...
  • Kərəməlinin Paxıllığı - Hekayə
  • Nəriman Mahmud
  • KƏRƏMƏLİNİN PAXILLIĞI - Nəriman MAHMUD

    (Hekayə)

    Bahadır kişi bir az kasıbyana yaşasa da, kəndin sayılıb seçilən adamlarından idi. Heç kəslə işi olmaz, kimsənin paxıllığını çəkməzdi. Ağsaqqallığı, ağıllı məsləhətləri də vardı. Dilindən acı söz çıxmaz, əlindən bəd işlər gəlməzdi Bahadırın. İmkan tapanda özündən kasıblara yardım əlini də uzadardı. Belə xasiyyətinə görə üç-dörd nəfər hal-qılıqsız adamdan savayı, kənd camaatının hamısı onun hörmətini gətirər, məsləhətlərinə qulaq asar, bir sözünü iki eləməzdi. Bu da həmin o üç-dörd nəfərin xoşuna gəlməzdi.
    Amma bu azlığın içərisində Kərəməli adında birisi vardı ki, zalımlığı, eqoistliyi, paxıllığı və necə deyərlər, əlləm-qəlləmliyi ilə kənddə ad çıxarmışdı. Yetdiyinə yetər, yetmədiyinə daş atardı. Ancaq Kərəməlinin daldan atdığı daş da çox vaxt topuğa yox, xoşlamadığı adamların birbaşa ürəyinə dəyər, qəlbini qırar və sanki o da bundan ləzzət alardı. Bir sözlə, Kərəməlidə zərrə qədər də insaf və mürvət, mərifət və qanacaq yox idi. Dədə-babasından qalma var-dövlət, pula çevirdiyi qır-qızıl onu quduz it kimi qudurtmuş, cızığından çıxartmışdı. Özündən başqa heç kəsin irəli getməsini, var-dövlət sahibi olmasını istəmirdi. Kərəməli həm də həddən artıq xəsis idi. Yığdığı pulları xərcləməyə, övlad-uşağına sərf etməyə əli gəlməzdi.
    Kərəməli evdə saxladığı pulunun say-hesabını da itirmişdi. Və qəribə idi ki, belə bəd xasiyyəti ilə gündən-günə varlanır, bu da kənd camaatını təəccübləndirirdi. Daha “paxıl artmaz” kimi atalar sözünə, el məsəllərinə inanmırdılar. Bahadır kişi isə adamları səbirli olmağa çağırır, “bunu bilin ki, yerin-göyün sahibi var, belə getməz”, - deyə camaatı inandırmağa çalışırdı. Onun axır vaxtlar tez-tez işlətdiyi bu kəlmələr Kərəməlinin də qulağına çatmış və Bahadıra əməlli-başlı ziyan vuracağına söz vermişdi. Amma hardan başlamalı? Sanki savab iş görəcəkmiş kimi buna görə elə hey fikirləşir, yuxu da yatmırdı.
    Pul saymağı yaxşı bacarsa da, Kərəməli savadsızın biri idi. Məktəbin canı ondan qurtarsın deyə, “tramvay altında qalmış” “3” yazıb attestat versələr də, dördüncü sinifdən bu yana kitab üzü açmamışdı. Kitab-dəftər görəndə elə bil qutuda ilan görərdi. İllah da ki, dəqiq elmlərdən, xüsusilə fizikadan lap zəhləsi gedərdi. Dərsdə uc-qulağından eşitdiyi Nyutonun adı çəkiləndə sanki var-dövlətinə, qır-qızılına, bir sözlə, mirasına sahibləndiyi dədə-babasının goruna söyərdilər. Arximedin adı gələndə elə bil başına bir vanna qaynar su tökərdilər. Bu adamla bağlı yaddaşında ilişib qalan isə təkcə “evrika” sözü idi. İnsafən bunun Azərbaycan dilində “tapdım” anlamına gəldiyini də unutmamışdı. Amma indi Arximed də, onun vannadakı kəşfi də karına gəlmişdi. Gecənin bir aləmində “evrika, evrika”, - deyib ucadan qışqırdı. Cəld ayağa qalxıb pal-paltarını geyinərək evdən çıxdı...
    Səhərin alaqaranlığında Bahadır kişinin həyətinə çoxlu adam toplaşmışdı. Yaxın qonşusu Kərəməli də həmin adamların içində idi. Yayın cırhacırında Bahadırın min bir əziyyətlə biçib tökdüyü, yığıb-yığmaladığı, toplayıb düzəltdiyi böyük ot tayasına od düşmüşdü. Səhərin açılmasına təxminən iki saat qalmış baş verən yanğından xəbər tutan qonşular, özlərini yetirib əllərindən gələni etsələr də gec idi. Taya tamamilə yanıb külə dönmüşdü.
    Hər kəsin xeyir-şərinə yarayan Bahadır kişiyə kimsənin ziyan vurması heç kimin ağlına gəlmirdi. Kənd camaatının, elə Bahadırın da şübhələndiyi bir adam varsa, o da adamlara qarışıb təəssüflənən, zahirən kədərli görünsə də, iç dünyasında toy-bayram havası çalınan Kərəməli idi. Amma kimsənin sübutu yoxuydu deyə, üstünə getmək istəmirdi. Kərəməli də ki, işini ehtiyatlı görmüş, hadisə yerində heç bir iz qoymamış, dəlil-sübut üçün ipucu verməmişdi. Yanğınla bağlı tək verdiyi bir şey varsa, o da ağızucu təsəlli idi.
    Kərəməli Bahadıra boğazdan yuxarı dil-ağız eləyib evinə qayıtdı. Adəti üzrə illərdən bəri yığdığı pullara baxmaq istədi. İçərisindəki pulla birlikdə iri sellafon torba yoxa çıxmışdı. Özü kimi əlləm-qəlləm olan13 yaşlı oğlu Nəsibdən şübhələnən Kərəməli onu yanına çağırdı. Uşağı dilə tutub şirnikləndirdi, bahalı velosiped vəd verdi. Bu qədər var-dövlətin içərisində atasının xəsisliyinin əzabını yaşayan Nəsib də velosipedə susayıb gizlətdiyi pulun yerini nişan verdi. – Pulları srağagün gecə qonşumuz Bahadır əminin ot tayasının altında gizlətmişəm, - dedi. Oğlundan bu sözü eşidən Kərəməli tappıltı ilə yerə sərilib canını tapşırdı. Onun dəfn mərasimində on beş-iyirmi nəfər yaxın-uzaq qohumdan, bir də özü kimi üç-dörd əlləm-qəlləm kənd adamından başqa kimsə yox idi.
  • oktyabr 2017, Nəriman M.

  • 279
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......