlətməlidirlər.Hər dəfə bu sözləri dediyimiz zaman beyin bu problemi həlli üçün çıxış yolları axtarmağa başlayır.
    Problemin öhdəsindən necə gəlməli?
    İlk öncə bir vərəq və qələm götürün.Sonra isə bu problemin tam olaraq nə olduğunu və nədən qaynaqlandığını yazın.Çünki problemi yox etmək üçün ilk öncə nədən qaynaqlandığı yerdən başlamaq lazımdır.Sonra isə həlli yollarını düşünməyə başlayın.Ən əlverişli yolu seçib, qeyd edin.Nəticəsinin nə olacağını, sizə nə qazandıracağını ətraflı şəkildə fikirləşib yazın.Sonda isə hərəkətə başlayın!
    Bütün bunlardan başqa isə digər vacib məsələlərə daxil edə biləcəyimiz qədər önəmli olan lider kimi görünməkdir.Onlar kimi geyinməyi, davranmağı, gəzməyi bacarmaq üçün onları izləməli və onlara bənzəməniz,onlar kimi olmağınız üçün öz üzərinizdə çalışmalısınız.
    Hər şey sizin əlinizdədir! Siz bunu bacara biləcək gücdəsiniz! Buna əmin olun! Mən sizə inanıram! Siz də sizə inanın!





  • yanvar 2019, Nigar T.

  • 506
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......